Paşinyandan ağlagəlməz QARABAĞ PLANI: Gürcüstan yolunu gedir ki... - Politoloq HƏR ŞEYİ AÇDI
Bizi izləyin

Nida Təhlil

Paşinyandan ağlagəlməz QARABAĞ PLANI: Gürcüstan yolunu gedir ki... - Politoloq HƏR ŞEYİ AÇDI

“Dağlıq Qarabağ problemi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin üçü də xristian ölkəsidir. Çox təəssüf ki, reallıq bundan ibarətdir. Paşinyan da daha çox xristian olduğu üçün deyil, məhz bunun üçün Ermənistan bayrağında xaç işarəsinin əks olunmasını istəyir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Natiq Miri Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasından olan deputat, parlament sədrinin müavini Alen Simonyanın Ermənistanın dövlət bayrağında xaç əks olunmasını təklif etməsi haqda danışarkən deyib.

Politoloq bildirir ki, məsələni dini yox, siyasi baxımdan dəyərləndirmək lazımdır:

“Paşinyan hökumətinin bu təşəbbüsü Gürcüstandan götürülmüş modeldir. Çünki Mixail Saakaşvili prezidentliyi dövründə Gürcüstan bayrağını tamamilə dəyişdirərək simvolik olaraq xaç işarəsini tətbiq etdirdi. İndi də Paşinyan partiyasının parlamentdəki təmsilçilərindən biri xaç işarəsinin bayrağa əlavə olunmasını tələb edir. Bu da təkcə həmin millət vəkilinin təşəbbüsü ilə irəli sürülən bir fikir deyil. Düşünürəm ki, bu, hökumət başçısı səviyyəsində düşünülmüş və uzaq məqsədlərə dayanan təşəbbüsdür. Əsas məqsəd isə xristian dünyasının diqqətini Ermənistana cəlb etməkdən ibarətdir. Çünki Gürcüstan Qərb dünyasının bütün zamanlarda diqqət mərkəzində olub, bu gün də siyasi, hərbi, iqtisadi istiqamətdə həm Avropa İttifaqı, həm də Amerika tərəfindən dəstəklənir. Paşinyan da bu təcrübədən özünə nümunə götürüb Ermənistan bayrağında xristian simvolunu əks etdirməklə, xristian dünyasına mesaj verir ki, Ermənistan xristian dövlətidir. Bu kontekstdə, təbii ki, Dağlıq Qarabağ probleminin həlli məsələsində ən azından xristian dünyasının Ermənistan lehinə qərar vermələri üçün onları təhrik edir. Bilirsiniz ki, Dağlıq Qarabağ problemi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin üçü də xristian ölkəsidir. Çox təəssüf ki, reallıq bundan ibarətdir. Paşinyan da daha çox xristian olduğu üçün deyil, məhz bunun üçün bu addımı atır. Paşinyan bu addımı atmaqla qısamüddətli dividentlər götürmək istəyir. Ən nəhayət, bütün Qərb dünyasının güclü xristian dövlətlərinin himayəsində olmaq fikrindədir”.

Natiq Mirinin fikrincə, Paşinyan həm də bu dəyişikliklə daxili auditoriyaya oynayır:

“Çünki ermənilər katolikdirlər və öz dini məzhəblərinə bağlı insanlardır. Bu növ addımlar atmaqla Paşinyan emosional baxımdan ictimaiyyətə təsir göstərə bilir. Düşünmürəm ki, bayraq məsələsi ictimai rəydə Paşinyanın əleyhinə işləsin.

O ki qaldı məsələnin hüquqi tərəfinə, bayraqda dini simvolların göstərilməsi vacib deyil. İdeoloji prinsiplərin xüsusilə qabardılması əhəmiyyət daşımır. Onsuz da, bütün bayraqlarda dini mənsubiyyət rənglərlə ifadə olunur. Xüsusi olaraq yenidən dini atributun bayrağa həkk edilməsi mənəvi məsələ deyil”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm