Milli Şuranın növbəti İFLASI - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Milli Şuranın növbəti İFLASI - ŞƏRH

“Azərbaycan xalqının Məhəmməd Əmin Rəsulzadəyə böyük hörməti var. Lakin xalq Rəsulzadəyə “Milli Şura”nın gözü ilə baxmır və baxmaq istəmir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Yanvarın 19-da “Məhsul” stadionunda uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifətin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin ildönümündə onun heykəli qarşısına azsaylı tərəfdarları ilə getməsi barədə danışan millət vəkili qeyd edib ki, “Milli Şura” adlandırılan radikal müxalifətin yalnız sabit sosial bazası var:

“Onların 19 yanvar mitinqində 2800 nəfəri öz ətraflarında toplaması absurddur. Çünki o 2800 nəfərin içində jurnalistlər də vardı, kənardan dayanıb sadəcə olayları izləyənlər də. “Milli şura”nın işi bəllidir: xaricdən maliyyələşmək, tapşırıqları yerinə yetirmək və işi boş iğtişaşlar, təşvişlər yaratmaq. Onlar Məhəmməd Əmin Rəsulzadənin anım günündə onu böyük bir kütlə ilə anacaqlarını, onun ildönümünü “möhtəşəm aksiyaya” çevirəcəklərini dəfələrlə elan etmişdilər. Lakin bu niyyət baş tutmadı. Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir. Çünki onların vədlərinə, niyyətlərinə xalq inanmır. Azərbaycan xalqının Məhəmməd Əmin Rəsulzadəyə böyük hörməti var. Lakin xalq Rəsulzadəyə “Milli Şura”nın gözü ilə baxmır və baxmaq istəmir. Azərbaycan cəmiyyəti tarixi şəxsiyyətlərin rolunu, işlərini yüksək qiymətləndirir. Həmişə də onların öz dövrlərindəki fəaliyyətinin Azərbaycançılığın yaşamasına verdiyi töhfəni dəyərləndirəcək. Bütün bunlar göstərir ki, radikal müxalifət başçılarının dedikləri ağ yalandır və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.

Azərbaycan hakimiyyətinin milyonlarla tərəfdarı var, seçkilərdə səslərin mütləq əksəriyyətini qazanır. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti hakimiyyətin apardığı daxili və xarici siyasəti tam dəstəkləyir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm