III Dünya müharibəsinə HAZIRLIQ, iki həftə ƏRZİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

III Dünya müharibəsinə HAZIRLIQ, iki həftə ƏRZİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan 2019-cu ilin sonu, 2020-ci ilin başlanğıcında 4 ədəd "Su-30SM” Rusiya qırıcısı almağı planlaşdırır. İran İsraili bölgədə yeni bir müharibəyə cəhd göstərməkdə ittiham edib. İsrail polisi Şərqi Qüdsdəki Əl-Əqsa məscidinin bütün qapılarını bağlayıb. ABŞ Prezidenti Donald Tramp Amerika kəşfiyyatının Koreya Xalq Demokratik Respublikasının sahib olduğu raketlərlə bağlı məruzəsinə inanmır. Rusiyaya qarşı yeni sanksiyalar ən yaxın iki həftə ərzində Avropa İttifaqı tərəfindən bəyənilə bilər.

Ermənistan 2019-cu ilin sonu, 2020-ci ilin başlanğıcında 4 ədəd "Su-30SM” Rusiya qırıcısı almağı planlaşdırır. Bu haqda “IDEX-2019” müdafiə sərgisinin gedişatında Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

“Biz “Su-30SM”-lərin növbəti partiyasının çatdırılmaları haqqında danışıqları davam etdiririk. Hər şey bu məhsulun nə zaman hazır olacağından asılı olacaq. Birinci partiyanı bu il, son halda növbəti ilin əvvəlində almağı planlaşdırırıq”, - o deyib.

Erməni nazirin sözlərinə görə, İrəvan bu təyyarələrdən 12 ədəd almaq istəyir.

Tonoyan qeyd edib ki, Ermənistan 100 milyon dollarlıq cari razılaşmanın reallaşdırılmasından sonra Rusiyadan yeni silah krediti ala bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İrəvanda ABŞ-dan gəlmiş nümayəndələrin iştirakı ilə MDB, o cümlədən Rusiyada “rəngli inqilab” metodologiyasının tətbiqi ilə bağlı forum keçirilib. Bu iddia ilə Rusiya mediası çıxış edib. Məxfi keçirilən foruma Marqarita Simonyan rəhbərlik edib.

Rusiya mediasında yayımlanan materiallar Ermənistanın postsovet məkanında yeni inqilablar üçün başlanğıc platforması olduğunu göstərir.

Əsəd rejimi Suriyada 8 ildir davam edən müharibə müddətində 300-dən çox kimyəvi hücum həyata keçirib. Bu barədə Berlin Qlobal Cəmiyyət İnstitutu hesabat yayıb. Məlumata görə, müharibə ərzində ümumilikdə 336 kimyəvi hücum həyata keçirilib və bunun 98 faizi Bəşər Əsəd qüvvələri tərəfindən təşkil edilib.

Hesabatda həmçinin Suriya lideri Bəşər Əsədə kimyəvi silahdan istifadə etdiyi üçün cinayət işi açılmasının mümkünlüyü də vurğulanıb.

ABŞ-ın dəstəyi olarsa, biz İran və ona sadiq Haşdi Şabi kimi qruplaşmaların mənafeyinə güclü zərbə endirə bilərik. Bu barədə İraqın keçmiş baş naziri Nuri əl-Malikinin ABŞ Prezidenti Donald Trampa yazdığı məktubunda deyilib.

Bildirilib ki, keçmiş baş nazir bəzi vasitəçilərin səyləri ilə məktubu Ağ Ev rəhbərinə çatdırıb.

“ABŞ administrasiyası Malikinin dürüst olmadığını və bir neçə dəfə uğursuz olduğunu anlayır”, - deyə məlumatda qısaca olaraq bildirilib.

İsrail bölgədə yeni bir müharibəyə cəhd göstərir. Bunu Münhen Təhlükəsizlik Konfransına qatılan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir jurnalistlərə açıqlamasında ölkəsinin apardığı raket proqramından da danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri SEPAH-a hücum həyata keçirən terrorçulara sponsorluq edirlər. Bunu İran Baş Qərargah ərisi Məhəmməd Baqiri deyib.

“Əgər hansısa qruplaşma Səudiyyə Ərəbistanı və BƏƏ-dən pul və silah alaraq Pakistanda gizlənirsə və ölkəyə terakt həyata keçirmək üçün insanlar keçirirsə, o zaman bilməlidirlər ki, İran millətinin qisas alovu onların səltənətini məhv edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, fevralın 13-də İranın Sistan və Bəlucistan vilayətində avtobus partladılıb. Hücum nəticəsində 41 nəfər həlak olub. Tehranın açıqlamasına görə, hücumu sünni qruplaşması olan Ceyş əl Adl həyata keçirib.

İsrail polisi Şərqi Qüdsdəki Əl-Əqsa məscidinin bütün qapılarını bağlayıb. Bu haqda Qüds İslam Vəqflər İdarəsinin sözçüsü Firas Dibs yazılı açıqlamasında bildirib.

İsrail polisi açıqlama ilə bağlı hələ şərh verməyib. Qeyd edək ki, Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsi hesab edilir.

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edərsə, bu, Rusiyaya əsl zərbəni vurmaq cəhdi olacaq. Bu haqda Rusiya İstehsalçılar və Sahibkarlar İttifaqının başçısı Aleksandr Şoxin bildirib.

Onun sözlərinə görə, Amerika rusofobları Rusiyanın daha əvvəl tətbiq olunan sanksiyalara uyğunlaşdığını görürlər. Şoxin qeyd edib ki, yeni sanksiyalar “ağır artilleriyadır”.

“Söhbət dövlət banklarının SWIFT sistemindən kənarlaşdırılması və enerji sektoruna texnoloji avadanlığın çatdırılmasına qadağan qoyulmasından gedir. Yeni sanksiyaların təsirini Rusiya dəqiq hiss edəcək. Bunlar Suriya, Venesuela və Ukraynada onun davranışını dəyişdirmək cəhdidir”, - Şoxin yekunlaşdırıb.

Kerç boğazında hadisələrə görə vəziyyətdə müsbət dəyişikliklər olmasa, Rusiyaya qarşı yeni sanksiyalar ən yaxın iki həftə ərzində Avropa İttifaqı tərəfindən bəyənilə bilər. Bu haqda Avropa diplomatiyasının başçısı Federika Moqerini Brüsseldə jurnalistlərə deyib.

”Ümid edirəm ki, Avropa İttifaqi ölkələri sanksiyaların dəstəklənməsində həmrəy olacaqlar”, - Avropa İttifaqının rəsmisi əlavə edib.

Rusiyanın son 10 ildə keçirdiyi hərbi təlimlərin miqyası onlarla dəfə böyüyüb. “Şərq-2018” təlimlərində Rusiya hərbi qulluqçularının sayı 40 illik rekordu keçdi: 300 mindən çox. Bu haqda Müdafiə Tədqiqatları üzrə İsveç İnstitutunun analitiklərinin hazırladığı məruzədə deyilirdi. Ekspertlər məruzəni təsdiqləyəcək şərhlər veriblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən ABŞ və Rusiyanın çıxışı Avropanı yenidən özünü “barıt çəlləyi” üzərində hiss etməyə məcbur etdi. Belə fonda alman siyasətçilərinin bəyanatı tamamilə aydın səslənir ki, Almaniya öz ərazisində Amerika nüvə silahını saxlamalı deyil. Bu fikir “Rosbalt.ru”da dərc edilən analitik məqaləsində yer alıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidenti Donald Tramp Amerika kəşfiyyatının Koreya Xalq Demokratik Respublikasının sahib olduğu raketlərlə bağlı məruzəsinə inanmır. Bu haqda Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsini icra edən Endrü Makkeyb CBS telekanalına müsahibəsində deyib.

O söyləyib ki, Amerika kəşfiyyatının məruzəsinə görə, Pxenyanda ABŞ ərazisinə çata bilən raketlər var. Lakin Rusiya Prezidenti Vladimir Putin bunun əksini iddia edir. O, Trampı əmin edib ki, Şimali Koreyada ABŞ ərazisinə çata bilən raketlər yoxdur.

“Kəşfiyyat əməkdaşları brifinqdə bildirdilər ki, bu, heç bir kəşfiyyat hesabatının məlumatlarına uyğun gəlmir, prezident isə buna cavabında qeyd etdi: “Vecimə də deyil, mən Putinə inanıram”, - Makkeyb əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm