Nida Təhlil
ABŞ və Rusiyanın CANFƏŞANLIĞI: Qarabağ ətrafında nə baş verir? - Politoloq AÇIQLADI
Son günlər Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair dünya güclərinin aktivliyi nəzərə çarpır. Xüsusilə, Rusiya və ABŞ məsələnin müzakirəsi ilə bağlı müxtəlif təkliflərlə çıxış edir, gündəmdə Qarabağın statusu ilə bağlı fikirlərə, müzakirələrə yer verirlər. Supergüclərin Qarabağ münaqişəsi ilə bağlı irəli sürdüyü təkliflər arasında “Lavrov planı” və “Bolton planı” diqqət çəkir. Həmin dövlətlər bu təkliflər paketində öz maraqları rakursundan çıxış edərək tərəflərin razılığa gəlməsini tövsiyə edirlər. Bu da o deməkdir ki, illərdir ölü nöqtəsindən tərpədilməyən Qarabağ münaqişəsinin həllinə dair qlobal miqyasda addımlar atılır.
Politoloq İlqar Vəlizadə Publika.az-a açıqlamasında bildirib ki, son dövrlərdə Qarabağ münaqişəsi ilə bağlı danışıqlar özü özlüyündə aktivləşib:
“Tərəflər artıq hansısa konstruktiv ortaq məxrəcə gəlməyə nail olublar. Hər halda, danışıqlar prosesinin və tərəflərin açıqlamaları bunu göstərir. Daha çox Azərbaycan tərəfi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin açıqlamaları göstərir ki, ortaq məxrəcə gəlinir. Lakin razılıqların reallaşması təkcə münaqişə tərəflərinin yox, supergüclərin də maraqlarından asılıdır. Amerika, Rusiya, eyni zamanda Fransanın bu istiqamətdə rolu önəmlidir. Bu ölkələrin məsələyə müştərək reaksiyasından da çox şey asılıdır. Çünki bu ölkələr Minsk qrupunda təmsil olunurlar və onların ortaq reaksiyası münaqişənin həllində rol oynayacaq.
Maraqlıdır ki, adıçəkilən ölkələrin maraqları Ukrayna, Suriya və digər münaqişələrlə bağlı məsələlərdə üst-üstə düşmür. Ancaq elə məsələlər də var ki, Rusiya, həmçinin, Amerikanın mövqeyi bir-birinə yaxındır. Məsələn, Şimali Koreya. Bu ölkənin nüvə proqramları ilə bağlı tədbirləri Rusiya və Amerikanın yanaşmalarının yaxınlaşdırdı. Eyni məntiqlə, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda da eyni reaksiyanı müşahidə edə bilərik. Lakin bunun dərəcəsini yaxın zamanda görəcəyik. Danışıqlar prosesinin gedişatı bu ölkələrin mövqeyini də açıq-aydın ortaya qoyacaq. Əgər proses müsbət tendensiya ilə davam etsə, onda demək olar ki, Amerika və Rusiya bu məsələdə ortaq mövqe ilə hərəkət edəcək”.
Zümrüd
-
Sosial22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin221:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal19:05
Ramin Deko saxlanıldı
-
Kriminal18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu