• USD 1,7000 0,00% EUR 1,9163 -0,82%
    • GBP 2,1395 -0,36% RUB 0,0240 +0,83%

Ermənistanın yeni müharibə xəbərdarlığı və Azərbaycana qarşı ŞOK PLAN

Ermənistanın yeni müharibə xəbərdarlığı və  Azərbaycana qarşı ŞOK PLAN

Ermənistanın müdafiə naziri David Tonoyan ölkə mətbuatına açıqlamasında bildirib ki, Ermənistan ordusu müdafiə mövqeyindən çıxacaq. Ordu hücum mövqeyinə keçmək üçün güclü silahlar əldə edib: “Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq”.

Politoloq İlqar Vəlizadə isə Publika.az-a açıqlamasında deyib ki, bu açıqlama sadəcə olaraq Ermənistanın işğalçı xislətindən xəbər verir:

“Ermənistanın müdafiə nazirinin bu açıqlamaları onu göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzkar planları sadəcə Dağlıq Qarabağ bölgəsi ilə kifayətlənmir. David Tonoyan demək istəyir ki, Ermənistanın mənfur niyyətini bir daha həyata keçirmək üçün münasib zaman gözləyir. Bu açıqlamaya bir də başqa gözlə baxaq. Çünki Tonoyandan qabaq da bu tip açıqlamalar dəfələrlə verilib. Onlar da bildirirdilər ki, əgər müharibə başlasa, Azərbaycanın digər rayonları və hərbi və iqtisadi-sosial infrastruktur onların hədəfi olacaq. Lakin Ermənistan rəhbərliyi danışıqlar prosesində başqa ritorikadan istifadə edirlər. Öz cəmiyyətlərinə və beynəlxalq müşahidəçilərə göstərmək istəyirdilər ki, əslində Ermənistanın hərbi sistemi müdafiəyə əsaslanıb.

Danışıqlar prosesi iflasa uğrasa, Ermənistan bu kimi başqa niyyətlərə əl atacaq. Azərbaycan üçünsə bu, yeni bir şey deyil. Biz bilirik ki, Ermənistanın hərbi doktrinasında Azərbaycanda Kür çayının sahillərinə qədər işğal planı həyata keçirmək yer almışdı. Hətta I Qarabağ Müharibəsində onlar açıq şəkildə deyirdilər ki, əsas məqsəd Kürə qədər gəlib çatmaq idi. Lakin müxtəlif səbəblərdən onların bu niyyəti baş tutmadı. Ermənistanın əsas geosiyasi məqsədi Azərbaycanı çökdürməkdir. Azərbaycan isə əlbəttə ki, buna cavab verməyə hazırdır. Son olaraq Naxçıvan əməliyyatları göstərdi ki, Azərbaycan bu planlardan xəbərdardır. Bütün hallarda bütün imkanlardan istifadə edəcəyik ki, bu planlar puça çıxsın. Baxmayaraq ki, Ermənistanda siyasi elita dəyişilir, ancaq mahiyyət işğalçılıq olaraq qalır. Ermənistanın ideoloji mahiyyətinə heç nə təsir göstərməyib”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR