Nida Təhlil
Erməni kəşfiyyatı Azərbaycan müxalifətinə necə sızıb? - CODA ƏMƏLİYYATI və ŞOK FAKTLAR
Ermənistanın xüsusi xidmət orqanları və Avropada erməni
diasporu/lobbisinin “Köhnə Qitə”də mühacir adı altında yaşayan
azərbaycanlılar, o cümlədən, Azərbaycana qarşı separat fəaliyyəti
ilə məşğul olanları bu və ya digər formada ələ aldığı, Qərbdən
Bakıya doğru əsən “demokratiya küləkləri”ni onlar üzərindən
yönləndirdiyinə dair faktlar ortaya çıxır. Hollandiyada separatçı
“Talış-Muğan Mühacir Hökuməti” (TMMH) adlı qondarma təşkilat
yaradan Əlikram Hümbətov tərəfindən bir neçə gün öncə edilən
çağırışlar da bunu təsdiq etdi. (Oxu: Erməni kəşfiyyatının “mühacir ovu” və
separatçıların Qarabağ PLANINDA YERİ ).
Separatçılar Azərbaycana müdaxilə məqsədilə “demokratik” missiyalı
təşkilatlar yaradır və Bakıya qarşı müşahidə olunan ümumi axına
qoşulurlar: hədəf gələcəkdə ölkəyə “insan haqlarının müdafiəçiləri”
kimi qayıtmaq və parçalama planlarını həyata keçirməkdir. Bu
planların arxasında stan dayanır və Ə.Hümbətovun İrəvana səfərlər
edərək, Azərbaycanın işğal altındakı ərazilərinə gəlişi, orada
“Erməni hökumətinə də, “artsax” hökumətinə də dərin təşəkkürümü
bildirirəm” tipli açıqlamaları, o cümlədən, Şuşada separat “talış
radiosu”nun açılması və digər proseslər məhz Azərbaycanın
parçalanması üçün qurulan ssenarilərin tərkib hissəsidir.
Bu planlarda Ə. Hümbətovun oğlu Tural Hümbətovun rəhbərlik etdiyi
CODA (Committee Outlines of Democracy in Azerbaijan) -
“Azərbaycanda Demokratiya Komitəsi” adlı təşkilat xüsusi missiyanı
həyata keçirir.
Bu təşkilat 2010-cu ilin 19 may tarixində Hollandiyada qeydiyyatdan
keçib, Voorburg şəhərində fəaliyyət göstərir, “Talış Azadlıq
Hərəkatı” adlı separatçı təşkilatla eyni ünvanda - Voorburg şəhəri,
Herman Heijermanshof 25-də yerləşir. Rəhbəri Toeral Goemmatovdur
(Tural Hümbətov).
CODA 2010-cu ildən indiyə qədər zaman-zaman Azərbaycana qarşı
“insan haqlarının pozulması” iddiaları ilə çıxış edib, müxalifət
partiyalarının nümayəndələrinin müdafiəsini həyata keçirib.
Azərbaycan müxalifəti Ə.Hümbətovun təşkilatı ilə heç bir əlaqəyə
malik olmadıqlarını dilə gətirsələr də (əslində cəmiyyət olaraq
bunu heç vaxt arzulamamışıq), fevralın 12-də ortaya çıxan fakt
“erməni xüsusi xidmət orqanları Azərbaycan müxalifətinə
sızıb” sualını gündəmə gətirdi.
Hollandiyada yaşayan və separatçı Əlikram Hümbətova yaxınlığa ilə
seçilən Ataxan Əbilovun iki gün öncə Feysbuk səhifəsində paylaşdığı
fikirlər bu suala müəyyən qədər aydınlıq gətirir.
“Müsavat Partiyası ilə əlaqədar Avropada baş qaldıran qalmaqalla
bağlı mənim də adımı hallandırıblar. Bunu Avropada Müsavat adından
çıxış edən Rəşad Sadıqov adlı biri edib. Reaksiya verməyə sadəcə
məcburam. Əvvəla, Rəşad Sadıqov adında olan adam barədə. Bu adamın
hansı yolla Niderland hökumətindən sığınacaq alması mənə bəlli
deyil. Onu deyim ki, Niderlandda yaşadığımdan onunla bir neçə dəfə
ünsiyyətim olub. Elementar tərbiyədən uzaqdır. Küçə uşaqları
səviyyəsində özünü aparır. Ağzının danışığını bilmir. Hər iki
sözdən biri senzuradan kənar ədəbsiz sözlərdir. Mən belə gördüm bu
adamı. İndi belə bir adamla mükaliməyə girmək nə qədər doğru olar?
Təəssüf ki, Rəsulzadə adına olan bir partiyanı belələri təmsil
edir. Adam 2010-cü ilə aid bir sənədin surətini paylaşıb, məni onun
əsasında Əlikram Hümbətovla əməkdaşlıqda ittiham edir və bunu az
qala vətənə xəyanət kimi rəqiblərinə ittiham səviyyəsində irəli
sürür. Mən həmin sənədə baxdım. Orada heç Əlikram Hümbətovun adına
rast gəlmədim. Anlamadım, bəlkə ikinci səhifədədir. Söhbət CODA
təşkilatından gedir. O vaxt bir qrup niderlandlı ilə bu təşkilat
yaranıb. Orada azərbaycanlı siyasi mühacirlər də iştirak edib. Əsas
məqsəd Azərbaycanı demokratikləşdirmə idi. Həmin təşkilatın
təşəbbüsü ilə Avroatlantik məkana Azərbaycanın inteqrasiyası ilə
bağlı bir sənəd hazırlandı. Söhbət böyük dəyişiliklərdən gedirdi.
Həmin sənədi o vaxtkı Müsavat partiyasının başqanı (İsa Qəmbər-red)
da imzalayıb. Həmən məntiqlə belə çıxır ki, Müsavat partiyası da
Əlikram Hümbətovla əməkdaşlıq edib? Əslində Ə.Hümbətovla Müsavat
Partiyasının hətta indiki rəhbərliyi nə vaxtsa bir təşkilatda
olublar. Belə əməkdaşlıqları üçün Müsavat partiyasının rəhbərliyi
nə qədər məsuliyyət bölüşməyə hazırdırlarsa, mən də bir o qədər
hətta Ə.Hümbətovun olmadığı bir təşkilatda olmaqla onunla
əməkdaşlıq məsuliyyətini bölüşə bilərəm...”, - deyə A. Əbilov
yazır.
Və məlum olur ki, Müsavat Partiyasının keçmiş başqanı, bu gün
partiyanın özünün əsas lideri hesab etdiyi İsa Qəmbər CODA-nın
hazırladığı sənədə imza atıb. Deyilə bilər ki, İ.Qəmbər
“Azərbaycanın demokratikləşməsi” üçün bu sənədə imza atıb. Lakin
İrəvanda ermənilərin “qırmızı xalıda” qarşıladığı, Azərbaycan
torpaqlarının işğalını dəstəkləyən Hümbətovların rəhbərlik etdiyi
təşkilat Azərbaycanı hansı demokratiyaya aparmağı planlaşdırır?
Müsavat rəhbərliyi bu haqda heç düşünübmü? Yoxsa məsələ
hakimiyyətdirsə, bütün yollar mübahdır prinsipi əsas götürülür?
Doğrudanmı, Müsavat rəhbərliyi bu sənədə imza atarkən,
Hümbətovların məqsədini və onların ermənilərlə qucaqlaşmasını
görməzdən gəliblər? Axı AXC-Müsavat hakimiyyətində mühüm
fiqurlardan olmuş İsa Qəmbər Hümbətovun separatçılığını ən yaxından
müşahidə etmiş şəxslərdəndir. Siyasi mövqeyindən asılı olmayaraq,
bir azərbaycanlının erməni kəşfiyyatının layihəsində yer alması
dəhşətli və təəssüfedicidir. Bu suallara cavabı isə Müsavat
Partiyası verməlidir, əgər verməyə bir cavabları varsa...
Asif Nərimanlı - https://asifnerimanli.wordpress.com/
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...