Böyük müharibəyə HAZIRLIQ, Dağlıq Qarabağın STATUSU VƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Böyük müharibəyə HAZIRLIQ, Dağlıq Qarabağın STATUSU VƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ Rusiyadan alınan “S-400” zenit-raket kompleksləri ilə bağlı Ankaranı növbəti dəfə təhdid edib. “Hizbullah” İrana qarşı müharibə halında, bu ölkəni dəstəkləməyə hazırdır. ABŞ-ın Avropa İttifaqı, Almaniya və Danimarkadakı səfirləri “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı çıxmağa çağırıblar. Ali Rada Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlük kursunu möhkəmlədən konstitusiyasına dəyişiklikləri təsdiqləyib. Belarus Xarici İşlər Nazirliyi NATO-ya ölkədə təlim keçirməyi, eləcə də burada ABŞ mütəxəssislərinin yerləşdirilməsini təklif edib.

Fevralın 6-da Ermənistan hökumətinin proqram layihəsi elan edildi. “Joxovurd” nəşrinin yazdığına görə, 71 səhifəlik sənəd diqqətçəkən bir faktı təsdiq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Rusiyadan alınan “S-400” zenit-raket kompleksləri ilə bağlı Ankaranı növbəti dəfə təhdid edib. Ankarada bir qrup jurnalistə danışan yüksək vəzifəli amerikalı səlahiyyətli Türkiyənin həm “S-400”, həm də “Patriot” zenit-raket sistemləri almasının mümkün olmadığını bildirib.

Onun sözlərinə görə, Türkiyə “S-400” alarsa”, “Patriot” ala bilməyəcək, eyni zamanda, “F-35” proqramında iştirakı riskə girə, ABŞ-ın sanksiyalarına məruz qala bilər.

Gələn həftə İŞİD terror təşkilatının 100% məğlubiyyəti rəsmən açıqlanacaq. Bunu ABŞ prezidenti Donald Tramp deyib.

Prezident bu barədə İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya ölkələrinin xarici işlər nazirlərinin görüşündə danışıb. O, bildirib ki, rəsmi açıqlamanı gözləmək niyyətindədir.

Tramp çıxışında vəzifəsinə gəldiyi gündən etibarən İŞİD-ə qarşı gördüyü işlərdən danışıb və son olaraq koalisiya üzvləri ölkələrə təşəkkür edib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildən Suriyada aktiv fəaliyyətə başlayıb.

“Hizbullah” İrana qarşı müharibə halında, bu ölkəni dəstəkləməyə hazırdır. Bu haqda Livanın “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah bildirib.

“Əgər İranla müharibə yoxdursa, bu, o demək deyil ki, Tramp (ABŞ prezideti Donald Tramp –red.) bunu istəmir. Bütün bunlar ona görədir ki, İran müdafiə olunmağa qadirdir”, - Nəsrullah Beyrutda İran islam inqilabının 40-cı ildönümünə həsr edilmiş mitinqdə çıxışında deyib.

Təşkilat lideri həmçinin qeyd edib ki, İran regionda ən güclü dövlətdir.

İsrailin artilleriya birləşmələri Qəzzada HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl Qəssam briqadasına aid mövqelərə zərdə endirib. Məlumata görə, hücum zamanı Əl-Fəhhari bölgəsində yerləşən müşahidə məntəqəsi vurulub.

Əfqanıstan siyasətçiləri ilə Taliban nümayəndələri arasında Moskvada keçirilən konfrans sona çatıb. Konfransın sonunda Taliban liderlərinin beynəlxalq aləmdə "qara siyahı"dan çıxarılması barədə bəyanat səsləndirilib.

Taliban tərəfindən ölkədə davamlı bir sülhün təmin olunması üçün tərəflərə ünvanlanan müraciət bəyanatında qeyd edilir ki, əfqan cəmiyyətləri arasında məsləhətləşmələrin davam etdirilməsi, ABŞ ilə Taliban arasında danışıqlara dəstək təmin olunması və digər ölkələrin Əfqanıstana müdaxilə etməməsi barədə razılıq əldə edilib.

Rusiya böyük müharibənin aparılmasına hazırlaşmağa başlayıb. Bu haqda Müdafiə Tədqiqatları üzrə İsveç İnstitutunun (FOI) tədqiqatında deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Çoxtərəfli nüvə silahsızlaşması və yayılmaması üzrə liderlərin Avropa Cəmiyyəti (ELN) ilə beynəlxalq işlər üzrə Rusiya Şurasının ekspertləri Rusiya və NATO-nun münasibətlərini sabitləşdirməyin, həmçinin onlar arasında birbaşa toqquşmadan qaçmağın yolları göstərilən məruzə hazırlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Avropa İttifaqı, Almaniya və Danimarkadakı səfirləri “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı çıxmağa çağırıblar. Müraciət Almaniyanın “Deutsche Welle” nəşriyndə dərc edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarus Xarici İşlər Nazirliyi NATO-ya ölkədə təlim keçirməyi, eləcə də burada ABŞ mütəxəssislərinin yerləşdirilməsini təklif edib. Bu məlumatı “Lenta.ru” saytı yayıb. Məlumata görə, Lukaşenko artıq Rusiyadan yorulub və ABŞ-ın simasında yeni dostlar axtarır:

“Rusiya-Belarus münasibətləri son zamanlar normal qaydada deyil. Bir müddət əvvəl Vladimir Putinin iki ölkənin inteqrasiyanı dərinləşdirmək təklifi Minskdə böyük narahatlıqla qəbul olunub. Nəticədə Belarus dövləti sərhədlərinin gücləndirilməsi və yeni xarici siyasət perspektivlərinin axtarışları ilə məşğul olmağa başladı”.

Sayt həmçinin Belarusa ABŞ Dövlət Departamenti rəhbərinin Avrasiya işləri üzrə köməkçisi Miçel, ABŞ-ın aparıcı analitik mərkəzlərinin işçiləri Maykl Karpenter, eləcə də Ben Hocesin səfərinə diqqət yetirib.

Yaponiya “şimal əraziləri”nin qayıdışı (Yaponiya hazırda Rusiyanın ərazisi olan Kuril arxipelaqının cənubundakı İturup, Kunaşir, Şikotan və Habomai adalarını belə adlandırır – red.) üzrə ümummilli qurultayda ilk dəfə “qanunsuz işğal” ifadəsindən imtina edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ali Rada Ukrayna konstitusiyasına dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər ölkənin Avropa İttifaqı və NATO-ya üzvlük kursunu möhkəmlədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm