İrəvanı ŞOKA SALACAQ ADDIM, 5 dəqiqəlik MÜHARİBƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvanı ŞOKA SALACAQ ADDIM, 5 dəqiqəlik MÜHARİBƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Vaşinqton Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı Zoqrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib. İraq xüsusi xidmət orqanları İŞİD-in ölkə tarixindəki ən böyük maliyyə şəbəkəsini ortaya çıxarıblar. NATO) keçmiş başçısı Belarusa Ukrayna ssenarisi barədə xəbərdarlıq edib. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İran-İsrail müharibəsinin ehtimalından danışıb.

Ermənistan və Azərbaycan liderlərinin əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır. Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminqer Vyanada ATƏT PA-nın qış sessiyasının açılış mərasimində deyib.

"Bir çox münaqişələrin uzun illərdir həll edilməməsinə baxmayaraq, onların nizamlanması yenə də mümkündür. Ümid edirəm ki, Dnestryanı münaqişənin həllindəki irəliləyiş digər tərəfləri də regiondakı digər münaqişələri sülh yolu ilə həll etməyə yönləndirəcək. Həmçinin Minsk prosesində də irəliləyiş görmək istəyirik, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində işləyirik", - T.Qreminer bildirib.

ATƏT-in Baş katibi təşkilat daxilindəki münaqişələrin həlli üçün bütün vasitəçilik formatlarında birgə konstruktiv i üzrə səylərin intensivləşdiriməsinin zəruriliyini vurğulayıb.

Vaşinqton Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı Zoqrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib. Bu haqda ölkənin Xarici İşlər Nazirliyindəki şəxsi mənbələrə istinadən “Qraparak” qəzeti yazıb.

Mənbəyə görə, İrəvan səfərin təşkili üçün uzun müddətdir işləyirdi.

“Bizim mənbəmiz bildirir ki, burada Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçsi Con Bolton arasında telefon söhbəti mühüm rol oynadı. Ancaq Suriyaya erməni missiyasının göndərilməsi haqqında qərar səfərin ləğvinə səbəb oldu. Hərçənd Xarici İşlər Nazirliyi bütün yollarla vəziyyəti düzəltməyə çalışır, xüsusi halda, ABŞ-ın dövlət katibi Mayk Polmpeo ilə Mnatsakanyan arasında telefon danışığı olub, amma vəziyyəti dəyişməyib, hələlik bütün səylər hədərdir”, - nəşr yazıb.

İstisna edilməyib ki, səfərin təşkili üçün İrəvan erməni lobbisindən kömək istəyəcək.

“Yeri gəlmişkən, Vaşinqtondakl səfirimiz ən yaxşı vəziyyətdə deyil”, - qəzet mənbədən sitat gətirib.

ABŞ-ın Avropadakı yaxın müttəfiqləri ABŞ ordusunun Suriyadan çıxarılmasından sonra burada öz ordularını saxlamaqla bağlı Tramp administrasiyasının xahişini yekdilliklə rədd ediblər. “Vaşinqton Post”un məlumatına görə, Tramp administrasiyasının müttəfiqlərindən əsas xahişi Suriyada kürdlərlə Türkiyəni ayıran xətdə müşahidəçilik təşkil etmək istəməsidir.

Qeyd edək ki, ABŞ bundan öncə Suriyadan qoşunlarını çıxarmaq haqqında qərar qəbul edib. Bununla bərabər Fransa və Britaniya ABŞ-ın qərarını dəstəkləmədiklərini bildiriblər.

İraq xüsusi xidmət orqanları İŞİD-in ölkə tarixindəki ən böyük maliyyə şəbəkəsini ortaya çıxarıblar. Bu məlumatı “Əl Sumariyə” televiziyası yayıb. Televiziya deşifrə edilən şəbəkənin fərqli ölkələrdə mövcud olduğunu bildirib.

İsrail avantüra sərgiləyir və bu, çox təhlükəlidir. Bunu Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O, İranın Suriyada mövcudluğunun qanuni olduğunu bildirib.

Zərif həmçinin İranla İsrail arasında müharibə ehtimalının görməzdən gəlinməməsi gərəkdiyini deyib.

İsrailin IAI (Israel Aerospace Industries) konserni fevralın 20-dən 24-dək Hindistanda keçirilən “Aero India” müdafiə sərgisində “Mini Harpy” dron-kamikadzeni təqdim edib. Şirkətin yutubda yerləşdirdiyi videoçarxda kamikadzenin döyüş imkanları göstərilib.

Döyüş sursatının hədəflərdən biri isə Rusiyanın “S-300” və “S-400” zenit-raket komplekslərinə daxil olan və “MZKT-7930”nin şassisi üzərində qurulmuş “96L6E” yüksəklikli detektorun radarına bənzəyir.

Şirkətin saytında dərc edilmiş press-relizdə qeyd edilir ki, “Mini Harpy” taktik sistemi “Harop” və “Harpy” pilotsuz təyyarələrinin imkanlarını birləşdirir. Dron-kamikadze hədəfin meydana çıxmasını gözləyərək patrul keşiyi çəkməyə və görüntüləri video operatora translyasiya etməyə qadirdir. Pilotsuz təyyarə yerüstü və dəniz mövqelərdən, həmçinin vertolyotlardan işə salınır.

Sahildən 500 kilometr aralıda olan Rusiya gəmilərindən buraxılan “Sirkon” hipersonik qanadlı raketləri 5 dəqiqə ərzində hədəfləri vura biləcək. Bu haqda istefada olan kontr-admiral, texniki elmlər namizədi Vsevolod Xmırov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qərbdə Ukrayna üçün plan yoxdur və Belarusu Ukrayna ssenarisi gözləyir. Bu haqda “LIGA.net” saytına müsahibəsində Şimali Atlantika İttifaqının (NATO) keçmiş başçısı, Ukrayna prezidentinin ştatdankənar məsləhətçisi Anders Foq Rasmussen deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Çinin Tacikistanın Bədəxşan bölgəsində gizli hərbi baza qurması Tacikistan, Əfqanıstan və Çin üçbucağında yerləşən strateji Vəkxan korridoruna nəzarəti ələ keçirməsi zərurətindən irəli gəlir. Dünyanın ən ucqar məkanlarından Cənub-şərqi Asiyanın “tavanı” olan Vəkxan korridorunda iki supergüc – Çin və ABŞ qarşı-qarşıya gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Pakistan Hindistanın aqressiyasına cavab verməyə hazırdır. Bu bəyanatı Pakistan Baş naziri İmran Xan paylaşıb.

“Pakistan qisas haqqında düşünməyəcək. Biz dərhal cavab verəcəyik. Hindistan anlamalıdır ki, müharibəni başlamaq asandır, amma onu bitirmək çox çətindir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Hindistan Cammu və Kəşmir ştatında hind hərbçilərinə qarşı törədilən teraktda Pakistanı ittiham edib. Rəsmi Dehli Pakistandan teraktda iştirak edən terrorçuları gizlətməməsini tələb edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm