Əliyevin istehzalı təbəssümü və özünü itirmiş Paşinyan – Davos görüşünün detalları
Bizi izləyin

Nida Təhlil

Əliyevin istehzalı təbəssümü və özünü itirmiş Paşinyan – Davos görüşünün detalları

Ermənistanın “Arovat” nəşri bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda saat yarım davam edən qeyri-rəsmi görüşü barədə politoloq Qurgen Yegiazaryanın açıqlamasını yayımlayıb.

Publika.az xəbər verir ki, “Əliyevin istehzalı təbəssümü və özünü itirmiş Paşinyan” sərlövhəli yazını WorldMedia.Az saytı yayıb.

Politoloq Qurgen Yegiazaryan Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunmamasını anlamır: “Ölkəmizi təmsil edən şəxs çox savadlı, böyük siyasi təcrübəsi olan adamla görüşüb. Odur ki, söhbət uğurlu alınmayıb. Bunu görüşdən çəkilmiş şəkillərdən də anlamaq olur”.

Yegiazaryan deyib: “Simasında istehzalı təbəssüm olan Əliyev və özünü itirmiş Paşinyan. Şəkildən hər şey aydın olur. Vəziyyət niyə belədir? Niyə bu günə düşmüşük?”.

Politoloq xatırladıb ki, bəzi mənbələr son zamanlar azərbaycanlıların Naxçıvan istiqamətində xeyli irəlilədiyini deyir: “Əgər kənd bələdiyyələrinin başçıları əhali arasında əsassız təlaş yaradırsa, sərt şəkildə cəzalandırılmalıdırlar. Yox, əgər belə deyilsə, 11 min hektar ərazinin itirilməsini necə başa düşək? Bundan öncə də 800 hektar torpağı düşmənə verib adını “lazımsız ərazi” qoydular. Bu 11 min hektar da lazımsızdır?”.

Qurgen Yegiazaryan hesab edir ki, Qarabağ münaqişəsinin həlli prosesində sülh qarşılığında ərazilərin qaytarılmasına razılaşmaq Ermənistan üçün məğlubiyyət deməkdir: “Sanki biz yalvarırıq: xahiş edirəm bizi döyməyin. Əlimdəki bulkanı da sizə verəcəyəm, əmi, yalvarıram, bircə bizi döyməyin... Paşinyan deyir ki, heç zaman “sülh qarşılığında ərazilər” ifadəsini işlətməyib. Əlbəttə, bunu deməyəcəksən. Çünki bu, artıq “Madrid prinsipləri”ndə əks olunub. Sən məhz bunun sayəsində baş nazir olmusan. 2017-ci ilin sentyabrında Serj Sarkisyan artıq çantasını toplayaraq qaçmağa hazırlaşırdı. Sadəcə, hakimiyyəti təhvil verməyə adam tapmaq lazım idi, o da səni tapdı. Hakimiyyəti sənə verdi ki, evində rahat otursun”.

Politoloq hesab edir ki, bu gün Ermənistanın daxili siyasətində də biabırçı vəziyyət yaranıb. O, esk-prezident Robert Koçaryanın həbsinə toxunaraq deyib: “Sizdən üzr istəyirəm. Yanılmışam. Demişdim ki, Robert Koçaryanı bir ay yarım sonra sərbəst buraxacaqlar. Dediyim müddətdən keçib. Bununla belə, fikrimi dəyişməmişəm. Düşünürəm ki, onu yaxın vaxtlarda azad edəcəklər”.

Yegiazaryanın fikrincə, baş nazirin heç bir ideologiyası yoxdur və o, Ermənistanı ha yana apardığını özü də bilmir: “Dövlətin idarəetmə institutları məhv edilib. Ətrafına savadsız məsləhətçilər toplamısan. Özünə savadlı məsləhətçi tap və ondan bu institutların işə salması yollarını öyrən”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm