Ermənistanın yeni müharibə xəbərdarlığına Azərbaycandan ŞİLLƏ KİMİ CAVAB: Ordumuz...
Bizi izləyin

Nida Təhlil

Ermənistanın yeni müharibə xəbərdarlığına Azərbaycandan ŞİLLƏ KİMİ CAVAB: Ordumuz...

“Ermənistanın müdafiə naziri David Tonoyanın 26 fevral günü verdiyi açıqlama sözsüz ki, Ermənistanda mövcud olan bərbad sosial vəziyyətdən xalqı yayındırmaq və Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlardan qaçmaq məqsədi daşıyır”.

Bunu Publika.az-a açıqlamasında poltoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, bu, müdafiə nazirinin başından böyük danışıqdır:

“Ermənistanda, ən azından, politoloqlar və siyasi şərhçilər səviyyəsində hər kəs bilir ki, Azərbaycanın hərbi potensialı ilə Ermənistanın hərbi potensialı müqayisə belə edilə bilməz. Azərbaycan ordusu öz torpaqlarını geri qaytarmağa və müdafiə etməyə qadirdir. Ola bilsin ki, Tonoyan Rusiyaya arxalanaraq, Rusiya-Ermənistan hərbi birləşməsini nəzərdə tutaraq və yaxud Ermənistanda dislokasiya edilmiş 102-ci hərbi bazanın istifadə ediləcəyini nəzərdə tutaraq psixoloji baxımdan Azərbaycana təzyiq və təsir edə biləcək bəyanat vermək istəyib. Lakin Tonoyan özü də yaxşı bilir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsindən çoxdur. Azərbaycan ordusu bu dəqiqə ən müasir silahlarla təzhiz edilib. Yeri gəlsə, sülh danışıqları sona qədər getməsə, Azərbaycan ordusu Ermənistana lazım olan cavabı verəcək. Bu nöqteyi-nəzərdən Tonoyanın açıqlamasını daxili bazara, elektoral bazaya hesablandığını deyə bilərik. Belə bir təəssürat yaratmağa çalışırlar ki, guya Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə hər şey qaydasında düşüb və problemlər, o cümlədən, hərbi sahədə olan çatışmazlıqlar həll edilib. Amma əslində heç də hər şey belə deyil. Ermənistanın ciddi problemləri var və bu problemlər qalmaqda davam edir. Hətta getdikcə daha dəhşətli vəziyyət almağa başlayır”.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan ordunun müdafiə mövqeyindən hücum mövqeyinə keçid etməyə hazırlaşdığını demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm