• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

İrəvanı ŞOKA SALACAQ ADDIM, öldürücü PLANIN DETALLARI.. - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İrəvanı ŞOKA SALACAQ ADDIM, öldürücü PLANIN DETALLARI.. - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində gərginlik artır. Vaşinqton Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı Zoqrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib. Rusiya ABŞ-ın Suriyanı parçalamaq və Fəratın şərq sahilində qondarma dövlət yaratmaq cəhdində ittiham edib. İran İsraili bölgədə yeni bir müharibəyə cəhd göstərməkdə ittiham edib. Vladimir Putin ABŞ-ın yeni raketlərlə hədələyib. ABŞ-ın “Patriot” zenit raket komplekslərini çatdırmaq şərtləri Türkiyəni qane etmir. Pentaqon Venesuela sərhədinə yaxın ərazilərə xüsusi təyinatlı dəstələr və hərbi texnika göndərir.

Azərbaycan, Dağlıq Qarabağ

“Ermənistan Rusiyadan yeni silah krediti almaq üçün güzəştlərə getməli olacaq”. Bu barədə rusiyalı hərbi politoloq Pavel Felqenqauer Ermənistanın Rusiyadan yeni silah krediti almağa hazırlaşdığı haqqında xəbərləri şərh edərkən deyib.

Rusiyalı hərbi ekspert qeyd edib ki, Dağlıq Qarabağda eskalasiya təhlükəsi mövcuddur və “aprel müharibəsi”ndən sonra hər iki tərəf uzun müddət növbəti müharibəyə hazırlaşır.

Azərbaycanın dünyanın güclü ölkələri ilə dostluq və tərəfdaşlıq münasibətləri, eləcə də ordunun arsenalını zənginləşdirmək istiqamətində atdığı uğurlu addımlar ermənilərin “axı onlar bizi niyə dəstəkləmir” kimi yazıq suallar verməsinə səbəb olur.

Ermənistan və Azərbaycan liderlərinin əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır. Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminqer Vyanada ATƏT PA-nın qış sessiyasının açılış mərasimində deyib.

"Bir çox münaqişələrin uzun illərdir həll edilməməsinə baxmayaraq, onların nizamlanması yenə də mümkündür. Ümid edirəm ki, Dnestryanı münaqişənin həllindəki irəliləyiş digər tərəfləri də regiondakı digər münaqişələri sülh yolu ilə həll etməyə yönləndirəcək. Həmçinin Minsk prosesində də irəliləyiş görmək istəyirik, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində işləyirik", - T.Qreminer bildirib.

ATƏT-in Baş katibi təşkilat daxilindəki münaqişələrin həlli üçün bütün vasitəçilik formatlarında birgə konstruktiv i üzrə səylərin intensivləşdiriməsinin zəruriliyini vurğulayıb.

Artıq Ermənistan həqiqətləri anlamalı və görməlidir. Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın 7 rayonu işğal və Dağlıq Qarabağ işğal altındadır. Hüquqi olaraq bu torpaqlar Azərbaycana məxsusdur. İlk növbədə 5 rayon Azərbaycana qaytarılmalıdır. Məsələ burasındadır ki, Ermənistanda bu ssenari üzrə irəli getmək üçün sağlam düşüncə lazımdır. Bu sözləri "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində gərginlik artır. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən yaradılan separatçı rejimin “rəhbəri” Bako Saakyana qarşı etiraz dalğası başlanıb.

Ermənistan

Ermənistan 2019-cu ilin sonu, 2020-ci ilin başlanğıcında 4 ədəd "Su-30SM” Rusiya qırıcısı almağı planlaşdırır. Bu haqda “IDEX-2019” müdafiə sərgisinin gedişatında Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

“Biz “Su-30SM”-lərin növbəti partiyasının çatdırılmaları haqqında danışıqları davam etdiririk. Hər şey bu məhsulun nə zaman hazır olacağından asılı olacaq. Birinci partiyanı bu il, son halda növbəti ilin əvvəlində almağı planlaşdırırıq”, - o deyib.

Erməni nazirin sözlərinə görə, İrəvan bu təyyarələrdən 12 ədəd almaq istəyir.

Tonoyan qeyd edib ki, Ermənistan 100 milyon dollarlıq cari razılaşmanın reallaşdırılmasından sonra Rusiyadan yeni silah krediti ala bilər.

İrəvanda ABŞ-dan gəlmiş nümayəndələrin iştirakı ilə MDB, o cümlədən Rusiyada “rəngli inqilab” metodologiyasının tətbiqi ilə bağlı forum keçirilib. Bu iddia ilə Rusiya mediası çıxış edib. Məxfi keçirilən foruma Marqarita Simonyan rəhbərlik edib.

Rusiya mediasında yayımlanan materiallar Ermənistanın postsovet məkanında yeni inqilablar üçün başlanğıc platforması olduğunu göstərir.

Vaşinqton Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı Zoqrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib. Bu haqda ölkənin Xarici İşlər Nazirliyindəki şəxsi mənbələrə istinadən “Qraparak” qəzeti yazıb.

Mənbəyə görə, İrəvan səfərin təşkili üçün uzun müddətdir işləyirdi.

“Bizim mənbəmiz bildirir ki, burada Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçsi Con Bolton arasında telefon söhbəti mühüm rol oynadı. Ancaq Suriyaya erməni missiyasının göndərilməsi haqqında qərar səfərin ləğvinə səbəb oldu. Hərçənd Xarici İşlər Nazirliyi bütün yollarla vəziyyəti düzəltməyə çalışır, xüsusi halda, ABŞ-ın dövlət katibi Mayk Polmpeo ilə Mnatsakanyan arasında telefon danışığı olub, amma vəziyyəti dəyişməyib, hələlik bütün səylər hədərdir”, - nəşr yazıb.

İstisna edilməyib ki, səfərin təşkili üçün İrəvan erməni lobbisindən kömək istəyəcək.

“Yeri gəlmişkən, Vaşinqtondakl səfirimiz ən yaxşı vəziyyətdə deyil”, - qəzet mənbədən sitat gətirib.

Türkiyə, İran, Yaxın Şərq

ABŞ Prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün paket qanunu imzaladı.

ABŞ-ın “Patriot” zenit raket komplekslərini çatdırmaq şərtləri Türkiyəni qane etmir. Bu məsələ ilə bağlı danışıqlar davam etdirilir. Bu sözləri Türkiyənin Müdafiə Sənayesi başqanı İsmayıl Dəmir deyib.

“Biz ABŞ-a “Patriot” zenit raket komleksləri ilə bağlı sorğu göndərdik, 1.5 il sonra cavab aldıq. Bu təklifin məzmunu və bir sıra detalları bizi qətiyyən qane etmir. Danışıqlar davam edir, aydınlıq gətiriləsi bir sıra mövzular var”, - Dəmir bildirib.

Əsəd rejimi Suriyada 8 ildir davam edən müharibə müddətində 300-dən çox kimyəvi hücum həyata keçirib. Bu barədə Berlin Qlobal Cəmiyyət İnstitutu hesabat yayıb. Məlumata görə, müharibə ərzində ümumilikdə 336 kimyəvi hücum həyata keçirilib və bunun 98 faizi Bəşər Əsəd qüvvələri tərəfindən təşkil edilib.

Hesabatda həmçinin Suriya lideri Bəşər Əsədə kimyəvi silahdan istifadə etdiyi üçün cinayət işi açılmasının mümkünlüyü də vurğulanıb.

Suriya ordusu fevralın 19-da ölkənin şimal-qərbində yerləşən Xama vilayətində döyüşçülərə qarşı tammiqyaslı hücuma başlayıb. Bu haqda Bəşər Əsəd hökumətinə yaxınlığı ilə tanınan “The Al-Masdar News” nəşri bildirib.

Hücum əməliyyatının hədəfi “Hayat Tahrir aş-Şam” qruplaşması və Şərqi Türküstan İslam Hərəkatı tərəfindən nəzarət edilən ərazilərdir.

ABŞ-ın məqsədi Suriyanı parçalamaq və Fəratın şərq sahilində qondarma dövlət yaratmaqdır. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Başqa sözlə, Suriyanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı açıqlama ABŞ-ın sadəcə gözdən yayınmaq üçün manevridır. İndiki halda daha aydın şəkildə bəlli olur ki, onların hədəfi Suriyanı parçalayıb, Fəratın şərq sahilində qondarma dövlət yaratmaqdır. Onlar artıq aktiv şəkildə Suriyanın bu hissəsinə vəsait yatırır və öz müttəfiqlərini də məcbur edirlər ki, bu tənzimləmə üçün ödəniş etsinlər”, – deyə o bildirib.

ABŞ hərbi qüvvələrini Suriyadan tamamilə geri çəkməyəcək. Pentaqon 200 əsgəri bölgədə sülhü qorumaq məqsədilə saxlayacaq.

Bu barədə Ağ Ev informasiya yayıb. Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın telefon danışığından sonra ABŞ-ın Suriyadan geri çəkilməsi ilə bağlı açıqlama verib.

Məsələ ilə bağlı başqa detalı açıqlamayan Sandersin bu açıqlamanı Ərdoğan-Tramp görüşündən dərhal sonra etməsi diqqət çəkib.

Qeyd edək ki, Donald Tramp ötən ilin 14 dekabrında Suriyada İŞİD terror təşkilatının məğlub edildiyini və buna görə Amerika əsgərlərinin evlərinə geri qayıtmaq vaxtının gəlib çatdığını açıqlamışdı. Trampın bu açıqlamanı Türkiyənin Münbiç və Fərat çayının şərqində məskunlaşan terrorçulara qarşı hərbi hərəkata hazırlaşdığı vaxtda verməsi ABŞ-Türkiyə arasında diplomatik gərginliyə səbəb olmuşdu.

İŞİD Liviyada möhkəmlənir və “Əl Qaidə” ilə əlaqələrini gücləndirir. Bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.

“İŞİD Liviyada, o cümlədən Tripolidə aktivliyini artırır, dövlət idarəetmə sisteminin parçalanmasından istifadə edir. İŞİD həmçinin “Əl Qaidə” ilə əlaqələrini gücləndirir, neft limanları yaxınlığında baş qaldırır”, – deyə o bildirib.

ABŞ-ın dəstəyi olarsa, biz İran və ona sadiq Haşdi Şabi kimi qruplaşmaların mənafeyinə güclü zərbə endirə bilərik. Bu barədə İraqın keçmiş baş naziri Nuri əl-Malikinin ABŞ Prezidenti Donald Trampa yazdığı məktubunda deyilib.

Bildirilib ki, keçmiş baş nazir bəzi vasitəçilərin səyləri ilə məktubu Ağ Ev rəhbərinə çatdırıb.

“ABŞ administrasiyası Malikinin dürüst olmadığını və bir neçə dəfə uğursuz olduğunu anlayır”, - deyə məlumatda qısaca olaraq bildirilib.

İsrail bölgədə yeni bir müharibəyə cəhd göstərir. Bunu Münhen Təhlükəsizlik Konfransına qatılan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir jurnalistlərə açıqlamasında ölkəsinin apardığı raket proqramından da danışıb.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri SEPAH-a hücum həyata keçirən terrorçulara sponsorluq edirlər. Bunu İran Baş Qərargah ərisi Məhəmməd Baqiri deyib.

“Əgər hansısa qruplaşma Səudiyyə Ərəbistanı və BƏƏ-dən pul və silah alaraq Pakistanda gizlənirsə və ölkəyə terakt həyata keçirmək üçün insanlar keçirirsə, o zaman bilməlidirlər ki, İran millətinin qisas alovu onların səltənətini məhv edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, fevralın 13-də İranın Sistan və Bəlucistan vilayətində avtobus partladılıb. Hücum nəticəsində 41 nəfər həlak olub. Tehranın açıqlamasına görə, hücumu sünni qruplaşması olan Ceyş əl Adl həyata keçirib.

İsrail polisi Şərqi Qüdsdəki Əl-Əqsa məscidinin bütün qapılarını bağlayıb. Bu haqda Qüds İslam Vəqflər İdarəsinin sözçüsü Firas Dibs yazılı açıqlamasında bildirib.

İsrail polisi açıqlama ilə bağlı hələ şərh verməyib. Qeyd edək ki, Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsi hesab edilir.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

ABŞ-ın 16 ştatın nümayəndələri prezident Donald Trampı məhkəməyə veriblər. “The New York Times” nəşrinin yazdığına görə, ştatlardan San-Fransisko dairə məhkəməsinə iddia daxil olub.

Onlar Konqresdən yan keçərək Meksika ilə sərhədin möhkəmləndirilməsinə vəsaitlərin ayrılmasını qanunsuz hesab edirlər. İddiaçılar hesab edirlər ki, prezident öz sərəncamı ilə Meksikayla sərhəddə divarın tikintisinə vəsaitləri ayırmaq hüququna malik deyil, çünki, Konstitusiyaya əsasən, xərclərə Konqres nəzarət edir.

Donald Tramp Rusiyanın ABŞ-dakı casusu ola bilər. Bu sözləri keçmiş FTB rəsmisi Endryu Makkeyb danışıb.

Məlumata görə, canlı yayım zamanı CNN telekanalının aparıcısı Endryu Makkeybdən Trampı rus casusu hesab edib etmədiyini soruşub.

“Düşünürəm ki, bu mümkündür. Biz məhz buna görə, araşdırmalara başladıq. Robert Müllerin apardığı istintaqın nəyə gətirib çıxaracağı çox maraqlıdır”, - Makkeyb bildirib.

Bir çox ölkələr orta və kiçik mənzilli raketlər istehsal edirdi, onlar Rusiya və ABŞ-da yoxdur. ABŞ bu haqda düz danışmalı idi, Rusiyanı ittiham edərək uydurulmuş əsasları axtarmaq lazım deyildi. Bunu Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmasını şərh edərkən deyib.

Vladimir Putin ABŞ-ın Avropada raket yerləşdirməsinin Rusiya və bütünlükdə dünyanın təhlükəsizliyinə fövqəladə təhdid yaradacağını bildirib.

“Bu raketlərin bəzilərinin Moskvaya qədər uçuş müddəti 10-12 dəqiqə çəkə bilər. Bu çox ciddi təhdiddir. Belə olan halda biz adekvat addımlar atmağa məcbur olacağıq”.

O, Rusiyanın Avropada orta və yaxın mənzilli raketləri ilk yerləşdirməyəcəyini deyib.

ABŞ Müdafiə Nazirliyi Rusiyaya və Çinə qarşı döyüş hərəkətlərinin yeni strategiyasını hazırlayır. Bu haqda Brukinq Tədqiqatlar İnstitutunda çıxışı zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Qərargah rəisi general Devid Qoldfayn deyib.

ABŞ Avropada yeni raketləri yerləşdirərsə, Moskva və Minsk birgə cavab üzərində düşünəcək. Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko qeyd edib ki, ən pis ssenari yeni raketlərin qonşu Ukraynanın ərazisində yerləşdirilməsidir.

Qeyd edək ki, ABŞ-ın Avropada yeni raketləri yerləşdirməsi riskləri Vaşinqton Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədə iştirakını dayandırmasından sonra artıb.

Sahildən 500 kilometr aralıda olan Rusiya gəmilərindən buraxılan “Sirkon” hipersonik qanadlı raketləri 5 dəqiqə ərzində hədəfləri vura biləcək. Bu haqda istefada olan kontr-admiral, texniki elmlər namizədi Vsevolod Xmırov bildirib.

Rusiya ABŞ və NATO ilə lokal müharibədə layiqli müqavimət göstərə biləcək. Müharibənin nəticələri bir çox şeydə aviasiyanın işindən asılıdır. Belə nəticəyə hərbi elmlər doktoru Konstantin Sivkov gəlib.

Onun sözlərinə görə, kəmiyyət nisbətində ABŞ və NATO ölkələrinin hərbi aviasiyası üstünlüyə malikdir.

Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı ABŞ-ın sanksiyalarının ikinci hissəsinin tətbiqi haqqında qərar istənilən vaxt qəbul edilə bilər. Bu haqda “RİA-Novosti” agentliyinə Amerika ekspertləri bildiriblər.

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edərsə, bu, Rusiyaya əsl zərbəni vurmaq cəhdi olacaq. Bu haqda Rusiya İstehsalçılar və Sahibkarlar İttifaqının başçısı Aleksandr Şoxin bildirib.

Onun sözlərinə görə, Amerika rusofobları Rusiyanın daha əvvəl tətbiq olunan sanksiyalara uyğunlaşdığını görürlər. Şoxin qeyd edib ki, yeni sanksiyalar “ağır artilleriyadır”.

“Söhbət dövlət banklarının SWIFT sistemindən kənarlaşdırılması və enerji sektoruna texnoloji avadanlığın çatdırılmasına qadağan qoyulmasından gedir. Yeni sanksiyaların təsirini Rusiya dəqiq hiss edəcək. Bunlar Suriya, Venesuela və Ukraynada onun davranışını dəyişdirmək cəhdidir”, - Şoxin yekunlaşdırıb.

Kerç boğazında hadisələrə görə vəziyyətdə müsbət dəyişikliklər olmasa, Rusiyaya qarşı yeni sanksiyalar ən yaxın iki həftə ərzində Avropa İttifaqı tərəfindən bəyənilə bilər. Bu haqda Avropa diplomatiyasının başçısı Federika Moqerini Brüsseldə jurnalistlərə deyib.

”Ümid edirəm ki, Avropa İttifaqi ölkələri sanksiyaların dəstəklənməsində həmrəy olacaqlar”, - Avropa İttifaqının rəsmisi əlavə edib.

Rusiyanın son 10 ildə keçirdiyi hərbi təlimlərin miqyası onlarla dəfə böyüyüb. “Şərq-2018” təlimlərində Rusiya hərbi qulluqçularının sayı 40 illik rekordu keçdi: 300 mindən çox. Bu haqda Müdafiə Tədqiqatları üzrə İsveç İnstitutunun analitiklərinin hazırladığı məruzədə deyilirdi. Ekspertlər məruzəni təsdiqləyəcək şərhlər veriblər.

Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən ABŞ və Rusiyanın çıxışı Avropanı yenidən özünü “barıt çəlləyi” üzərində hiss etməyə məcbur etdi. Belə fonda alman siyasətçilərinin bəyanatı tamamilə aydın səslənir ki, Almaniya öz ərazisində Amerika nüvə silahını saxlamalı deyil. Bu fikir “Rosbalt.ru”da dərc edilən analitik məqaləsində yer alıb.

ABŞ Venesuela sərhədinə yaxın ərazilərə xüsusi təyinatlı dəstələr və hərbi texnika göndərir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Koreya böhranı

ABŞ Prezidenti Donald Tramp Amerika kəşfiyyatının Koreya Xalq Demokratik Respublikasının sahib olduğu raketlərlə bağlı məruzəsinə inanmır. Bu haqda Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsini icra edən Endrü Makkeyb CBS telekanalına müsahibəsində deyib.

O söyləyib ki, Amerika kəşfiyyatının məruzəsinə görə, Pxenyanda ABŞ ərazisinə çata bilən raketlər var. Lakin Rusiya Prezidenti Vladimir Putin bunun əksini iddia edir. O, Trampı əmin edib ki, Şimali Koreyada ABŞ ərazisinə çata bilən raketlər yoxdur.

“Kəşfiyyat əməkdaşları brifinqdə bildirdilər ki, bu, heç bir kəşfiyyat hesabatının məlumatlarına uyğun gəlmir, prezident isə buna cavabında qeyd etdi: “Vecimə də deyil, mən Putinə inanıram”, - Makkeyb əlavə edib.

Ukrayna

Ukrayna prezidenti Pyotr Poroşenko dövlətin konstitusiyasına dəyişikliklər haqqında qanunu imzalayıb. Dəyişikliklər Ukraynanın NATO və Avropa İttifaqına üzvlük kursunu möhkəmləndirir.

Rusiya Ukrayna dövlətçiliyini məhv etməyə cəhd edir. Bunu Avropa Şurasının rəhbəri Donald Tuskla görüşü zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“Kremlin məqsədi Ukrayna dövlətçiliyinin məhvidir. Onlar SSRİ-nin ikinci versiyasını yaratmaq istəyirlər. Yalnız Avropa İttifaqı və Ukraynanın həmrəyliyi bu kədərli zamana yenidən dönməyə imkan verməyəcək”, – deyə o bildirib.

Qərbdə Ukrayna üçün plan yoxdur və Belarusu Ukrayna ssenarisi gözləyir. Bu haqda “LIGA.net” saytına müsahibəsində Şimali Atlantika İttifaqının (NATO) keçmiş başçısı, Ukrayna prezidentinin ştatdankənar məsləhətçisi Anders Foq Rasmussen deyib.

Rusiya üçün Ukrayna çox geosiyasi düşüncənin mühüm hissəsidir. Rusiya elitaları hətta təsəvvür edə bilmirlər ki, Ukrayna ayrı dövlət kimi mövcud ola bilər. Bizim siyasətlərimiz bunu dərk etməli və bunun əsasında Rusiya ilə münasibətləri qurmalıdır. Bunu tarix elmləri doktoru, Ukrayna Milli Elmlər akademiyasının Ukraynanın tarixi İnstitutunun yeni tarix şöbəsinin rəhbəri Georgi Kasyanov “Apostrof” nəşrinə yazıb.

Ukrayna parçalanma ərəfəsindədir . Bunu “RİA Novosti”yə açıqlamasında Rusiya tərəfindən anneksiya edilən Krım regional parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Yuri Hempel deyib.

“Ukrayna üçün bu dövlət çevrilişi bədbəxtlik və vətəndaş müharibəsi gətirdi. Bu gün Ukrayna dövlət kimi parçalanma ərəfəsindədir. Dövlət çevrilişi Ukraynada milli fəlakətə səbəb oldu”, – deyə o bildirib.

Rusiyanın Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet yarımadanın “qayıdışı” üçün ABŞ-a təşəkkür edib. Rusiyalı deputatın sözlərinə görə, 2014-cü ilin əvvəlində ABŞ-ın Ukraynadakı “planlaşdırdığı” dövlət çevrilişi yarımadanın Rusiyaya birləşdirilməsi prosesini gözəçarpacaq dərəcədə sürətləndirdi.

“Amerikalılar tərəfindən koordinasiya edilən dövlət çevrilişi Krımın tarixi vətəninə - Rusiyaya qayıdışı üçün başlanğıc nöqtəsi oldu. Təəssüf ki, çevriliş Ukrayna xalqına vətəndaş müharibəsi və yoxsullaşma şəklində bir sıra bədbəxtlikləri gətirdi”, - agentlik Şeremetdən sitat gətirib.

Deputat qeyd edib ki, Ukrayna çevriliş olmasaydı da, Krım onsuz da yenidən Rusiyanın olardı, ancaq buna daha çox vaxt və səylər gedərdi.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR