Müharibə ssenarilərinə HAZIRLIQ, aprel DÖYÜŞLƏRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Müharibə ssenarilərinə HAZIRLIQ, aprel DÖYÜŞLƏRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Rossiya 1” televiziya kanalına verdiyi müsahibə yayımlanıb. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır. ABŞ və Taliban fevralın 25-də sülh danışıqlarına başlamaq üçün müvəqqəti razılığa gəlib. İran İsraili işğalla təhdid edib. Qərb kəşfiyyat cəmiyyəti Rusiyanın müxtəlif regionlarında mümkün hərbi münaqişələrin ssenarilərini araşdırır.

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib. Həmin müsahibə yanvarın 28-də “Rossiya 24” kanalında yayımlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Bu məlumatı Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevorq Kostanyan açıqlayıb.

“Təəssüf ki, məndə olan məlumata görə Azərbaycan Qarabağ münaqişəsi kontenstində Ermənistana qarşı dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Bu iddia özündə siyasi, hüquqi, sosial və mədəni komponentləri birləşdirir. Daha çox narahatlıq doğuran iddianın 50 milyard dollarlıq iqtisadi komponentidir”, - Kostanyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif Avropa ölkələrindəki səfirləri iddianın qaldırılması üçün aparıcı hüquqşünaslarla müqavilələr bağlayır, yəni vəkillər komandası formalaşdırır.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi Qarabağ münaqişəsi kontekstində indiyə qədər Laçından olan bir qrup azərbaycanlı məcburi köçkünün, habelə Azərbaycandan köçüb getmiş bir qrup erməninin iddialarına baxıb.

Dağlıq Qarabağla bağlı məxfi razılaşma yoxdur. Bu barədə Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib.

Onun sözlərinə görə, vacib məsələlər ətrafında dialoq aparılır: “Lakin heç bir məxfi razılaşma yoxdur, mövqeyimizdə güzəştə getmirik. Ermənistan hələ də əsas məsələ kimi status və təhlükəsizlik amilini prioritet olaraq saxlayır”.

Mnatsakanyan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin danışıqlar masasında tərəf kimi iştirakı tələblərindən də geri çəkilmədiklərini bildirib.

Türkiyə yaxın vaxtlarda həm İŞİD-in bilərəkdən sağ buraxılan artıqlarını, həm də ölkəmizə qarşı təlim keçən üzvlərini təmizləyəcək. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

ABŞ Suriyadan çəkəcəyi Pentaqon qüvvələrinə dəstək məqsədilə 600-ə yaxın əsgəri bölgəyə göndərib. Bu barədə Suriyadakı yerli qaynaqlar informasiya yayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqtonda yaşanan diskussiyalarda əsas müzakirə mövzusu artıq Türkiyənin dəyişib-dəyişməməsi yox, dəyişən Türkiyəyə necə yanaşma sərgilənəcəyi ilə bağlıdır. Bunu amerikalı ekspert Maykl Rubin “Amerikanın səsi” radiosunun Gürcüstan bürosuna müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ-da Türkiyəni itirmək ehtimalına qarşı aktiv B planı hazırlanır.

İsrail bizə qarşı bir müharibəyə başlasa, bu, onun ərazisinin işğalına yol açar. Bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirlərindən olan Hüseyn Səlami bildirib.

Tehranın strategiyasının “sionist rejim”i xəritədən silmək olduğunu deyən Səlami İsraili işğal edə biləcəklərini deyib.

Xatırladaq ki, ötən həftə İsrail Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İran güclərini hədəf aldı. Rusiya hücumda 4 suriyalı əsgərin, İsrail mətbuatı isə 12 iranlı əsgərin öldürüldüyünü açıqlayıb.

ABŞ və Taliban fevralın 25-də sülh danışıqlarına başlamaq üçün müvəqqəti razılığa gəlib. Altıgünlük danışıqlardan sonra əldə edilən razılaşmada müqavilənin imzalanmasından 18 ay ərzində ABŞ qoşunlarının ölkədən çıxması məsələsi daxildir. “Röyters” agentliyə danışan bir Amerika rəsmisi söyləyib ki, ABŞ Əfqanıstanda daimi hərbi güc saxlamaq istəmir.

Xatırladaq ki, ötən ilin dekabrında ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çəkiləcəyini açıqlayıb.

ABŞ üç Rusiya şirkəti barəsində 6 aprel 2018-ci il tarixində qəbul edilmiş sanksiyaları ləğv edib. Bu hqda Birləşmiş Ştatların Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.

Bunlar “En+ Group”, “Evrosibenergo” və “Rusal” şirkətləridir.

Xatırladaq ki, ABŞ keçən ilin aprel ayında dövlət hərbi ixracat şirkəti “Rosoboronexport, “GAZ” qrupu, “Russkiye Maşinı”, “Bazoviy Element”, “B-Finance”, “En+ Group”, “Evrosibenergo”, “Rusal”, “Kuban Argo”, “Gazprom Burenie”, “NPV Engineering”, “Ladoga Management” və “Genova” kimi, müxtəlif sahələrdə fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı sanksiya elan etmişdi.

ABŞ-ın keçmiş dövlət katibi, prezidentliyə sabiq namizəd Hillari Klinton 2020-ci ildə prezident seçkilərində iştirak edə bilər. Bu haqda CNN telekanalının müxbiri Ceffe Zeleniyə Klintona yaxın üç mənbə bildirib.

Müxbirin həmsöhbətin sözlərinə görə, Klintonun özü bildirib ki, “qapıları bağlamır”.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp söyləyib ki, Hillari Klintonla 2020-ci ildə prezident seçkilərində “döyüşməyə” hazırdır. Qeyd edək ki, Tramp 2016-cı ildə məhz Klintona qalib gələrək prezident seçilib.

Rusiya ABŞ-ın kosmik sirrini ifşa edib. Rusiyanın avtomatik xəbərdarlıq kosmik sistemləri ABŞ-a aid bir peykin 2018-ci ildən bəri kosmosda manevrlər etdiyini təsbit edib.

Bu barədə Rusiya Astoronomiya-Kosmos Mərkəzindən informasiya verilib. Xəbərə görə, 23 aprel 2018-ci il tarixində ABŞ-a aid EAGLE daşıyıcı hərbi raketi vasitəsilə USA-285 və USA-286 ikinci dərəcəli peyki kosmosa buraxılıb.

Peyklərin hərəkəti üzərində aparılan araşdırmalarda orbit trayektoriyasında gözlənilməz dəyişikliklər müşahidə edilib. Belə ki, peyklərdən biri daim müxtəlif manevrlər həyata keçirib.

Peyklərin hansı məqsədlə kosmosa göndərildiyi açıqlanmır.

Qərb kəşfiyyat cəmiyyəti Rusiyanın müxtəlif regionlarında mümkün hərbi münaqişələrin ssenarilərini araşdırır. Bu haqda Rusiyanın daxili işlər nazirinin müavini İqor Zubov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm