Nida Təhlil
Qarabağda ölüm-dirim savaşı başlandı: Saakyan üçün HƏRƏKƏTƏ KEÇDİLƏR
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində
gərginlik artır.
Publika.az xəbər verir ki, işğal edilmiş torpaqlarda
Ermənistan tərəfindən yaradılan separatçı rejimin “rəhbəri” Bako
Saakyana qarşı etiraz dalğası başlanıb.
Qarabağın Ermənistana birləşdirilməsi tələbəi ilə çıxış edən
“Birləşdirilmiş Ermənistan” partiyasının sədri Vaqan Badasyan
separatçı rejimi devirməyə hazırlaşdıqlarını bildirib.
Onun sözlərinə görə, partiyalarının yüzlərlə üzvü var və bu
Qarabağda “hakimiyyəti” dəyişdirmək üçün yetərlidir.
“Bizim yolumuz düz yoldur. Vətəndaş itaətsizliyi problemlərin köklü
həllinə gətirib çıxaracaq. Biz vətəndaş itaətsizliyi elan edəcəyik,
lakin bunun üçün münasib zamanın gəlməsini gözləyirik. Əgər sabah
bunu elan etsək, bu, işimizə yalnız zərər vuracaq. Ona görə
bildirirəm ki, bütün qüvvələr vahid cəbhədə birləşməlidir, əgər
başqaları da bizim kimi kreslo uğrunda mübarizə aparmırlarsa, bizə
dəstək verməlidirlər”, - deyə o bildirib.
Separatçı siyasətçi onların siyasi gündəliyinin olduğunu qeyd edib:
“Biz “konstitusiya” dəyişikliyini, “parlament idarəçiliyini”, ən
nəhayət, Qarabağın Ermənistana birləşdirilməsini həyata
keçirəcəyik”.
Asif
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib




































.jpg)
.jpg)