İrəvanı sarsıdan QARABAĞ ÇAĞIRIŞI, “Troya atı” TAKTİKASI İLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvanı sarsıdan QARABAĞ ÇAĞIRIŞI, “Troya atı” TAKTİKASI İLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində gərginlik artır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın bir ildə baş katibsiz qala bilər. ABŞ hərbi qüvvələrini Suriyadan tamamilə geri çəkməyəcək. ABŞ Venesuela sərhədinə yaxın ərazilərə xüsusi təyinatlı dəstələr və hərbi texnika göndərir. Rusiyanın Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet yarımadanın “qayıdışı” üçün ABŞ-a təşəkkür edib.

Artıq Ermənistan həqiqətləri anlamalı və görməlidir. Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın 7 rayonu işğal və Dağlıq Qarabağ işğal altındadır. Hüquqi olaraq bu torpaqlar Azərbaycana məxsusdur. İlk növbədə 5 rayon Azərbaycana qaytarılmalıdır. Məsələ burasındadır ki, Ermənistanda bu ssenari üzrə irəli getmək üçün sağlam düşüncə lazımdır. Bu sözləri "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində gərginlik artır. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən yaradılan separatçı rejimin “rəhbəri” Bako Saakyana qarşı etiraz dalğası başlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşün detalları bəlli olub. Bu barədə məlumatı “Livenews.am” saytı yayıb. Görüş zamanı Lavrov Mnatsakanyana Ermənistanda siyasi məhbusların olduğunu deyib. O, Köçəryanı siyasi məhbus saydıqlarını da söyləyib.

Rusiya XİN rəhbəri bildirib ki, əgər Ermənistan bundan lazımi nəticələr çıxarmasa, məsələ ilə bağlı xüsusi bəyanat yayacaqlar.

Saytın mənbəsi həmçinin Baş nazir Nikol Paşinyanın Lavrovun bu addımına cavab hazırladığını və 1 martda böyük “şou” təşkil edəcəyini deyib. Belə ki, martın 1-də təşkil edəcəyi yürüş zamanı Paşinyanın Rusiyaya Köçəryanın həbsinin şəxsi qisas yox, xalqın istəyi olduğunu göstərməyə çalışacağı açıqlanıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın bir ildə baş katibsiz qala bilər. Bu haqda “Kommersant” nəşrinə Rusiyanın Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə danışıb.

KTMT-yə yaxın həmsöhbət qeyd edib ki, Belarus Təhlükəsizlik Şurasının başçısı Stanislav Zasın bu vəzifəyə təyinatı bu posta öz namizədini gətirmək istəyən Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə görə baş tutmur.

“KTMT-də onunla barışıblar ki, təşkilatda daha bir il birinci katib olmayacaq, onun vəzifələrini 2020-ci ilin əvvəlinə kimi Rusiya nümayəndəsi Valeriy Semerikov icra etməyə davam edəcək”, - mənbə deyib.

ABŞ hərbi qüvvələrini Suriyadan tamamilə geri çəkməyəcək. Pentaqon 200 əsgəri bölgədə sülhü qorumaq məqsədilə saxlayacaq.

Bu barədə Ağ Ev informasiya yayıb. Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın telefon danışığından sonra ABŞ-ın Suriyadan geri çəkilməsi ilə bağlı açıqlama verib.

Məsələ ilə bağlı başqa detalı açıqlamayan Sandersin bu açıqlamanı Ərdoğan-Tramp görüşündən dərhal sonra etməsi diqqət çəkib.

Qeyd edək ki, Donald Tramp ötən ilin 14 dekabrında Suriyada İŞİD terror təşkilatının məğlub edildiyini və buna görə Amerika əsgərlərinin evlərinə geri qayıtmaq vaxtının gəlib çatdığını açıqlamışdı. Trampın bu açıqlamanı Türkiyənin Münbiç və Fərat çayının şərqində məskunlaşan terrorçulara qarşı hərbi hərəkata hazırlaşdığı vaxtda verməsi ABŞ-Türkiyə arasında diplomatik gərginliyə səbəb olmuşdu.

ABŞ Müdafiə Nazirliyi Rusiyaya və Çinə qarşı döyüş hərəkətlərinin yeni strategiyasını hazırlayır. Bu haqda Brukinq Tədqiqatlar İnstitutunda çıxışı zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Qərargah rəisi general Devid Qoldfayn deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Avropada yeni raketləri yerləşdirərsə, Moskva və Minsk birgə cavab üzərində düşünəcək. Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko qeyd edib ki, ən pis ssenari yeni raketlərin qonşu Ukraynanın ərazisində yerləşdirilməsidir.

Qeyd edək ki, ABŞ-ın Avropada yeni raketləri yerləşdirməsi riskləri Vaşinqton Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədə iştirakını dayandırmasından sonra artıb.

ABŞ Venesuela sərhədinə yaxın ərazilərə xüsusi təyinatlı dəstələr və hərbi texnika göndərir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya üçün Ukrayna çox geosiyasi düşüncənin mühüm hissəsidir. Rusiya elitaları hətta təsəvvür edə bilmirlər ki, Ukrayna ayrı dövlət kimi mövcud ola bilər. Bizim siyasətlərimiz bunu dərk etməli və bunun əsasında Rusiya ilə münasibətləri qurmalıdır. Bunu tarix elmləri doktoru, Ukrayna Milli Elmlər akademiyasının Ukraynanın tarixi İnstitutunun yeni tarix şöbəsinin rəhbəri Georgi Kasyanov “Apostrof” nəşrinə yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna parçalanma ərəfəsindədir . Bunu “RİA Novosti”yə açıqlamasında Rusiya tərəfindən anneksiya edilən Krım regional parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Yuri Hempel deyib.

“Ukrayna üçün bu dövlət çevrilişi bədbəxtlik və vətəndaş müharibəsi gətirdi. Bu gün Ukrayna dövlət kimi parçalanma ərəfəsindədir. Dövlət çevrilişi Ukraynada milli fəlakətə səbəb oldu”, – deyə o bildirib.

Rusiyanın Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet yarımadanın “qayıdışı” üçün ABŞ-a təşəkkür edib. Rusiyalı deputatın sözlərinə görə, 2014-cü ilin əvvəlində ABŞ-ın Ukraynadakı “planlaşdırdığı” dövlət çevrilişi yarımadanın Rusiyaya birləşdirilməsi prosesini gözəçarpacaq dərəcədə sürətləndirdi.

“Amerikalılar tərəfindən koordinasiya edilən dövlət çevrilişi Krımın tarixi vətəninə - Rusiyaya qayıdışı üçün başlanğıc nöqtəsi oldu. Təəssüf ki, çevriliş Ukrayna xalqına vətəndaş müharibəsi və yoxsullaşma şəklində bir sıra bədbəxtlikləri gətirdi”, - agentlik Şeremetdən sitat gətirib.

Deputat qeyd edib ki, Ukrayna çevriliş olmasaydı da, Krım onsuz da yenidən Rusiyanın olardı, ancaq buna daha çox vaxt və səylər gedərdi:

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm