Paşinyanın İKİ YOLU, 2017-ci ildə açıqlanan MƏXFİ PLAN... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Paşinyanın İKİ YOLU, 2017-ci ildə açıqlanan MƏXFİ PLAN... - GÜNÜN SİYASİ XÜLASƏSİ

İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib. Qondarma Qarabağ rejimi azərbaycanlı girov Elnur Elman oğlu Hüseynzadəni həbsdən azad edib. Ermənistanda müxtəlif qruplaşmalar arasında mübarizə kəskinləşir. Rusiya və ABŞ arasında Yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin ləğvi nüvə müharibəsi riskini artırır. Ukraynanın şərqində - hökumət gücləri ilə separatçıların təmas xəttində ötən gecə vəziyyət yenidən pisləşib.

İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib. Azərbaycan İsrail şirkətinin istehsalı olan “Orbiter 1K” pilotsuz təyyarəsini almaq istəyir.

“Müdafiə nazirliyi lisenziyanın dayandırılmasını ləğv edib. Şirkət pilotsuz təyyarələri yuxarıda göstərilən müştəriyə satmağa davam edə bilər”, – “Aeronautics” məlumat yayıb.

Dağlıq Qarabağda “ərazilər əvəzinə sülh” variantı üzərində razılıqların əldə olunması haqqında məlumatlar yayıldığı vaxt Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi əks fikirlər prosesi mürəkkəbləşdirdi. Faktiki olaraq, Paşinyanın mövqeyi danışıqlardan imtina etmək deməkdir. Paşinyan “Bolton planı” olaraq qəbul edilən bu variantdan niyə imtina edir? Ermənistanda “İctimai diplomatiya” mərkəzinin koordinatoru, politoloq Beniamin Matevosyan Paşinyanın bu yanaşmasının səbəblərini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qondarma Qarabağ rejimi azərbaycanlı girov Elnur Elman oğlu Hüseynzadəni həbsdən azad edib. “Lragir.am” saytı onun fevralın 2-də həbsdən azad edildiyini yazıb. Qeyd edək ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında girov götürülüb. Onunla bağlı qondarma rejimin məhkəməsi 2018-ci ilin fevralında qərar qəbul edib. Qondarma rejim liderinin mətbuat katibi David Babayan Hüseynzadənin üçüncü ölkəyə göndəriləcəyini bildirib. Onun Azərbaycana geri qayıtmaqdan imtina etdiyi vurğulanıb.

Ermənistanda müxtəlif qruplaşmalar arasında mübarizə kəskinləşir. Bu haqda jurnalistlərə açıqlamasında erməni siyasi texnoloqu Viqen Akopyan jurnalistlərə açıqlamasında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ üzərində zirehli texnika, generatorlar və digər mallar olan 150 yük avtomobili ötən gün axşam saatllarında Suriyada YPG/PKK terror təşkilatının nəzarətində olan bölgəyə göndərib. Bu haqda “Anadolu” agentliyi yazıb.

Hərbi kolon saat 21:30 radələrində İraq-Suriya sərhədindəki Simelka sərhəd-keçid məntəqəsindən Suriyaya daxil olub. Yük avtomobilləri bu gün günorta saatlarında ABŞ ordusunun YPG/PKK ilə birgə istifadə etdiyi Harab İşk və Sirrindəki anbarlarına çatıb.

Agentliyinin yazdığına görə, bu hadisə ABŞ-ın regiondan çəkilməyəcəyini göstərən növbəti siqnaldır. “Anadolu”nun bölgədəki mənbələrə görə, ABŞ-ın Suriyadan çəkilmə qərarından indiyə kimi YPG/PKK işğalındakı bölgəyə təxminən 400 TIR göndərilib

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 19-da bəyanat verərək Suriyadan çəkiləcəyini açıqladı. Onun sözlərinə görə, İŞİD Amerika hərbçilərinin Suriyada olmasının yeganə səbəbi idi.

Suriyanın Ərəb Ölkələri Liqasına qayıtmasını 8 ölkə dəstəkləyir. “RİA Novosti” agentliyinin məlumatına görə, Suriyanın təşkilata qayıtmasına Livan, Əlcəzair, İraq, Tunis, Misir, Sudan, BƏƏ və Bəhreyn tərəfdardır.

Qeyd edək ki, Suriya Ərəb Ölkələri Liqasından 2011-ci ildə çıxarılıb.

İranda milli kriptovalyuta buraxılıb. 4 yerli bank birləşərək “PayMon” adlı milli kriptovalyutanı dövriyyəyə buraxıb.

Başqalarından fərqli olaraq, bu kriptovalyuta qızıl ehtiyatları ilə təmin olunacaq. İlkin mərhələdə 1 milyard token "PayMon" buraxılması qərara alınıb. Məqsəd isə ölkəni beynəlxalq sanksiyaların zərərlərindən qorumaq və İran iqtisadiyyatını dirçəltməkdir.

İran “Xürrəmşəhr” ballistik raketlərini yeni idarəolunan döyüş başlıqlarıyla təchiz etməyə başlayıb. “Fars” agentliyinin məlumatına görə, modernləşdirilmiş raket 2000 kilometr məsafədəki hədəfləri məhv etmək gücündədir:

“Yeni nəsil raketlər “Xürrəmşəhr 2”adını alıb. Raket İsrail hədəflərini və ABŞ-ın Fars körfəzi rayonundakı bazalarını tam dəqiqliklə məhv etmək gücünə malikdir”.

Agentlik İranın həmçinin “Qədr”, “Qiyam” və “Emad” raketlərinin də döyüş başlıqlarını yenilədiyini bildirib.

Rusiya KİV-ləri sosial şəbəkələrdə hesabları alaraq, ölkənin daxili siyasi böhranına müdaxilə edir və “sarı jiletlilər”in çıxışlarını provokasiya edirlər. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron bu işdə xüsusilə RT və “Sputnik”in aktiv olduğunu deyib.

Makron bu informasiyanı haradan əldə etdiyini açıqlamayıb.

Artıq Rusiya tərəfi də məsələyə reaksiya verib. Moskva Fransının Rusiyadakı səfirliyinə diplomatik nota verib və fransız prezidentin sözlərinə aydınlıq gətirməsi tələb edilib.

Rusiya və ABŞ arasında Yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin (İNF) ləğvi nüvə müharibəsi riskini artırır. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, ABŞ administrasiyasının silahlarla bağlı beynəlxalq sistemi sındırması kursunun götürməsindən sonra yeni epoxa barədə danışmaq olar:

“Rusiya Soyuq müharibə dövrünə xas olan silah yarışına daxil olmayacaq və ortaya çıxan təhlükələrə assimetrik cavab verəcək. Prezident bunu olduqca dəqiq ifadə etdi. ABŞ-ın İNF-dən çıxması nəticəsində yaranan təhlükəyə qarşı biz hərbi texniki vasitələrlə qarşılıq verəcəyik”.

ABŞ prezidenti Donald Tramp 2018-ci il oktyabrın 21-də Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Sənəd SSRİ və ABŞ arasında 1987-ci ildə imzalanmışdı və uçuş mənzili 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı raketləri hazırlanması və saxlanılmasını qadağan edirdi. Trampın bəyanatından sonra Rusiya prezidenti Vladimir Putin Moskvanın “güzgü cavab”ı haqqında danışdı, həmçinin “Kalibr” və orta mənzilli hipersonik raketlər kimi silahların yeni tiplərinin genişləndirilməsi üzrə işlərin başlandığını elan etdi.

Bundan sonra nə olacaq, dünyanın ən güclü silah arsenalına malik iki ölkənin müqavilədən çıxması hansı proseslərə necə təsir edəcək? “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində müqavilə üzrə əsas suallara cavab verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaponiyanın iddia etdiyi Kuril dağ silsiləsinin dörd adası Amerika raketlərinin yerləşdirilməsi üçün mükəmməl yerdir. Bu haqda “Japan Business Press” nəşri yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva Tokiodan Cənubi Kuril dağ silsiləsinin bütün adaları üzərində Rusiyanın müstəqilliyi də daxil olmaqla, İkinci Dünya müharibəsinin nəticələrinin qeyd-şərtsiz tanınmasını gözləyir. Bunu Rusiya-Tacikistan slavyan universitetində çıxışında Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün ilk addımı Rusiya deyil, Yaponiya atmalıdır. Sergey Lavrov vurğulayıb ki, Yaponiya dünyada İkinci Dünya müharibəsinin nəticələrini tanımayan tək ölkədir.

Ukraynanın şərqində - hökumət gücləri ilə separatçıların təmas xəttində ötən gecə vəziyyət yenidən pisləşib. Bu haqda Birləşmiş güclərin əməliyyat mərkəzinin feysbuk səhifəsində bildirilir.

Separatçılarla döyüş nəticəsində bir Ukrayna hərbçisi həlak olub, daha biri yaralanıb. Qarşı tərəfdən isə 6 nəfər ölüb, daha 4 nəfər ağır yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm