Paşinyanın QARABAĞ HİYLƏSİ: çirkin niyyət və anormal manevr
Bizi izləyin

Nida Təhlil

Paşinyanın QARABAĞ HİYLƏSİ: çirkin niyyət və anormal manevr

“Paşinyanın vaxt udmaq niyyəti göz qabağındadır. Bunu təsdiq etmək məcburiyyətindəyik. Çünki Ermənistanda parlament seçkiləri də keçirildi. Seçkilərdən sonra qeyri-rəsmi danışıqlara da başlanıldı. O, dövlətlərin təhriki ilə danışıqlara getdi, ancaq burada da son dərəcə qeyri-konstruktiv mövqe tutaraq vaxtı uzatmağa hesablanmış manevrlər etdi”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli səsləndirib.

Q.Hüseynli bildirib ki, Paşinyanın bu manevrləri siyasi dairələrdə çox murdar təəssürat oyadıb:

“Eyni zamanda, onun bəsit davranışları da təqdir edilmədi. Amma hər halda, özünü möhkəmlətmək, nəfəs almaq üçün müəyyən qədər zaman qazana bildi.

Paşinyanın bəyanatları erməni ictimai rəyinin aldadılmasına istiqamətlənib. Çox qəribə və heç bir məntiqə sığmayan iddialar qaldırır və deyir ki, danışıqlarda əsas tərəf guya Qondarma Dağlıq Qarabağ rejimidir. Ermənistan onun adından çıxış edə bilməz. Lakin torpaqları işğal edən Ermənistan və onun kənar havadarlarıdır. Qarabağda yaşayan 60-70 min dılğır erməni nə ordu yarada bilərdi, nə də Azərbaycanın ərazilərini işğal edə bilərdi. Yəni bütün proseslərin subyekti Ermənistan və onun silahlı qüvvələridir. Onun təcavüzkar dövlət olduğunu əksəriyyət qəbul edir. İndi onun başçısının ortaya belə bəsit formada Dağlıq Qarabağı tərəf kimi atması çox qəribə səslənir. Belə məntiqlə hər hansı danışıqlar prosesini həyata keçirmək mümkünsüz görünür. Xüsusilə də onun “Ermənistanın bu məsələlərdə Dağlıq Qarabağın əvəzinə çıxış etməsinə mənəvi haqqı yoxdur” kimi iddialar səsləndirməsi sözün həqiqi mənasında tərbiyəsizlik əlamətidir. Çünki ortada 25 ildən çoxdur ki, davam edən danışıqlar prosesi var. Bu danışıqlar prosesinin tərəfləri kimi Ermənistan və Azərbaycan tanınır. ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri mövcuddur. Üç dövlət bu məsələlərdə hər zaman subyektlərin kim olduğunu qəbul edib. İndi birdən-birə hər şeyi alt-üst edib, üzərindən xətt çəkməklə yeni iddiaların irəli sürülməsi həqiqi mənada anormal hərəkətdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm