Nida Təhlil
Qarabağla bağlı Azərbaycana ŞOK ÇAĞIRIŞ: “Sərhədsiz reportyorlar”dan ermənilərə açıq dəstək
Söz və mətbuat azadlığı, jurnalistlərin müdafiəsi
prinsiplərini əsas tutduğunu iddia edən “Sərhədsiz reportyorlar”
təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərləri
alqışlayan çağırış edib. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya
bölməsinin rəhbəri Yohann Bir bildirib ki, Azərbaycan Dağlıq
Qarabağa qanunsuz səfər edənlərin adını saldığı “qara siyahı”dan
imtina etməlidir.
Onun iddiasına görə, bu anormal vəziyyət yaradır: “Biz bir neçə
dəfə buna qarşı çıxmışıq, Azərbaycan hakimiyyətini “qara siyahı”
təcrübəsindən imtina etməyə çağırmışıq. “Qaynar nöqtələr”ə baş
çəkən jurnalistlər üçün baş verənlərin işıqlandırılması fövqəladə
səviyyədə əhəmiyyətlidir. Qarabağa baş çəkmək üçün Azərbaycan
tərəfindən icazə almaq prosesi çətinləşdirir, hətta müraciət etmək
hələ icazə almaq demək deyil”.
Y. Bir Azərbaycanın bu addımını “xüsusi senzura” olaraq
adlandırıb.
Hesab etmək olar ki, Y.Bir və onun timsalında təmsil etdiyi
təşkilatın əsas qayəsi jurnalistlərin sərbəst fəaliyyətini təmin
etməkdir, lakin Azərbaycana ünvanlanan bu çağırışın işğalla
barışmaq istəyi olduğu da faktdır və bu, birbaşa işğalçı
Ermənistanın maraqlarına xidmət edir.
Y. Bir bu açıqlamanı Fransa Xarici İşlər Nazirliyinin təşkil etdiyi
media-turda erməni jurnalistlərin suallarını cavablandırarkən
verib. Bu faktın özü məqsədin Ermənistanın işğalçılıq siyasətinə
haqq qazandırmaq olduğunu təsdiqləyir. Erməni jurnalistlər
“Sərhədsiz reportyorların” nümayəndəsinin dilindən Azərbaycanın
ərazi bütövlüyünə qarşı çağırış edilməsində almasında maraqlıdır.
Lakin “Sərhədsiz reportyorlar”ın Azərbaycana qarşı daşlaşmış
qərəzli yanaşması fonunda bu təşkilatın da maraqlarının ermənilərlə
üst-üstə düşdüyü şübhəsizdir. Hədəf Azərbaycanın tərtib etdiyi
“qara siyahı”nı aradan qaldırmaq və dünyanın müxtəlif yerlərində
erməni diasporunun pulla ələ aldığı siyasətçiləri, jurnalistləri və
digərlərini işğal altındakı Qarabağa gətirməkdir.
Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin işğal edilmiş
ərazilərə qanunsuz səfər edən xarici ölkə vətəndaşlarının adlarını
daxil etdiyi “Arzuolunmaz şəxslər siyahısı”nda 799 şəxs var.
Ermənistanın əcnəbiləri Qarabağa gətirməsi işğalı və Azərbaycan
torpaqlarında yaradılan qondarma rejimi beynəlxalq ictimai rəydə
legitimləşdirmək məqsədi daşıyır. Azərbaycanın “qara siyahı” addımı
işğalçı ölkənin bu planlarına ciddi zərbə endirdi. Dünyada ciddi
siyasi fiqurlar, mədəni xadimlər, jurnalistlər işğal altındakı
ərazilərə gəlməkdən imtina etdilər. Bununla yanaşı, erməni yalanına
aldanaraq Qarabağa gələn çoxsaylı tanınmış şəxslər Azərbaycandan
üzrxahlıq etdi və bu proses həm erməni təbliğatını, həm də işğalçı
ölkənin xain planlarını alt-üst etdi. Görünür, ermənilər “Sərhədsiz
reportyorlar”ın əli ilə Azərbaycanı bu məsələdə geri çəkilməyə
məcbur etmək istəyirlər. Bu, yəqin ki, başlanğıcdır və böyük
ehtimalla belə çağırışların davamı gələcək. “Sərhədsiz
reportyorlar”ın növbəti hesabatları Azərbaycan haqqında “söz və
mətbuat azadlığı” iddiaları ilə zəngin olarsa, bu, heç də təəccüblü
olmayacaq.
Erməni lobbisi iş başındadır, Azərbaycanı işğal altındakı
ərazilərdən imtinaya məcbur etmək üçün bütün yollara əl
atırlar!
Asif Nərimanlı
Publika.az
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər