Paşinyanın tək SEÇİMİ, ərazilərin qaytarılmasının ƏVƏZİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Paşinyanın tək SEÇİMİ, ərazilərin qaytarılmasının ƏVƏZİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan xarici siyasətdə qəfil dönüşlər etməyə hazırlaşmır. ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyada Bəşər Əsəd rejimi və onun müttəfiqlərinə qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsi qəbul edib. NATO və Gürcüstan Rusiyanın Qara dəniz regionunda hərbi potensialını artırmasından narahatdır. ABŞ-ın “New American Journal” nəşri “Rusiya tək atəşsiz Amerikanın öhdəsindən gəldi” adlı məqaləsini dərc edib. Venesuelada kəskin siyasi və iqtisadi böhran hakimiyyət çevrilişi ilə nəticələnə bilər.

“ABŞ prezidenti Donald Trampın Nikol Paşinyana təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi haqqında dediyi sözlər əslində tələbdir. Məlumdur ki, münaqişə yalnız Azərbaycan ərazilərinin qaytarılması ilə mümkün ola bilər”. Bu barədə rusiyalı ekspert Dmitri Verxoturov deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan xarici siyasətdə qəfil dönüşlər etməyə hazırlaşmır. Bunu “Avronyus” televiziyasına müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Türkiyə Silahlı Qüvvələrinin artilleriya birləşmələri Suriyanın şimalındakı Tel Rıfat bölgəsindəki Şeyx İsa və Harbil kəndlərini işğal edən YPG/PKK hədəflərini vurub. Terror hədəflərinə “Fırtına” haubitsaları ilə 12 zərbə endirilib.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffri bu gün Türkiyəyə gələcək. Bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

ABŞ Suriyadan nə vaxt çəkiləcəyinə gəlincə, nazir dəqiq bir tarixin olmadığını deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyada Bəşər Əsəd rejimi və onun müttəfiqlərinə qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsi qəbul edib. “2019 Cəsur Suriya Mülki Müdafiə Qanunu” adı verilən layihə səsvermə yolu ilə təsdiqlənib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Venesuela prezidenti Nikolas Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Ölkə başçısı amerikalı diplomatlara Venesuelanı tərk etmək üçün 72 saat vaxt verib.

Xatırladaq ki, vəziyyətin bu həddə çatmasına ABŞ prezidenti Donald Trampın müxalifət lideri Juan Quaydonu müvəqqəti prezident kimi tanıması səbəb olub. Venesuela parlamentinin spikeri və müxalifət lideri Juan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib və and içib.

O bildirib ki, silahlı qüvvələrin dəstəyi ilə dövlət başçısının vəzifələrini icra etməyə hazırdır.

Vaşinqton Nukolas Maduronu Venesuelanın legitim prezidenti olaraq görmür və buna görə də amerikalı diplomatların ölkədən çıxması barədə ultimatum yerinə yetirilməyəcək. Bu haqda ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

Venesuelada kəskin siyasi və iqtisadi böhran inqilaba çevrilə bilər. Müxalifətin 35 yaşlı lideri və parlamentin spikeri Juan Quaydo ötən gün özünü ölkənin müvəqqəti prezidenti elan etdi. Quaydonun prezidentliyini ABŞ da daxil olmaqla artıq bir neçə ölkə tanıyıb. Maduro cavabında ABŞ-la diplomatik əlaqələri kəsdi və Amerika diplomatlarına ölkəni tərk etməsi üçün 72 saat vaxt verdi. Moskva isə Birləşmiş Ştatların hərəkətlərini başqa dövlətlərin daxili işlərinə “həyasız müdaxilə” kimi qiymətləndirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Venesuelanın işlərinə hərbi müdaxilə faciəli ssenari olar. Bu haqda Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Moskva hərbi müdaxilənin nəticələri barədə Vaşinqtonu xəbərdar edib.

“Biz hesab edirik ki, bu, faciəli ssenari olardı. Bu, Latın Amerikası regionunda müşahidə edilən inkişaf modelininin əsaalarını sarsıdacaq”, - o deyib.

NATO və Gürcüstan Rusiyanın Qara dəniz regionunda hərbi potensialını artırmasından narahatdır. Bunu jurnalistlərə açıqlmasında NATO Baş katibi Yens Stoltenberq deyib.

“Biz dənizdə əməkdaşlığımızı gücləndiririk. NATO və Gürcüstan hərbi dəniz qüvvələri arasında qarşılıqlı fəaliyyət də artırılır”, – deyə o bildirib.

Onun sözlərinə görə, NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanın Abxaziya ilə Cənubi Osetiyanı müstəqilliyini tanımaqdan imtina etməyə çağırır.

ABŞ-ın “New American Journal” nəşri “Rusiya tək atəşsiz Amerikanın öhdəsindən gəldi” adlı məqaləsini dərc edib. Məqalədə jurnalistlər ABŞ-ın gələcəyini çəkiblər və super dövlətin qürubunu təsvir ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm