Böyük müharibəyə HAZIRLIQ, ya “Bolton planı”, ya da QARABAĞDA... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Böyük müharibəyə HAZIRLIQ, ya “Bolton planı”, ya da QARABAĞDA... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib. Ermənistanda müxtəlif qruplaşmalar arasında mübarizə kəskinləşir. Fransanın prezidenti Emmanuel Makron qondarma “erməni soyqırımı” ilə bağlı qalmaqal yaradacaq addım atıb. Türkiyə və ABŞ Suriyada yaradılacaq təhlükəsizlik bölgəsi barədə razılıq əldə ediblər. Vaşinqton Rusiyadan alınan “S-400” zenit-raket kompleksləri ilə bağlı Ankaranı növbəti dəfə təhdid edib. ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxıb. ABŞ Prezidenti Donald Tramp 27 və 28 fevral tarixlərində Vyetnamda Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək. BMT səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı hesabatını açıqlayıb.

Azərbaycan, Dağlıq Qarabağ

İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib. Azərbaycan İsrail şirkətinin istehsalı olan “Orbiter 1K” pilotsuz təyyarəsini almaq istəyir.

“Müdafiə nazirliyi lisenziyanın dayandırılmasını ləğv edib. Şirkət pilotsuz təyyarələri yuxarıda göstərilən müştəriyə satmağa davam edə bilər”, – “Aeronautics” məlumat yayıb.

Dağlıq Qarabağda “ərazilər əvəzinə sülh” variantı üzərində razılıqların əldə olunması haqqında məlumatlar yayıldığı vaxt Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi əks fikirlər prosesi mürəkkəbləşdirdi. Faktiki olaraq, Paşinyanın mövqeyi danışıqlardan imtina etmək deməkdir. Paşinyan “Bolton planı” olaraq qəbul edilən bu variantdan niyə imtina edir? Ermənistanda “İctimai diplomatiya” mərkəzinin koordinatoru, politoloq Beniamin Matevosyan Paşinyanın bu yanaşmasının səbəblərini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qondarma Qarabağ rejimi azərbaycanlı girov Elnur Elman oğlu Hüseynzadəni həbsdən azad edib. “Lragir.am” saytı onun fevralın 2-də həbsdən azad edildiyini yazıb. Qeyd edək ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında girov götürülüb. Onunla bağlı qondarma rejimin məhkəməsi 2018-ci ilin fevralında qərar qəbul edib. Qondarma rejim liderinin mətbuat katibi David Babayan Hüseynzadənin üçüncü ölkəyə göndəriləcəyini bildirib. Onun Azərbaycana geri qayıtmaqdan imtina etdiyi vurğulanıb.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Elnur Hüseynzadə barədə rəsmi açıqlama yayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vəziyyət dəyişməsə, Ermənistan rəhbərliyinin təcrübəsizliyi ciddi nəticələrə səbəb olacaq”. Bu barədə erməni politoloq Ervand Bozoyan deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Ermənistanda müxtəlif qruplaşmalar arasında mübarizə kəskinləşir. Bu haqda jurnalistlərə açıqlamasında erməni siyasi texnoloqu Viqen Akopyan jurnalistlərə açıqlamasında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fevralın 6-da Ermənistan hökumətinin proqram layihəsi elan edildi. “Joxovurd” nəşrinin yazdığına görə, 71 səhifəlik sənəd diqqətçəkən bir faktı təsdiq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın Respublika Partiyasının (rəhbəri keçmiş prezident və baş nazir Serj Sarkisyandır –red.) mətbuat katibi Eduard Şarmazanov yeni hökumət proqramı ilə bağlı fikirlərini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın eks-prezidenti Serj Sərkisyan yaxın zamanlarda həbs ediləcək. Bu məlumatı “Politik.am” saytı etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, onun həbsi haqqında qərar hakimiyyətin yuxarı eşelonlarında artıq qəbul edilib.

Qeyd edək ki, Serj Sərkisyan 1 mart hadisələriylə bağlı bir müddət əvvəl istintaqa dəvət edilib və 5 saat dindirilib.

Gürcüstan

Gürcüstan Rusiya ilə gömrük və yüklərin tranziti haqqında razılaşma çərçivəsində Abxaziya və Cənubi Osetiyayla sərhədlərdə gömrük nəzarəti məntəqələrini açmağa hazırdır. Bu haqda Rusiya hökumətindəki mənbə “Kommersant” nəşrinə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gürcüstanla Rusiya arasında gömrük dəhlizi razılaşması çərçivəsində işğal edilmiş ərazilərlə gömrük məntəqələri açması haqqında Rusiya KİV-lərinin məlumatı növbəti dezinformasiyadır. Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Xarici İşlər Nazirliyi David Zalkaliani deyib.

“Bu dezinformasiyanı bizim opponentlərimiz, müxalifətçilər və Gürcüstanın eks-prezidenti dəstəkləyir. Belə ittiham qəbuledilməzdir. Bunun reallıqla heç bir əlaqəsi yoxdur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Gürcüstanla Rusiya arasında 2011-ci ildə imzalanmış razılaşma İsveçrə şirkətinin Rusiya və Gürcüstan arasında yük dövriyyəsinin monitorinqini nəzərdə tutur və bunun gömrük terminallarına heç bir aidiyyəti yoxdur.

Türkiyə, İran, Yaxın Şərq

ABŞ Rusiyadan alınan “S-400” zenit-raket kompleksləri ilə bağlı Ankaranı növbəti dəfə təhdid edib. Ankarada bir qrup jurnalistə danışan yüksək vəzifəli amerikalı səlahiyyətli Türkiyənin həm “S-400”, həm də “Patriot” zenit-raket sistemləri almasının mümkün olmadığını bildirib.

Onun sözlərinə görə, Türkiyə “S-400” alarsa”, “Patriot” ala bilməyəcək, eyni zamanda, “F-35” proqramında iştirakı riskə girə, ABŞ-ın sanksiyalarına məruz qala bilər.

Fransanın prezidenti Emmanuel Makron qondarma “erməni soyqırımı” ilə bağlı qalmaqal yaradacaq addım atıb. Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) təşkil etdiyi ziyafətdə iştirak edən Makron bu ildən başlayaraq hər il aprelinin 24-ünün Fransada “erməni soyqrımı”nın yad edilməsi günü kimi qeyd olunacağını bildirib.

“Fransa 1915-ci il hadisələrini o dövrdə soyqırım olaraq tanıyan və uzun mübarizədən sonra 2001-ci ildə onu qanunla tanıyan ilk ölkələrdən biri oldu. Gələcək həftələrdə isə ölkəmizdə aprelin 24-nü erməni soyqırımını anma günü olaraq qəbul edəcəyik”, - o deyib.

Türkiyə hökuməti Fransa Prezidenti Emmanuel Makronun 24 aprel tarixini qondarma erməni soyqırımının anım günü kimi qeyd etmək qərarını kəskin şəkildə tənqid edib. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın danışıb.

“Makronun “erməni soyqırımı”nın anım günü ilə bağlı elan xarakterli açıqlamasını şiddətli qınayırıq. Qondarma erməni soyqırımı iddiaları heç bir hüquqi təməli olmayan, tarixi həqiqətlərə zidd, siyasi bir yalandır. Türkiyə üçün heç bir hökmü yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildə həqiqətlərin işıqlandırılması üçün Ortaq Tarix Komissiyası yaradılması çağırışından qaçanlar tarixi hadisələri manipulyasiya etməyə çalışırlar”, - Qalın bildirib.

Türkiyə və ABŞ Suriyada yaradılacaq təhlükəsizlik bölgəsi barədə razılıq əldə ediblər. Bu iddia ilə İngiltərədə yayımlanan “Aşarq əl-Övsət” nəşri çıxış edib.

Nəşrin yazdıqlarına əsasən, ABŞ Əl-Tanf hərbi bazasından əməliyyatlarını davam etdirəcək. Türkiyə isə ABŞ əsgərlərinə yaxın olmayan bir ərazidə başa çatan tampon bölgə yaradacaq. Bu bölgənin eni 20-32 kilometr olacaq. ABŞ və Türkiyənin sazişinə əsasən, YPG-yə verilmiş silahlar da terror qruplaşmasından toplanılacaq.

Qeyd edək ki, razılaşmanın digər detallarının Vaşinqtonda ABŞ və Türkiyə nümayəndə heyətlərinin görüşü zamanı müəyyən edilməsi nəzərdə tutulub.

Türkiyə Suriyanın Münbiç şəhəri və Fəratın şərqində terror təşkilatlarına qarşı hərbi müdaxiləyə hazırlaşdığı bir vaxtda, 7 ölkə öz qüvvələrini bölgəyə yerləşdirmək üçün hərəkətə keçib. ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xarici işlər nazirləri Vaşinqtonda ortaq bəyannamə yayımlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyanın İdlib vilayətində Türkiyə və Rusiya arasında razılaşdırılan silahsızlaşdırılmış zona indiyə qədər işləməyə başlamayıb. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin bildirib.

Rusiya diplomatı Türkiyəni öz vədlərinin icrasını maksimum sürətləndirməyə çağırıb.

Xatırladaq ki, Soçidə sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların nəticəsinə görə, iki ölkənin müdafiə nazirləri İdlibdə vəziyyətin sabitləşməsi haqqında memorandumu imzalayıblar və vilayətdə silahsızlaşdırılmış zonanın yaradılması barədə razılaşıblar.

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin Suriyanın İdlib vilayətində hərbi əməliyyatın keçirilməsi imkanını qiymətləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gələn həftə İŞİD terror təşkilatının 100% məğlubiyyəti rəsmən açıqlanacaq. Bunu ABŞ prezidenti Donald Tramp deyib.

Prezident bu barədə İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya ölkələrinin xarici işlər nazirlərinin görüşündə danışıb. O, bildirib ki, rəsmi açıqlamanı gözləmək niyyətindədir.

Tramp çıxışında vəzifəsinə gəldiyi gündən etibarən İŞİD-ə qarşı gördüyü işlərdən danışıb və son olaraq koalisiya üzvləri ölkələrə təşəkkür edib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildən Suriyada aktiv fəaliyyətə başlayıb.

Suriyanın Ərəb Ölkələri Liqasına qayıtmasını 8 ölkə dəstəkləyir. “RİA Novosti” agentliyinin məlumatına görə, Suriyanın təşkilata qayıtmasına Livan, Əlcəzair, İraq, Tunis, Misir, Sudan, BƏƏ və Bəhreyn tərəfdardır.

Qeyd edək ki, Suriya Ərəb Ölkələri Liqasından 2011-ci ildə çıxarılıb.

İranda milli kriptovalyuta buraxılıb. 4 yerli bank birləşərək “PayMon” adlı milli kriptovalyutanı dövriyyəyə buraxıb.

Başqalarından fərqli olaraq, bu kriptovalyuta qızıl ehtiyatları ilə təmin olunacaq. İlkin mərhələdə 1 milyard token "PayMon" buraxılması qərara alınıb. Məqsəd isə ölkəni beynəlxalq sanksiyaların zərərlərindən qorumaq və İran iqtisadiyyatını dirçəltməkdir.

İran “Xürrəmşəhr” ballistik raketlərini yeni idarəolunan döyüş başlıqlarıyla təchiz etməyə başlayıb. “Fars” agentliyinin məlumatına görə, modernləşdirilmiş raket 2000 kilometr məsafədəki hədəfləri məhv etmək gücündədir:

“Yeni nəsil raketlər “Xürrəmşəhr 2”adını alıb. Raket İsrail hədəflərini və ABŞ-ın Fars körfəzi rayonundakı bazalarını tam dəqiqliklə məhv etmək gücünə malikdir”.

Agentlik İranın həmçinin “Qədr”, “Qiyam” və “Emad” raketlərinin də döyüş başlıqlarını yenilədiyini bildirib.

Əgər İsrail İranın Suriyadakı obyektlərinə zərbə endirməyə davam etsə, bu, hərbi konfliktə səbəb olacaq. Bunu jurnalistlərə açıqlamasında İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.

“Əgər hücumlar davam etsə, biz İsrailin cinayətkar və yalançı rəhbərlərinə dərs verəcəyik. Tehranın növbəti hücuma cavabı aqressiv və qətiyyətli olacaq”, – deyə o bildirib.

“Hizbullah” İrana qarşı müharibə halında, bu ölkəni dəstəkləməyə hazırdır. Bu haqda Livanın “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah bildirib.

“Əgər İranla müharibə yoxdursa, bu, o demək deyil ki, Tramp (ABŞ prezideti Donald Tramp –red.) bunu istəmir. Bütün bunlar ona görədir ki, İran müdafiə olunmağa qadirdir”, - Nəsrullah Beyrutda İran islam inqilabının 40-cı ildönümünə həsr edilmiş mitinqdə çıxışında deyib.

Təşkilat lideri həmçinin qeyd edib ki, İran regionda ən güclü dövlətdir.

İranın raket proqramının qarşısının alınması üçün beynəlxalq məhdudiyyətləri sərtləşdirmək lazımdır. Bunu öz Tvitter səhifəsində ABŞ Dövlət katibi Mayk Pompeo paylaşıb.

“Sonuncu raket buraxılışı növbəti dəfə sübut edir ki, İranla nüvə razılaşması onun raket proqramının qarşısını almağa yardım etmir. İran ballistik raket potensialını artırmaqla BMT Təhlükəsizlik Şurasına meydan oxuyur. Biz İranın raket proqramının qarşısını almaq üçün sərt məhdudlaşdırıcı tədbirləri bərpa etməliyik”, – deyə o bildirib.

“Amerikaya ölüm!” şüarı sadə amerikalılara, xalqa deyil, ABŞ Prezidenti Donald Tramp, onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və dövlət katibi Maykl Pompeo kimi siyasətçilərinə yönəlib”. Bunu İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamneyi ölkəsinin Hərbi Hava Qüvvələri komandanları, pilotları və bəzi rəsmilərlə görüşündə bildirib.

Qeyd edək ki, “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları 1979-cu ilin fevralında İranda baş vermiş İslam inqilabının ilk illərindən indiyə kimi səslənir.

Avropa İttifaqının İranla ticarət üzrə xüsusi mexanizmi İrana ABŞ-ın sanksiyalarından yan keçməyə imkan verəcək. Bu haqda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “RT Arabic” kanalına (“Russian Today” telekanalının ərəb xidməti –red.) müsahibəsində bildirib.

Xatırladaq ki, ötən həftə Almaniya, Fransa və Böyük Britaniya Avropa şirkətlərinə ABŞ-ın sanksiyaları şəraitində İranla ticarət etməyə imkan verən mexanizm yaradıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fələstinin rəhbəri Mahmud Abbas İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməyə hazır olduğunu açıqlayıb. Mahmud Abbas istənilən an Netanyahu ilə görüşmək üçün Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə səfər dəvətini qəbul etməyə hazır olduğunu bildirib.

ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması üçün parlamentdə qanun layihəsi qəbul ediləcək. Bunu parlament sədrinin birinci müavini Həsən əl-Kəabi deyib.

Yazılı açıqlama verən birinci müavin ABŞ prezidenti Donald Trampın “İraqdakı ABŞ bazasını saxlamağı İranı müşahidə etmək üçün istəyirəm. Çünki İran gerçək bir təhlükədir” sözlərini qınayıb.

Kəabi bildirib ki, ABŞ İraq dövlətinin qanunlarını və konsitutsiyasını pozur.

ABŞ prezidenti Donald Tramp İranı müşahidə etmək üçün İraqda qoşun saxlamağa Bağdaddan icazə istəməyib. Bu haqda İraq prezidenti Bərham Saleh “Al-Arabia” telekanalına bildirib.

İraq prezidenti əlavə edib ki, İraq hökuməti Amerika güclərinin miqdarı və onların missiyası haqqında ABŞ-dan izahat gözləyəcək.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib ki, İraqda İranı izləmək imkanına malik olmaq üçün qoşun saxlayır.

BMT səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı hesabatını açıqlayıb. Hesabatda cinayətin Səudiyyə Ərəbistanı dövlət rəsmiləri tərəfindən planlaşdırıldığı və Türkiyənin hadisəni aydınlaşdırmaq cəhdlərinə ciddi maneələr yaradıldığı ifadə olunub.

"Dəlillər Camal Qaşıqçının Səudiyyə Ərəbistanı dövlət rəsmiləri tərəfindən plnlaşdırıldığı və vəhşiliklə həyata keçirildiyini göstərir", - deyə hesabatda bildirilir.

Qeyd edək ki, Camal Qaşıqçı ötən il oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.

Rusiya, ABŞ, Rusiya-Qərb münasibətləri

ABŞ prezidenti Donald Trampın fevralın 2-də Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxış proseduruna başladıqları barədə bəyanatı qlobal gündəmdə şok effekti yaratdı. Moskvanın buna cavabı gecikmədi. Rusiya prezidenti Vladimir Putin ölkəsinin razılaşmadan çıxdığını bəyan etdi. Qərb KİV-inin yazdığına görə, ABŞ-ın qərarı ilə əlaqədar olaraq Rusiya və Avropanın çiyinlərində strateji sabitlik sahəsində problemlər düşür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fevralın 2-də Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxan ABŞ Asiya-Sakit okeanı regionunda hərəkətə keçib. Yaponiyanın “Asahi” qəzetində bu gün dərc olunan məqaləyə görə, ABŞ Çinlə mümkün görünən müharibənin qarşısını almaq üçün Asiya-Sakit okeanı bölgəsinə raketlər yerləşdirəcək.

Məqalədə orta mənzilli raketlərin 7 il ərzində Sakit okeandakı Quam adası ilə yanaşı, Yaponiya və Filippinə yerləşdiriləcəyi bildirilir. Nəşr ABŞ və Çin arasında mümkün müharibə zamanı Yaponiyanın da ön sıralarda yer alacağını və potensial düşmənlərin hücumun ilk hədəfi olacağını qeyd edib.

Rusiya və ABŞ arasında Yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin (İNF) ləğvi nüvə müharibəsi riskini artırır. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, ABŞ administrasiyasının silahlarla bağlı beynəlxalq sistemi sındırması kursunun götürməsindən sonra yeni epoxa barədə danışmaq olar:

“Rusiya Soyuq müharibə dövrünə xas olan silah yarışına daxil olmayacaq və ortaya çıxan təhlükələrə assimetrik cavab verəcək. Prezident bunu olduqca dəqiq ifadə etdi. ABŞ-ın İNF-dən çıxması nəticəsində yaranan təhlükəyə qarşı biz hərbi texniki vasitələrlə qarşılıq verəcəyik”.

ABŞ prezidenti Donald Tramp 2018-ci il oktyabrın 21-də Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Sənəd SSRİ və ABŞ arasında 1987-ci ildə imzalanmışdı və uçuş mənzili 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı raketləri hazırlanması və saxlanılmasını qadağan edirdi. Trampın bəyanatından sonra Rusiya prezidenti Vladimir Putin Moskvanın “güzgü cavab”ı haqqında danışdı, həmçinin “Kalibr” və orta mənzilli hipersonik raketlər kimi silahların yeni tiplərinin genişləndirilməsi üzrə işlərin başlandığını elan etdi.

Bundan sonra nə olacaq, dünyanın ən güclü silah arsenalına malik iki ölkənin müqavilədən çıxması hansı proseslərə necə təsir edəcək? “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində müqavilə üzrə əsas suallara cavab verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Con Riçardson Vaşinqtonu Rusiya və Çinə hücuma keçməyə çağırıb. O, bu haqda Atlantik Şurasında çıxışının gedişatında bildirib.

Riçardson Rusyanı Azov dənizinin mühasirəyə alınmasında, həmçinin Şərq Aralıq dənizində hərbi gücünü artırmasında ittiham edib. Dünyada təhdidlərin artdığını deyən admiral ABŞ-ı Moskva və Pekin barəsində daha sərt tədirlərlər görməyə çağırıb.

“Rusiya əsas su magistralları üzərində nəzarəti gücləndirib. ABŞ üçün zərbəni birinci vurmaq vaxtı çatıb. Birləşmiş Ştatlar yalnız müdafiəni fikirləşməməlidir”, - Riçardson vurğulayıb.

ABŞ prezidenti Donald Tramp Konqresdə “Birliyin vəziyyəti” çıxışını edib. 1 saat 22 dəqiqəlik çıxışda prezident Suriyada İŞİD terror təşkilatının qalıqlarını yox etmək üçün müttəfiqləri ilə birlikdə işlədiklərini və döyüşçülərinin artıq evlərinə qayıtmaq vaxtının gəldiyini deyib. O həmçinin digər mövzularla bağlı da danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp raket əleyhinə müdafiə üzrə ən yeni sistemin hazırlamasına başlandığını elan edib. Prezidenti bu haqda Konqresə müraciətində bildirib.

O vurğulayıb ki, ölkədə ordunun genişmiqyaslı bərpası həyata keçirilir.

Amerika lideri əlavə edib ki, 2018-ci ildə ABŞ-ın müdafiə büdcəsi təxminən 700 milyard dollar təşkil edib, 2019-cu ildə isə təxminən 716 milyard dollar olacaq.

ABŞ Avropada təkmilləşdirilmiş aviasiya nüvə bombaları yerləşdirməyi planlaşdırır. Bunu jurnalistlərə açıqlamasında KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov deyib. Onun sözlərinə görə, ABŞ bu bombaları 2020-ci ilin ilk yarısına qədər Avropaya gətirəcək:

“Nüvə bombaları Belçika, Niderland, Almaniya, İtaliya və Türkiyədəki aviabazalarda yerləşdiriləcək. Bu aviabazalarda hazırda əvvəlki nəslə aid olan 200 idarəolunmaz nüvə bombası mövcuddur”

Makedoniya NATO-ya qatılıb. Makedoniyanın ittifaqa qatılması haqqında protokol bu gün imzalanıb.

İmza mərasimi NATO-nun Brüsseldəki qərargah binasında təşkil edilib. Makedoniyanı mərasimdə xarici işlər naziri Nikola Dimitrov təmsil edib. Tədbirdə həmçinin, NATO-nun baş katibi Yens Stoltenberq və 29 müttəfiqin daimi təmsilçiləri iştirak edib.

Rusiya 6 ay sonra “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan çıxacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Türkmənistanın paytaxtı Aşqabadda təşkil edilən mətbuat konfransında çıxış edən nazir bu addımı ABŞ-ın razılaşmadan çıxmasına reaksiya olaraq atıldığını qeyd edib.

Rusiya böyük müharibənin aparılmasına hazırlaşmağa başlayıb. Bu haqda Müdafiə Tədqiqatları üzrə İsveç İnstitutunun (FOI) tədqiqatında deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Çoxtərəfli nüvə silahsızlaşması və yayılmaması üzrə liderlərin Avropa Cəmiyyəti (ELN) ilə beynəlxalq işlər üzrə Rusiya Şurasının ekspertləri Rusiya və NATO-nun münasibətlərini sabitləşdirməyin, həmçinin onlar arasında birbaşa toqquşmadan qaçmağın yolları göstərilən məruzə hazırlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Avropa İttifaqı, Almaniya və Danimarkadakı səfirləri “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı çıxmağa çağırıblar. Müraciət Almaniyanın “Deutsche Welle” nəşriyndə dərc edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Senatının xarici işlər üzrə komitəsi “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı hazırlanan qətnaməyə baxmaq niyyətindədir. Bu haqda Konqresin yuxarı palatasının saytında xəbərdə deyilir.

Senatorlar Cim Riş, Ron Conson, Robert Menendes, Cin Şaxin və Dik Durbin sənədin həmmüəllifləridir.

“”Şimal axını-2” kimi layihələr Avropanın energetika təhlükəsizliyi üçün təhlükə təşkil edir və biz Avropa Parlamenti ilə həmfikirik ki, layihə ləğv edilməlidir”, - qətnamə layihəsinin mətnində deyilir.

Rusiya, Çin və İran ABŞ üçün əsas təhdidlər sırasındadır. Bunu ABŞ Dövlət Departamentinin Qlobal Qarşılıqlı Fəaliyyət Mərkəzinin yeni rəhbəri olacaq Lia Qabriel deyib.

2019-cu ilin sonuna qədər Rusiya FTX-nin iqtisadi təhlükəsizlik bölməsinin bütün idarələrində “Türk bölmələri”nin yaradılması planlaşdırılıb. Bu məlumat Teleqram sosial şəbəkəsindəki “Silahsız” kanalında yayımlanıb.

“Məqsəd Türkiyə xüsusi xidmət orqanlarının vahid türk dövlətinin yaradılmasıyla bağlı fəaliyyətini neytrallaşdırmaqdır. Türkiyə yekun şəkildə islam dünyasının mərkəzi oldu. Üstəlik, Ankaranın Kiyevlə sıx əlaqələri də Moskvanı narahat edir. Hazırkı dönəmdə mümkün konstruksiyalarla bağlı müzakirələr aparılır. Digər tərəfdən Rusiya Prezident Administrasiyası da aktiv şəkildə bu bölmələrin yaradılmasına qoşulub”, – deyə Teleqram kanalında bildirilib.

Moskva Tokiodan Cənubi Kuril dağ silsiləsinin bütün adaları üzərində Rusiyanın müstəqilliyi də daxil olmaqla, İkinci Dünya müharibəsinin nəticələrinin qeyd-şərtsiz tanınmasını gözləyir. Bunu Rusiya-Tacikistan slavyan universitetində çıxışında Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün ilk addımı Rusiya deyil, Yaponiya atmalıdır. Sergey Lavrov vurğulayıb ki, Yaponiya dünyada İkinci Dünya müharibəsinin nəticələrini tanımayan tək ölkədir.

Yaponiya “şimal əraziləri”nin qayıdışı (Yaponiya hazırda Rusiyanın ərazisi olan Kuril arxipelaqının cənubundakı İturup, Kunaşir, Şikotan və Habomai adalarını belə adlandırır – red.) üzrə ümummilli qurultayda ilk dəfə “qanunsuz işğal” ifadəsindən imtina edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa Birliyi Breksiti öz şərtləri daxilində həyata keçirmək üçün İrlandiyada vətəndaş müharibəsini alovlandırmaq istəyir. Bu sözləri Fransanın sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen deyib.

O bildirib ki, ittifaq “boşanmanı” mümkün qədər ağrılı həyata keçirməyə çalışır.

Rusiya KİV-ləri sosial şəbəkələrdə hesabları alaraq, ölkənin daxili siyasi böhranına müdaxilə edir və “sarı jiletlilər”in çıxışlarını provokasiya edirlər. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron bu işdə xüsusilə RT və “Sputnik”in aktiv olduğunu deyib.

Makron bu informasiyanı haradan əldə etdiyini açıqlamayıb.

Artıq Rusiya tərəfi də məsələyə reaksiya verib. Moskva Fransının Rusiyadakı səfirliyinə diplomatik nota verib və fransız prezidentin sözlərinə aydınlıq gətirməsi tələb edilib.

Ukrayna

Ukraynanın erməni əsili daxili işlər naziri Arseniy Avakov Rusiyanı təcavüzkar ölkə adlandırıb və prezident Vladimir Putini tənqid edib. Nazir bu haqda Ukrayna “Xalq cəbhəsi” Partiyasının qurultayında çıxışı zamanı deyib.

Erməni nazir partiyasının qarşıdan gələn prezident seçkilərində iştirakının vacib olduğunu bildirib.

“Bizim proqramımız sadədir. Mən onu bir abzasla xülasə etməyə cəhd edəcəyəm. Ukrayna Avropadır, Avropa İttifaqı və NATO-dur, Rusiya təcavüzkardır”, - Avakov vurğulayıb.

Rusiyanın mənbəyi olduğu bir sıra təhlükələr mövcuddur. Hərb Rusiyanın alətlər dəstinin yalnız bir hissəsidir. Bu haqda ABŞ-ın “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkətinin Avrasiya məsələləri üzrə analitiki Yucin Çauşevskiy “Azadlıq” radiosunun Ukrayna xidmətinə müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ali Rada Ukrayna konstitusiyasına dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər ölkənin Avropa İttifaqı və NATO-ya üzvlük kursunu möhkəmlədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Donbasda yaradılan “Donetsk Xalq Respublikası” separatçı rejimi 300 məhbusu Kiyevə verməyə hazırlayır. Bu haqda separatçıların “ombudsman”ı Darya Morozova bildirib.

Onun sözlərinə görə, məhbuslar Donbasda münaqişənin başlanmasına (2014-cü ilin aprel ayı-red.) qədər ittiham edilmişdilər və indi cəzalarını Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərdə çəkmək arzularını ifadə ediblər.

Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Donbasa muxtar region statusu verilməsi üzrə təşəbbüslərə qarşı çıxıb. “Bu, tamamilə yolverilməzdir. Bu, bizim ərazimizdir, bu, bizim torpağımızdır”, - siyasətçi “1+1” telekanalının efirində deyib. O qeyd edib ki, Donetsk və Luqansk vilayətlərinin xüsusi statusu haqqında qanun Donbasa birbaşa muxtariyyət verməsə də, bu qanunla real muxtariyyət təsdiq edilib.

Timoşenko həmçinin Budapeşt formatında (ABŞ, Ukrayna, Böyük Britaniya və Rusiya) vəziyyətin nizama salınması üzrə danışıqlar aparmağa çağırıb.

Xatırladaq ki, Ukraynanın tərkibində Donbas muxtar regionu yaratmaq təklifi ilə daha əvvəl “Ukraynanın seçimi – xalqın hüququ” ictimai hərəkatın lideri Viktor Medvedçuk çıxış edib.

Koreya böhranı

ABŞ Prezidenti Donald Tramp 27 və 28 fevral tarixlərində Vyetnamda Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək. Bu barədə “Politiko” nəşri informasiya yayıb.

Nəşrə danışan mənbənin sözlərinə görə, sözügedən tarixi yaxın vaxtlarda Donald Tramp özü rəsmi şəkildə açıqlayacaq.

ABŞ və Koreya Xalq Demokratik Respublikasının (KXDR) qarşıdakı sammiti iki ölkənin barışığına yeni impuls verə bilər, hərçənd Amerika isteblişmentinin bir hissəsi bu barışığa heç bir ehtiyac görmür. Bu haqda “RİA-Novosti” agentliyinə açıqlamasında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Koreya və Monqolustan şöbəsinin müdiri Aleksandr Vorontsov bildirib.

Çərşənbə günü ABŞ prezidenti Donald Tramp elan etdi ki, KXDR lideri Kim Çen Inla ikinci görüşü Vyetnamda 27-28 fevral tarixlərində olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm