Nida Təhlil
Ermənistan yalvarmağa başladı: Bakıda silahlar cingildəyir, Rusiya və İsrail...
Azərbaycanın dünyanın güclü ölkələri ilə dostluq və
tərəfdaşlıq münasibətləri, eləcə də ordunun arsenalını
zənginləşdirmək istiqamətində atdığı uğurlu addımlar ermənilərin
“axı onlar bizi niyə dəstəkləmir” kimi yazıq suallar verməsinə
səbəb olur.
Publika.az xəbər verir ki, erməni şərhçi Ramiz Akopcanyan
İsrail və Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığına diqqət
çəkərək, “onlar niyə xristian Ermənistanı yox, müsəlman Azərbaycanı
dəstəkləyir” deyə təəssüflə yazıb.
Onun sözlərinə görə, İsrail bütün etirazlara rəğmən Azərbaycana
pilotsuz təyyarələr satmağa davam edir: “İsrailin Müdafiə Nazirliyi
“Aeronautics” şirkətinin “Orbiter 1K Dron” təyyarələrinin
Azərbaycana satılması üçün lisenziyanı yenilədi. Əfsuslar olsun ki,
bu, yəhudi dövlətinin Azərbaycanı dəstəklədiyi birinci hadisə
deyil. Axı İsrail niyə xristian Ermənistanı yox, müsəlman
Azərbaycanı dəstəkləyir? Hansı ki, bu ölkə Ermənistanı blokada
məngənəsində sıxır”.
R.Akopcanyan yazır ki, Rusiya da xristian Ermənistanı yox, müsəlman
Azərbaycanı dəstəkləyir.
“Rusiya müasir silahları Azərbaycana satır, Ermənistanı isə “ikinci
əl” silahları verir. Bunu rusiyalı ekspertlər də təsdiqləyirlər.
Rusiyalılar Ermənistana tüpürür. Bakıda indi silahlar cingildəyir,
Rusiyanı isə Ermənistanın taleyi maraqlandırmır, hərçənd, biz
“müttəfiq” hesab olunuruq”, - deyə erməni şərhçi vurğulayıb.
Asif
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı


































.jpg)
.jpg)