Nida Təhlil
Prezidentimizin şəhid ailələrinə qayğısı cəmiyyətə də bir mesajdır ki... - Deputat
“Prezident İlham Əliyev dəfələrlə əhali ilə görüşən zaman şəhidlərin Vətən qarşısında göstərdikləri xidmətləri yüksək qiymətləndirməklə yanaşı, Qarabağ müharibəsi veteranlarının və əlillərinin Azərbaycan cəmiyyəti üçün nə qədər qiymətli insanlar olduğunu vurğulayıb və dövlətin, cəmiyyətin bu insanlara hər zaman qayğı göstərməsini vacib hesab edib”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Prezident İlham Əliyev verdiyi fərman və sərəncamlarla şəhid ailələri üçün hər cür şərait yaradır:
“Şəhid ailələrinə mənzillər təqdim edilir, müavinətlər verilir, Prezident təqaüdü verilir. Şəhid ailələrinin bir sıra üstünlükləri var, onların işə düzəlməsində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq verilir, onlara güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir”.
Deputat qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi şəhid ailələrinə olan diqqət və qayğının daha bir nümunəsidir: “Heç şübhəsiz ki, bu görüş cəmiyyətə də bir mesajdır ki, cəmiyyətdə şəhid ailələrinə diqqət göstərilməli, hörmət və ehtiramla yanaşılmalıdır”.
Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!