Torpaqlarımızda ölüm-dirim SAVAŞI, Paşinyandan GÖZLƏNİLMƏZ MÖVQE... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Torpaqlarımızda ölüm-dirim SAVAŞI, Paşinyandan GÖZLƏNİLMƏZ MÖVQE... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib. Varşavada Yaxın Şərq üzrə sülh konfransı, Soçidə isə Suriya üzrə sammit keçirilib. ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını əvəz edən və orta mənzilli ballistik raketlərə sahib ölkələrin daxil olduğu yeni razılaşmanın imzalanmasına hazırdır. ABŞ humanitar böhran bəhanəsi ilə müdaxilənin gizli planı çərçivəsində Venesuelaya daha yaxın ərazilərə xüsusi təyinatlı dəstələr göndərib. Amerikalı investor Corc Soros Avropa İttifaqı haqqında qorxunc fikirlər irəli sürüb. Avropa İttifaqı Səudiyyə Ərəbistanı terrorizmi maliyyələşdirən və çirkli pullara mübarizədə müvəfəqqiyyətsiz ölkələr siyahısına əlavə edib. Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “The Korea Times” qəzetinə müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini açıqlyıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib. Paşinyan əvvəlki kimi “Dağlıq Qarabağ xalqı”nın öz taleyinin təyin edilməsində iştirakının vacib olduğunu, buna görə də danışıqlar masasında tərəf kimi çıxış etməsi fikrini səsləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Paşinyan Qarabağ nümayəndələrinin danışıqlar masasında iştirakını ona görə istəyir ki, ərazilərin qaytarılması məsələsində məsuliyyəti onlarla bölsün”. Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Politoloq qeyd edib ki, Paşinyan necə hərəkət edəcəyini bilmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2020-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezident seçkiləri” keçiriləcək. Separatçı rejimin hazırkı rəhbəri Bako Saakyanın “namizədliyini” verməyəcəyi deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın taleyi haqqında gizli danışıqlar başlandı. Bu barədə Rusiyanın “lenta.ru” saytı yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib. A.Qriqoryan Xankəndidə qondarma rejimin “rəhbər”i Bako Saakyanla görüşüb.

Görüşdə əsas müzakirə mövzusunun təhlükəsizlik məsələləri olduğu deyilir.

"Mənim üçün münaqişənin sülh yolu ilə həllindən başqa bir yol yoxdur”. Bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib.

Almaniyanın Heydelberq Universitetinin tələbələri qarşısında çıxış edən Sarkisyan onlarla Qarabağ münaqişəsinin həllinə dair öz fikirlərini bölüşüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

“İrəvan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini mümkün hesab edir, amma bu, o demək deyil ki, Ermənistan müharibəyə hazır olmamalıdır.” Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti 5 ildəki fəaliyyət proqramını parlamentə təqdim edərkən deputatlar qarşısında çıxışında deyib. Bildirib ki, Qarabağ probleminin həlli üçün sülh atmosferinin yaradılması vacibdir.

“Bu gün regionda sülh atmosferi mövcud deyil. “Xalqları sülhə hazırlayın” deyirlər, yəni xalqı yox. Odur ki, əgər bir ölkədə hökumət xalqı sülhə hazırlamırsa, onda digər ölkənin hakimiyyəti də öz xalqını sülhə hazırlaya bilməz. Biz mövcud vəziyyətə uyğun şəkildə davranacağıq” , – Paşinyan deyib.

Belarus Ermənistanla adət etdiyi münasibəti bir daha görməyəcək. Bunu Qavaredə icma rəhbərləri ilə görüşü zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bizə kiçik ölkə, kiçik xalq kimi münasibət göstərməyə davam edəcəklər. Mən dəqiq şəkildə deyə bilərəm ki, belə olmayacaq.

“Ermənistan Suriyada hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırmır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Daha əvvəl isə müdafiə naziri David Tonoyan erməni hərbçilərinin Suriyada hərbi əməliyyatlarda iştirak edə biləcəyini söyləmişdi. Qeyd edək ki, Ermənistan Rusiyanın istəyindən sonra Suriyaya humanitar missiya göndərib. D. Tonoyanın Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdən sonra belə açıqlama verməsi ehtimal etməyə imkan verir ki, erməni hərbiçilərin hərbi əməliyyatlarda iştirakını da Moskva tələb edir.

Türkiyə, İran, Yaxın Şərq

Vaşinqton Ankaranı Rusiyanın raket əleyhinə müdafiə sistemlərini almamağa çağırır. Bu haqda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bildirib.

“Biz Rusiyanın istənilən növ zenit-raket sistemlərinin müttəfiq ölkələr tərəfindən alınmasından narahatıq”, - o deyib.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə ABŞ “Patriot” sistemlərinin alınması təklifinə baxacaq, ancaq “S-400” Rusiya komplekslərindən imtina etməyəcək.

Almaniyada PKK terror təşkilatına ağır zərbə vurulub. PKK ilə bağlı olan “Mesopotamiya” nəşriyyat evi və “MIR” multimedia şirkəti bağlanılıb.

ABŞ ordusunun Suriyadan çıxarılmasına bir neçə həftə sonra başlanacaq. Bunu fevralın 11-də jurnalistlərə açıqlamasında ABŞ Mərkəzi Komandanlığının rəhbəri Cozef Votel deyib.

“Güman ki, bir həftədən sonra başlanacaq. Yenə də təkrar edirəm ki, bu, Suriyadakı situasiyadan asılı olacaq”, – deyə o bildirib.

ABŞ prezidenti Donald Tramp tvitterdə İrana qarşı sərt ifadələr işlədib. Tramp yaranmasının 40-ci ildönümünü qeyd edən İran hökumətinin yalnız uğursuzluq əldə etdiyini yazıb.

“40 illik qanunsuzluq, təzyiq və terror. İrandakı rejim sadəcə 40 illik uğursuzluq istehsal etdi. İran xalqı isə daha parlaq gələcəyə layiqdir”,- Tramp bildirib.

Prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton isə İranı açıq şəkildə təhdid edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrailin baş naziri Benyamin Netanyahu İrandan gələn “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” açıqlamasına reaksiya verib. Baş nazir bu təhdidə elə təhdidlə cavab verib.

Netanyahu bildirib ki, İran buna cəhd edərsə, bu, onların qeyd etdiyi son inqilab bayramı ola bilər: “İrandan gələn təhdidləri gözardı etmirik. Qorxmuruq da. Əgər bu rejim (İran) Təl-Əviv və Hayfanı yox etməyi sınamaq xətası buraxarsa ki, bunu bacarmaz – bu, onların son bayramı ola bilər. Bunu da nəzərə almalıdırlar”.

Qeyd edək ki, İslam İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Yadulla Cavani İRNA agentliyinə verdiyi açıqlamada “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” sözlərini demişdi.

ABŞ-la danışıqlar yalnız ziyan gətirir, Vaşinqtonla problemləri həll etmək mümkün deyil. Bu haqda İran İslam Respublikasının ali lideri, ayətullah Əli Xamenei bildirib.

“ABŞ-la hər hansı problemlərin həlli mümkün deyil. Onlarla danışıqlar maddi və mənəvi ziyandan başqa, heç nə gətirmir”, - Xameneinin rəsmi saytında dərc olunan bəyanatda deyilir.

Fevralın 13-də Varşavada başlayan və 60 ölkənin hökumət başçıları, xarici işlər nazirləri və yüksək vəzifəli diplomatlarının iştirak etdiyi Yaxın Şərq üzrə konfransında əsas müzakirə mövzusu İran olub. ABŞ və Polşanın təşkil etdiyi ikigünlük tədbir (13−14 fevral) Rusiya, İran, Türkiyə, Livan və Fələstinin nümayəndələrinin iştirakı olmadan keçir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Soçidə Suriya üzrə Rusiya, Türkiyə və İran prezidentlərinin iştiraki ilə üçtərəfli görüşü keçirilib. Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriya konstitusiya komitəsinin yaradılması, Amerika qoşunlarının ölkədən planlaşdırılan çəkilməsini və kürd məsələsini müzakirə edəcəklər.

“Bu gün Soçidə Astana prosesinin təminatçı ölkə liderlərinin dördüncü sammitini keçiririk. Əminəm ki, biz Suriya Ərəb Respublikasında vəziyyətin normallaşmasına yeni impuls verə biləcəyik”, - görüşün başlanğıcında Putin deyib.

Rusiya, İran və Türkiyənin liderlərinin Soçi görüşünün nəticələrinə əsasən, aydın olur ki, Moskva Suriyada öz mövqelərinin möhkəmləndirilməsi üzrə xəttini davam etdirəcək. Əgər iqtisadi nöqteyi-nəzərindən problemə baxsaq, Rusiya çətin ki, münaqişənin həllində iştirakdan dividentlər alacaq. Rusiya Bəşər Əsədin dəstəyi üçün hərbi və maliyyə resurslarını xərcləməyə davam edir. ABŞ-ın mövqeyindən görünür ki, onun Suriyadan gedişi aktiv bombardmanlarla və İŞİD terrorçuları ilə ticarətlə müşayiət olunur.

Bu haqda Böyük Britaniyada mənzillənən İnsan hüquqlarının monitorinqi üzrə Suriya Mərkəzinin (SOHR) ABŞ və İŞİD-in qızıl ticarəti haqqında xəbərini şərh edən Rusiyanın “Nezavisimaya Gazeta” nəşri yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fevralın 14-də Polşada və Rusiyada – Varşava və Soçidə Yaxın Şərq üzrə konfranslar paralel keçirildi. Onların iştirakçıları qeyri-stabil regionda əks geosiyasi blokların təmsilçiləridirlər. Bu haqda “İndependent” nəşrində politoloq, Lodzinq universitetinin müəllimi, Yaxın Şərq üzrə mütəxəssis Robert Çulda bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Polşa Yaxın Şərqlə bağlı “Varşava prosesi” yaradılmasını təklif edir. Bunu Varşavadakı Yaxın Şərq konfransında çıxışı zamanı Polşa Xarici İşlər naziri Yaçek Çaputoviç deyib. Onun sözlərinə görə, bu təklifin əsas məqsədi regionda stabillik üçün səylərin davam etdirilməsindən ibarətdir.

Yaxın Şərqdə sülh və stabillik İranla qarşıdurma olmadan mümkün deyil. Bunu Varşavada jurnalistlərə İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Yaxın Şərqdə sülh və stabilliyə İranla qarşıdurma olmadan çatmaq mümkün deyil. Bu, sadəcə mümkünsüzdür”, – deyə o bildirib.

Netanyahu isə Varşavada baş tutan Yaxın Şərq konfransını tarixi dönüş anı adlandırıb. O, Pompeoya bu konfransı təşkil etdiyinə görə təşəkkür edib.

Astana formatı çərçivəsində keçirilən görüşdə iştirak üçün Rusiyanın Soçi şəhərində olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib. Ərdoğan ABŞ-ın Suriyadan çəkilmə qərarını qarşıdakı ən böyük testlərdən biri adlandırıb.

Onun sözlərinə görə, qərarın necə həyata keçiriləcəyinə dair qeyri-müəyyənliklər hələ qalır.

“Bu yeni vəziyyət qarşısında birgə işləmək çox vacibdir. İstər PYD/YPG, istərsə də İŞİD – bütün terror növlərinin aradan qaldırılmasına yönəldilmiş bir hərəkət tərzini mənimsəməliyik. Suriyanın ərazi bütövlüyü Fəratın şərqi PYD-dən təmizləmədən əldə edilə bilməz”, - Türkiyə prezidenti bildirib.

Rusiya lideri isə Türkiyə ilə birlikdə Suriyada tərəflər arasındakı dialoqda irəliləyiş əldə edəcəklərinə əmin olduğunu deyib. Onun sözlərinə görə, Suriyadakı məqsədlərə aktiv, hərtərəfli iş və konsensus vasitəsilə çatmaq mümkündür.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Avropa partnyorlarını Vaşinqtonun nümunəsi üzrə İranla nüvə sazişindən çıxmağa çağırıb. O, bu haqda ABŞ və Polşanın Varşavada təşkil etdiyi Yaxın Şərq üzrə konfransda bildirib.

“Avropadan olan partnyorların bizimlə və İran xalqı ilə birlikdə olmağın vaxtı çatıb. Avropalı partnyorlar İranla nüvə sazişindən çıxsınlar və İrana iqtisadi və diplomatik təzyiqə qoşulsunlar. Bu, bütovlükdə İran xalqına, regiona və dünyaya təhlükəsizlik və azadlıq gətirərdi”, - vitse-prezident deyib.

Fevralın 13-də Iran İslam İnqilabı Keşikçiləri Korpusuna hücum olub. Sistan və Bəlucistan əyalətində hərbi personalı daşıyan avtobus partladılıb. Terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Polşada ABŞ-ın rəhbərliyi altında İran əleyhinə keçirilən konfransla eyni gündə ölkənin cənub-şərqində teraktın baş verməsi təsadüfi ola bilməz. Bu sözləri Tvitter hesabında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Görünən odur ki, ABŞ hər zaman eyni səhvləri edir, ancaq fərqli nəticələr əldə etməyi gözləyir", - Zərif bildirib.

2014-cü ildən bəri Yaxın Şərqdə terror fəaliyyəti ilə məşğul olan İŞİD-in büdcəsi açıqlanıb. BMT baş katibinin köməkçisi və Terrorla Mübarizə Dairəsinin prezidenti Vladimir Voronkov fərqli qaynaqlardan əldə etdiyi bilgilərə görə, İŞİD-in 50-300 milyon dollar arasında büdcəsi olduğunu deyib.

Təşkilatın mövcud durumu haqqında bilgi verən Voronkov İraqdakı terrorçuların 14-18 min nəfərinin, Suriyadakı terrorçuların isə 3 min nəfərinin xarici vətəndaş olduğunu qeyd edib.

Rusiyalı diplomat İŞİD-in təhdidinin Yaxın Şərqlə Afrikanın şimalı, qərbi və şərqindən Avropaya, Mərkəzi, Cənub və Cənub-şərqi Asiyaya qədər uzandığını əlavə edib.

“Əsrin razılaşması” adlandırılan və bir müddətdir ki, Donald Tramp hökuməti tərəfindən üzərində işlənən İsrail-Fələstin barış planının tamamlandığı bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Amerika lideri Donald Trampla Rusiya prezidenti Vladimir Putinin yeni görüşü hazırda planlaşdırılmır. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, hazırda ölkələrin liderlərinin hər hansı əlaqələri müzakirə edilmir.

“Top Vaşinqtonun tərəfindədir”, - Peskov yekunlaşdırıb.

Daha əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov bildirib ki, Vladimir Putin və Donald Trampın mümkün görüşü ciddi hazırlıq tələb edir. Onun sözlərinə görə, prezidentlərin söhbətləri həmişə beynəlxalq vəziyyətə müsbət təsir edir.

Rusiya və Çinin Latın Amerikası ölkələrində təsiri bu region üçün dağıdıcı gücə malikdir. Bu sözləri ABŞ-ın Kolumbiyadakı səfiri Kevin Uitaker deyib.

O bildirib ki, sözügedən ölkələr demokratik ənənələri təmsil etmir:

“Onların maraqları bu yarımkürədə yaşayan amerikalıların maraqlarından xeyli uzaqdır”.

Soyuq müharibənin bitməsindən sonra yaranan dünya nizamını yeni Rusiya, Çin və ABŞ toqquşması əvəzləyə bilər. Bu məlumat Münhen Təhlükəsizlik Konfrasının hesabatında yer alıb. Hesabatda bütün beynəlxalq liberal nizamın parçalandığı vurğulanıb:

“Bu, SSRİ-nin parçalanmasından sonra beynəlxalq təhlükəsizliyə maksimal təhdiddir. Bu gün Rusiya, ABŞ və Çin arasında rəqabətlə bağlı yeni era başlayıb”.

Sənəddə həmçinin ABŞ üçün Çinin ciddi, Rusiyanın isə daha təcili problem olduğu vurğulanıb.

Rusiyaya təzyiqlərin Kremlin siyasətində dəyişikliyə səbəb olmadığı da qeyd edilib.

ABŞ Senatının Kəşfiyyat Komitəsi “Rusiya işi” ilə bağlı 2 il ərzində 200-dən çox müsahibə götürməsinə baxmayaraq ABŞ Prezidenti Donald Trampın seçki qərargahı ilə Rusiya arasında razılaşma olmasına dair birbaşa sübut tapa bilməyib. Bu barədə NBC telekanalı informasiya yayıb.

Xatırladaq ki, bir çox məlumatlara görə, Tramp və komandası ilə rusiyalılar arasında 2017-ci ilin yanvarına qədər 100-dən artıq əlaqə qurulub.

ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmaqla silahlanma sahəsində istənilən məhdudiyyətlərdən azad olmağa, mütləq hərbi üstünlüyü ələ keçirməyə cəhd edir. Bu haqda Sovet İttifaqının keçmiş prezidenti Mixail Qorbaçov “Vedomosti” nəşrinə müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqton Rusiya və Çinlə birgə Şərqi və Mərkəzi Avropada mövcudluq uğrunda rəqabət aparmaq niyyətindədir. Bunu Polşa Xarici İşlər naziri Yaçek Çaputoviçlə Varşavadakı görüşündən sonra jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, səfəri ilə ABŞ-ın Mərkəzi və Şərqi Avropanın işlərinə cəlb olunduğunu göstərməyə çalışdığını bildirib. Pompeo ABŞ-ın bu regionlarda maraqlarını qorumaqda maraqlı olduğunu və yaranan boşluğu Pekinlə Moskvaya buraxmaq niyyətində olmadığını deyib.

Krım Ukraynanın tərkibinə qayıtmadığı müddətdə ABŞ Rusiya əleyhinə sanksiyaları saxlayacaq. Bu haqda BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki nümayəndəsi Conatan Koen bildirib.

Onun sözlərinə görə, ABŞ Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmir və heç vaxt dəstəkləməyəcək. Amerikalı diplomat Minsk razılaşmalarının dördilliyinin müzakirəsi zamanı Moskvanı razılaşmaların tam icrasına çağırıb.

“Məhz Rusiya münaqişəyə son qoymalıdır”, - o deyib.

Koen əlavə edib ki, Donbasda Rusiya hərbçiləri və silahları var.

ABŞ-ın Cənubi Çin dənizinə iki hərbi gəmi göndərməsindən sonra qarşıdurma başlayıb. Rəsmi Pekin Vaşinqtonun onların icazəsi olmadan bölgəyə gəmi göndərdiyini bəyan edib.

İngiltərə müdafiə naziri Gavi Villiamson isə Çinin bu açıqlamasına sərt reaksiya verib. Qeyd edib ki, ordunun “kağızdan pələng” olmadığını göstərmək üçün “sərt güc”dən istifadə etməyə hazırdırlar. İngilis nazir onlara məxsus “Queen Elizabet” HMS gəmisinin F-35 təyyarələri ilə birlikdə Cənubi Çin Dənizinə göndəriləcəyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya sputniklər əleyhinə lazer silahı yaradır. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında deyilib.

Bildirilib ki, Rusiyanın lazer kompleksləri orbital aparatları və onların ötürücülərini məhv etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, yayımlanan hesabatda Rusiya və Çin kosmosda ABŞ-a başlıca rəqib olaraq görülür.

Rusiyanın “Poseydon” strateji pilotsuz sualtı aparatlarının həqiqi hədəfi NATO-nun dağıdılmasından ibarətdir. Bu haqda ABŞ-ın “Business Insider” nəşrinə ekspertlər bildiriblər.

Qeyd edilir ki, sualtı aparatlar bütöv qitəni məhv edə bilərlər. Ekspertlərin fikrincə, bu aparatlar Amerika tərəfini Rusiyanın təcavüzünə cavab vermək fikrindən daşındıracaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını əvəz edən və orta mənzilli ballistik raketlərə sahib ölkələrin daxil olduğu yeni razılaşmanın imzalanmasına hazırdır. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Key Beyli Hatçison deyib.

“Rusiya Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının iştirakçısıdır. Bununla bərabər raketlərə sahib olan digər dövlətlər də var ki, bu razılaşmaya zidd davranırlar. Biz nüvə silahsızlanmasına, silahlanmaya nəzarətə tərəfdarıq. Bizim hökumət orta mənzilli raketlərə sahib bütün ölkələrin daxil olduğu silahlanmaya nəzarətlə bağlı yeni razılaşma imkanları axtarır”, – deyə o bildirib.

Suriyadakı münaqişə göstərdi ki, müasir dünyada müharibə yeni formaya bürünüb, indi bir-birinə qarşı nizami ordular dayanmır. Bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

Generalın sözlərinə görə, təhdidlərin əhatə dairəsi genişlənib və Rusiya Silahlı Qüvvələri yeni çağırışlara hazırlıqlı olmalıdır.

“Biz Suriyadakı qarşıdurmanın silahlı münaqişənin tamamilə fərqli bir növü olduğunu görürük. Bu növ nizami orduların bir-birinə rəqib olduğu klassik müharibədən prinsipial şəkildə fərqlənir”, - nazir bildirib.

ABŞ 1980-cı illərin ortalarından etibarən Mərkəzi Asiya respublikalarının yerində “İslam xilafəti” yaratmağı planlaşdırır. Bunu Rusiya FTX-nin və SSRİ DTX-nin ehtiyatda olan general-mayoru Boris Sokolov deyib.

“1985-ci ildə biz Əfqanıstanda tranzit nöqtələrdən birini ələ keçirdik və burada xəritə aşkarladıq. Bu xəritədə gələcək “islam xilafəti”nin xəritəsi çəkilmişdi. Paytaxtı Fərqanə və Səmərqənd olan xilafət Mərkəzi Asiya respublikalarının ərazisində yerləşdirilmişdi. Yəni amerikalılar radikal islamın yayımı planını həmin tarixdən işləyib hazırlamışdılar”, – deyə o bildirib.

Rusiya NATO müttəfiqlərinin birliyini pozmağa cəhd edir. Bu sözləri Budapeştdə səfərdə olan ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Ruslar və çinlilər öz təsirlərini burada gücləndiriblər. Əvvəla, onlar bizim üçün dəyərli olan amerikan ideallarını bölməyə çalışır. Biz Putinin NATO-da dostlar arasında ayrılıq toxumu səpməsinə icazə verməyəcəyik”, - deyə ABŞ rəsmisi çıxışında bildirib.

NATO üzrə müttəfiqlərimiz daha hərbi xərclərini azaltmayacaqlar. Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, NATO üzvləri və Kanada müdafiə xərclərini 2019-cu ilin sonuna qədər 100 milyard dollara qədər artıracaq:

“Artıq NATO üzrə müttəfiqlərimiz hərbi xərcləri artırırlar. 2016-cı ildən etibarən NATO-nun Avropadakı müttəfiqləri və Kanada müdafiə xərclərini 41 milyard dollar artırıb. 2020-ci ildə bu göstərici 100 milyard dollar olacaq. NATO üzvlərinin çoxu 2024-cü ilə qədər hərbi xərclərini ÜDM-lərinin 2%-i miqdarında artırmağı planlaşdırıb”.

Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir. Bu barədə Almaniyanın “Bild” nəşri diplomatik mənbələrə istinadən bildirib.

“Bu gün Almaniyada təhlükəsizlik üzrə 55-ci Münhen konfransı başlayır. Siyasətçilər və ekspertlər müharibələri, münaqişələri və təhdidləri müzakirə edirlər. Bu il həmçinin qızğın müzakirə mövzusu Ukrayna ilə bağlı arası kəsilməyən təcavüzkar davranışına görə Rusiyaya qarşı yeni sanksiyaların qəbul olunmasıdır”, - “Bild” yazıb.

İki Avropa diplomatının sözlərinə görə, Avropa İttifaqı və ABŞ Rusiyaya təzyiqin gücləndirilməsi məsələsində həmfikirdirlər. İlk növbədə, noyabrda Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanmış 24 Ukrayna dənizçisinin azad edilməsindən söhbət gedir.

Diplomatlardan biri vurğulayıb ki, Rusiyaya qarşı yeni sanksiyalar bir neçə həftə ərzində elan ediləcək.

Amerikalı investor Corc Soros Avropa İttifaqı haqqında qorxunc fikirlər irəli sürüb. Multimilyarder Avropa İttifaqının sonunun Sovet İttifaqı kimi olacağını deyib.

Soros “MarketWatch” saytı üçün qələmə aldığı yazıda Avropa İttifaqı tərəfdaşlarını şüursuzluqdan əl çəkməyə çağırıb. O bildirib ki, Aİ-nin tarix səhnəsindən sillinməsi çox yaxındır.

“İnqilabi bir andan keçdiyimiz, genişmiqyaslı ehtimallar ilə qarşı-qarşıya qaldığımız üçün son nəticənin nə qədər qaranlıq qaldığını nə liderlərimiz, nə də sadə vətəndaşlar anlayır. May ayında keçiriləcək Avropa Parlamenti seçkiləri qitənin gələcəyi baxımından əhəmiyyətlidir, Aİ-yə müxalif partiyaların açıq fərqlə qalib gələcəyi ehtimal olunur”.

Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanı terrorizmi maliyyələşdirən və çirkli pullara mübarizədə müvəfəqqiyyətsiz ölkələr siyahısına əlavə edib. Səudiyyə Ərəbistanının da aralarında olduğu 23 ölkəni terrorizmi maliyyələşdirən və çirkli pullara mübarizədə müvəfəqqiyyətsiz ölkələr siyahısına salıb.

Bu ölkələrin qeyr-qanuni pul axınlarına qarşı mübarizədə “strateji çatışmazlıqların” olduğu deyilir. Aİ qanunvericiliyinə görə, Avropa bankları bu ölkələrdən gələn vəsaitlərlə bağlı sərt nəzarət və yoxlamalar tətbiq etmək məcburiyyətində qalacaq.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Xuan Quaidonu Venesuela prezidenti kimi tanımayanları təhdid edib. Bolton fikirlərini Tvitterdəki səhifəsində paylaşıb.

“Maduro ilə birgə Venesuelanın demokratik institutlarını dağıtmaq üçün sui-qəsd hazırlayanlar əvvəlki ağır nəticələrlə üz-üzə qalacaqlar”, – deyə o bildirib.

Venesuela Xarici İşlər naziri Xorxe Arreas yanvar və fevral aylarında ABŞ Dövlət Departamentinin Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsla iki dəfə gizli şəkildə görüşüb. Bunu “Assoşeyted Press” agentliyinə müsahibəsində Venesuela Prezidenti Nikolas Maduro deyib. Onun sözlərinə görə, görüş yanvarın 26-sı və fevralın 11-də Nyu Yorkda baş tutub.

Maduro görüşün bir neçə saat davam etdiyini deyib. Görüşlərdə özəlliklə Venesuela siyasi böhranı və Maduronun prezident postundan istefası məsələsi müzakirə edilib.

ABŞ humanitar böhran bəhanəsi ilə müdaxilənin gizli planı çərçivəsində Venesuelaya daha yaxın ərazilərə xüsusi təyinatlı dəstələr göndərib. Bu haqda Kuba hökumətinin məlumatında deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

Ukrayna prezidenti Pyotr Poroşenko gələn həftə Konstitusiyaya dəyişikliklər haqqında qanunu imzalayacaq. Bu haqda prezidentin özü Kiyevdə keçirilən investisiya forumunda bildirib.

“Ali Rada Avropa İttifaqı və NATO kursunun möhkəmləndirilməsi üzrə prezidentin təşəbbüsünü dəstəklədi və gələn həftə qanunu imzalayacağam”, - Poroşenko deyib.

Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin istefada olan 1-ci dərəcəli kapitanı, NATO-nun Rusiyadakı sabiq nümayəndəsi Harri Tabax Ukraynanın NATO-ya üzvlük şanslarını qiymətləndirib. Amerikalı zabitin sözlərinə görə, NATO nizamnaməsi mübahisəli sərhədlərə maliik ölkələrin üzvlüyünü qadağan edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm