“Dərin dövlət”in QARABAĞ PLANI, tarixi AN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“Dərin dövlət”in QARABAĞ PLANI, tarixi AN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Rusiya Prezidenti Vladimir Putin Ukraynanı din işlərinə kobud müdaxilədə ittiham edib. ABŞ-dan Fələstinə göstərilən yardımları dayandırıb. ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxış proseduruna başlayır. ABŞ Prezidenti Donald Trampın KXDR lideri Kim Çen Inla yeni görüşünün vaxtı və yeri gələn həftə açıqlana bilər.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında maraqlı olduğunu göstərir.

Bunu Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan bizim atalarımızın vətənidir, hamımızın vətənimizdir. Əziz vətən torpaqlarının erməni işğalı altında olması bizim üçün qəbuledilməz haldır. Torpaqların işğaldan azad edilməsi üçün Vətən Partiyasının lazımi hazırlıqları vardır. Bununla bağlı Rusiya dövləti ilə də lazımi danışıqlar aparırlır və məncə, artıq Rusiya da bu məsələdə həqiqətləri görməyə başlayır.

Bunu Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-dan Fələstinə göstərilən yardımlarla bağlı açıqlama verilib. Rəsmi Vaşinqton Qəzza zolağı və İordan çayının qərb sahilinə göstərdiyi bütün yardımları dayandırdığını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp yeni tviti ilə gündəm olub. Prezident Demokratlar Partiyasının Senatdakı liderlərindən Çak Şumeri və partiyanın digər üzvlərini hədəf alıb.

Şumerin “FTB prezidenti Trampa İran mövzusunda dərs verməlidir” sözlərinə sərt reaksiya verən prezident demokratların İrana qarşı zəif və passiv olmağa heyran olduqlarını deyib.

“Şumer və demokratlar İranın ABŞ-a qarşı yaratdığı təhlükələrdən xəbərsizdirlər. Sanksiyalar və nüvə razılaşmasının ləğv edilməsi səbəbilə İran hazırda xaos içindədir. Demokratlar bizi səhv yerə qoyur, amma hələlik yaxşıdır”,- Tramp bildirib.

ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxış proseduruna başlayır. Bu haqda ABŞ prezidenti Donald Tramp bildirib. “Rusiya çox uzun müddətdir ki, qadağan edilmiş raket sistemini gizli hazırlayaraq müqaviləni pozurdu. ABŞ sabah müqavilə üzrə öz öhdəliklərini dayandıracaq və müqavilədən çıxış prosesinə başlayacaq. Əgər Rusiya müqaviləni pozan bütün raketləri və onlarla bağlı avadanlıqları məhv edərək müqavilənin yerinə yetirilməsinə qayıtmasa, prosedur 6 ay sonra başa çatacaq”, - Trampın bəyanatında deyilir.

ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxışı Avropanın təhlükəsizliyini təhlükə altına qoyacaq. Bu haqda Avropa Parlamentinin böyüklüyünə görə ikinci fraksiyası olan “Sosialistlərin və demokratların proqressiv ittifaqı”nın lideri Udo Bulman bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Polşa öz coğrafi mövqeyi ilə Avropada Rusiyanın dayandırılması üzrə əsas ölkədir. Bu haqda ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general Ben Hoces bildirib.

Hərbçinin sözlərinə görə, Polşanın coğrafi mövqeyi NATO qoşunlarının portativliyini yüksəldəcək. Amerikalı zabit həmçinin, nəqliyyat marşrutlarına diqqət yönəldib. O qeyd edib ki, bu marşrutlar Rusiya ilə mümkün münaqişə halında NATO qoşunlarının manevr qabiliyyətini yaxşılaşdırmağa kömək edəcək.

Fransanın Dövlət Şurası – inzibati işlər üzrə ən yüksək məhkəmə instansiyası “Sarı jiletlilər”in etiraz aksiyaları zamanı polis tərəfindən xüsusi qumbaraatanların (LBD) istifadəsinin qadağan edilməsi ilə bağlı tələbləri rədd edib. Bu barədə şuranın mətbuat xidməti informasiya yayıb.

Məhkəmə tələbləri geri çevirməsinə səbəb kimi bu növ silahın istifadəsi şərtlərinin olduqca sərt daxili təhlükəsizlik məcəlləsi ilə tənzimlənməsini göstərib.

ABŞ Prezidenti Donald Trampın KXDR lideri Kim Çen Inla yeni görüşünün vaxtı və yeri gələn həftə açıqlana bilər. Amerika lideri bu barədə cümə axşamı günü Ağ evdə jurnalistlərə bildirib. Görüşün fevralın sonlarında keçirilməli olduğunu xatırladan Tramp deyib: “Biz bunu çox tezliklə, ola bilsin ki, gələn həftə elan edəcəyik”.

ABŞ Prezidenti, həmçinin qeyd edib ki, Şimali Koreya ilə böyük irəliləyişə nail olunub.

Ukrayna din işlərinə kobud şəkildə müdaxilə edir. Moskva belə bir addım atmayacaq, ancaq inanclıların hüquqlarını qoruyacaq. Bunu Rusiya Prezidenti Vladimir Putin Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə keçirlən mərasimdə bildirib.

"Ukraynada inamla əlaqəsi olmayan, spekulyasiyaya və politizmə faydalı bir layihə həyata keçirilir. Dini yaşama faktiki olaraq müdaxilə edilir. Bu prosesi başladanlar ötən əsrdə inananları kilsələrdən qovan, din xadimlərini zəhərləyən və mühakimə edən ateistlərdən çox şey öyrənmiş ola bilərlər", - Putin söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm