Nida Təhlil
Azərbaycan F-16-lar ALA BİLƏR: Ermənistanı ŞOKA SALACAQ GEDİŞ - VİDEO
“Ermənistan Rusiyadan yeni silah krediti almaq üçün
güzəştlərə getməli olacaq”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi
politoloq Pavel Felqenqauer Ermənistanın Rusiyadan yeni silah
krediti almağa hazırlaşdığı haqqında xəbərləri şərh edərkən
deyib.
Onun sözlərinə görə, Rusiya yeni kreditin əvəzinə Ermənistandan
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş
katibliyi postunu Belarusa güzəştə getməyi tələb edə bilər:
“Hazırda KTMT-nin baş katibliyi məsələsi anormal vəziyyətdədir.
Rusiya Ermənistandan geri çəkilməsini istəyə bilər. Düşünürəm ki,
bu, Ermənistan üçün əlverişli saziş olardı”.
Hərbi ekspert hesab edir ki, Ermənistan Rusiyadan aldığı krediti
müəyyən öhdəliklərlə ödəyə bilər.
“Bu krediti necəsə qaytarmalıdırlar. Ola bilsin ki, “Qazprom”a
hansısa mülkiyyətlər verilə bilər. Çünki Ermənistan diasporun
dəstəyi ilə nəsə qazanır, lakin ümumilikdə bu ölkədə pul çox deyil.
Rusiya Ermənistana verdiyi kreditdən heç nə qazanmır, bu, sadəcə
olaraq strateji ittifaq üçün ödəmədir. İki ölkə arasında gərginlik
davam etsə də, Ermənistan Rusiyadan uzaqlaşmayacaq. Suriyaya
humanitar missiyanı göndərmələri də Moskvaya xoş getmək addımı idi.
Təbii ki, erməni əsgərlər amerikalılarla birlikdə Əfqanıstana və
İraqa da gedirlər. Belə görünür ki, İrəvan yumurtaları bir səbətə
qoymaq istəmir”, - deyə o bildirib.
Lakin Felqenqauer Rusiyanın Ermənistana böyük məbləğdə kredit
verməyəcəyini düşünür.
Onun fikrincə, müəyyən hərbi texnika Ermənistana verilə bilər:
“Məlumatlar var ki, ilin sonuna kimi 4 ədəd Su-30SM təyyarələri
verilsin. Lakin bu təyyarələr yeni deyil, sadəcə müəyyən qədər
müasirləşdiriliblər. Bu, zavod istehsalı deyil və Rusiya onları
Ermənistana, Belarusa müttəfiqlərinə kömək məqsədilə verir. Misal
üçün, Qazaxıstanın pulu var və o, real silahlar alır. Ermənilərə
verilənlər isə bizim köməyimizdir. Bu təyyarələrin verilməsindən
sonra Azərbaycan və Ermənistan Hərbi Hava Qüvvələri arasında
müəyyən balans yarana bilər, lakin bu, uzun müddət davam etməyəcək.
Çünki Azərbaycanın böyük imkanları var və o istədiyi silahı əldə
edir. Rusiyadan başqa heç bir ölkə isə Ermənistana kreditlər silah
verməz. Azərbaycan misal üçün Türkiyədən F-16-ları ala bilər. Bu
təyyarələri Türkiyə və ABŞ birgə istehsal edir, o cümlədən ixrac
edirlər. Təbii ki, bu təyyarələrin Azərbaycana satılması üçün ABŞ-n
razılığı olmalıdır. Düşünürəm ki, Vaşinqton F-16-ların Azərbaycana
satılmasına razılıq verəcək. Azərbaycan Rusiyadan da döyüş
təyyarələri, elə Su-30SM-ləri ala bilər. Moskva Bakının belə bir
istəyini dərhal yerinə yetirər. Hətta Azərbaycana birbaşa zavod
istehsalı olan təyyarələr satılar. Yeni istehsal edilənlər yalnız
Çinə satılıb, lakin Azərbaycana da satılması mümkündür. Azərbaycan
həmçinin, Rusiya mühərriki ilə təchiz olunmuş Pakistan və Çinin
birgə istehsal etdiyi təyyarəni də ala bilər. Lakin hazırda ən real
variant Türkiyədən almaqdır”.
Rusiyalı hərbi ekspert qeyd edib ki, Dağlıq Qarabağda eskalasiya
təhlükəsi mövcuddur və “aprel müharibəsi”ndən sonra hər iki tərəf
uzun müddət növbəti müharibəyə hazırlaşır.
Asif
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?