ABŞ Paşinyana elə bir zərbə endirdi ki... - Ekspert bütün DETALLARI AÇDI
Bizi izləyin

Nida Təhlil

ABŞ Paşinyana elə bir zərbə endirdi ki... - Ekspert bütün DETALLARI AÇDI

Vaşinqton Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı Zoqrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib. Xarici İşlər Nazirliyindəki şəxsi mənbələrin informasiyasına görə, İrəvan bu səfərin təşkili üçün uzun müddətdir işləyirmiş. Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçsi Con Bolton arasında telefon söhbəti mühüm rol oynayıb. Ancaq Suriyaya erməni missiyasının göndərilməsi haqqında qərar səfərin ləğvinə səbəb olub. Hərçənd Xarici İşlər Nazirliyi bütün yollarla vəziyyəti düzəltməyə çalışır, xüsusi halda, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Mnatsakanyan arasında telefon danışığı olub, amma vəziyyəti dəyişməyib.

Məsələni Publika.az-a şərh edən politoloq, sabiq diplomat Fikrət Sadıqov isə bildirir ki, Paşinyan ikili rol oynadığına görə ABŞ onu cəzalandırıb:

“Nikol Paşinyan başda olmaqla, yeni Ermənistan hakimiyyəti elə bilirdi ki, iki masada əyləşmək asan məsələdir. Ola bilsin ki, məişət səviyyəsində mümkündür, amma siyasi və diplomatik səviyyədə bu, olduqca mürəkkəb bir məsələdir. İndiki vəziyyətdə ABŞ-la oturub durmalısan, ya da Rusiya ilə. Və öz prioritetlərini təyin edib xarici siyasətini həyata keçirəsən. Ya da gərək düşünülmüş şəkildə elə bir balanslı siyasət aparasan ki, öz milli maraqlarını müdafiə etdiyin aydın olsun. Paşinyan nə bu yollardan birini seçir, nə də üçüncü bir yol cızır. Ona görə də Ermənistanın Rusiya ilə yaxınlığı Rusiyanın yanında olmaq jestidir. Ermənistan böyük qardaşının tələb və istəklərini həyata keçirməklə onunla mütəffiq olduğunu dünyaya nümayiş etdirir. Ermənistan, bir neçə nəfərlə belə olsa, Suriyada kiminlə öz missiyasını yerinə yetirir? Rusiya ilə, İranla... Bu da təbii ki, ABŞ-ın maraqlarına toxunmaya bilməzdi. Vaşinqton açıq şəkildə Paşinyana və onun xarici işlər nazirinə birmənalı olaraq zərbə endirib. Mən şübhə etmirəm ki, bu zərbə Ermənistanın oyunçu xarici siyasətinə böyük zərbədir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm