"Prezidentin gənclərlə görüşü çox fikirlərə aydınlıq gətirir" - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

"Prezidentin gənclərlə görüşü çox fikirlərə aydınlıq gətirir" - ŞƏRH

“Cənab prezidentin bu gün gənclərin tədbirində iştirakı, çıxış etməsi, gənclərə tövsiyələrini verməsi də özü əhəmiyyətli hadisədir. Bu görüşün özü elə çox fikirlərə aydınlıq gətirir. Prezident bununla göstərir ki, gənclərə etimadı var, onların önə çəkilməsində maraqlıdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gənclər Gününə həsr olunmuş respublika toplantısında gənclərlə bağlı fikir və tövsiyələrini şərh edən baş redaktor bildirib ki, cənab prezident daim gənclərin fəaliyyətinə önəm verir və diqqət yetirir:

“Ulu öndər Heydər Əliyevin “Gənclər günü”nü təsis etməsi, Gənclər və İdman Nazirliyinin yaradılması bu sahənin həyatımıza sirayət etməsində önəmli rol oynadı. Bu gün İlham Əliyevin perspektivli gənclərin gələcəyinə kifayət qədər əhəmiyyət verir. Məsələn, xaricdə təhsil proqramı çərçivəsində kifayət qədər uğurlu layihələr reallaşdırılır. Bununla da Azərbaycanın savadlı gəncləri dünyanın ən nüfuzli ali təhsil müəssisələrində oxuyurlar. Bu da ona görədir ki, gənclərimiz bir Azərbaycan vətəndaşı kimi harada fəaliyyət göstərirlərsə-göstərsinlər, orada önəmli rola malik olsunlar. Cənab prezidentin səsləndirdiyi bütün fikirlər ölkə həyatında gənclərinin nə qədər əhəmiyyətli rol oynadığını, üzərilərinə düşən yükün nə qədər ağır olmasını ehtiva edir. Bu gün Prezident Administrasiyasının bir çox şöbə müdirləri gənc yaşlarındadır və onlar bu gənc yaşlarında aparıcı rolların məsuliyyətini öz üzərlərinə götürüblər.

Dövlətin idarəçilik və qanunvericilik sistemi daxil olmaqla, bir çox əhəmiyyətli qurumlarında gənclərin üstünlüyünün şahidi oluruq. Bundan başqa seçki orqanlarında gənclərə güvən hissi olduqca dərindir. İstər bələdiyyə, istər parlament fəaliyyətində onların sayının üstünlük təşkil etdiyinin şahidi oluruq. Bu gün Azərbaycanda bütün sahələrdə gənclərin aktivliyi, dinamik inkişafı göz qabağındadır. Onlar millətimizin yaxşı mənada inkişafına öz töhfələrini verən savadlı, bilikli, qabiliyyətli gənclərdir. Onların əməyinə hər zaman dövlət tərəfindən diqqət yetirilib. Daxili işlərlə yanaşı, bu gün dünyanın hər tərəfində yüzlərlə gənc dövlətin diplomatik və digər öhdəliklərini uğurla yerinə yetirir. Bu da İlham Əliyevin gənclərin inkişafına göstərdiyi əhəmiyyətin bariz nümunəsidir. Bundan sonra da bu siyasət davam etdiriləcək. Cənab prezidentin bu gün gənclərin tədbirində iştirakı, çıxış etməsi, gənclərə tövsiyələrini verməsi də özü əhəmiyyətli hadisədir. Bu görüşün özü elə çox fikirlərə aydınlıq gətirir. Prezident bununla göstərir ki, gənclərə etimadı var, onların önə çəkilməsində maraqlıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm