Sülh əvəzinə ƏRAZİLƏR, kapitulyasiyaya ÇAĞIRIŞ ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Sülh əvəzinə ƏRAZİLƏR, kapitulyasiyaya ÇAĞIRIŞ ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda görüşə bilər. Ermənistanda Dağlıq Qarabağ münaqişəsi üzrə daxili haçalanma dərinləşir. Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri olub. Pakistan və Hindistan arasında hərbi qarşıdurma baş verib. Yuliya Timoşenko orduda oğurluqlarla əlaqədar prezident Pyotr Poroşenkonun impiçmenti prosedurunu başlamağa çağırıb. Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri kim Çen In arasında görüş keçirilib.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda görüşə bilərlər. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, liderlər Minsk qrupunun yaxın vaxtlarda görüşmək təklifini qəbul ediblər.

Fevralın 27-də Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Salome Zurabişvilinin təkbətək görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Təkbətək görüş başa çatandan sonra Azərbaycan və Gürcüstan prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək. Səfər İran tərəfinin dəvəti əsasında gələn ayın əvvəllərinə nəzərdə tutulub.

Səfər zamanı azərbaycanlı nazir bir sıra ikitərəfli görüşlər keçirəcək və ölkələr arasındakı əməkdaşlığın müxtəlif məsələləri ətrafında müzakirələr aparacaq.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdədir. Bunu XİN-nin sözçüsü Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan münaqişənin nəticələrini aradan qaldıracaq bütün məqsədyönlü görüşlərin keçirilməsinin tərəfdarıdır və buna hazırdır: “Həmsədrlərlə də bu məsələ müzakirə olundu. Hələlik görüşün tarixi və yeri dəqiq məlum deyil. Bu barədə qərar verildikdən sonra ictimaiyyəti məlumatlandıracağıq”.

“Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud formatı müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək istəyirəm”. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış son vəziyyəti də şərh edib:

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək lazımdır. Bu, protokola daxil olmayan bir görüş ola bilər, amma mövcud formatı müzakirə etmək vacibdir. Danışıqlar formatı müəyyən edilənədək baş tutan təmaslar rəsmi müzakirələr kimi qəbul edilə bilməz”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz. Bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan baş naziri N.Paşinyanın danışıqlar prosesinin formatı ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Hikmət Hacıyev deyib ki, danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır: "Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Prezident İlham Əliyev və N.Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir. Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyildir. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür".

Ermənistanda Dağlıq Qarabağ münaqişəsi üzrə daxili haçalanma dərinləşir. İndiyə qədər “Qarabağ klanı” baş nazir Nikol Paşinyanın yumşalma siyasətinə qarşı çıxırdısa, indi prezident Armen Sarkisyan da eyni cəbhəyə dəstək verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni imkanlar yaranıb”. Bu barədə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin həlli ilə bağlı yeni imkanların yarandığını anlayır.

“Ermənistanda hakimiyyət dəyişikliyi bu imkanların yaranmasının başlıca amilidir”, - deyə o bildirib.

21-22 fevral tarixlərində Türkiyənin Ermənistan sərhədində yerləşən Qars vilayətində “Qış-2019” hərbi təlimləri keçirildi. 15 ölkənin, həmçinin Azərbaycan, Bosniya və Herseqovina, Qətər, Böyük Britaniya, Almaniya və İtaliya hərbşilərinin iştirak etdiyi təlimlərə 5 “ATAK” helikopteri, 1 “CH-47 Chinook” helikopteri, 4 “F-16” qırıcısı, 2 “CN-235 CASA” təyyarəsi, 402 zirehli texnika, 762 silah və 2087 hərbçi cəlb olunmuşdu. Təlimlər Ermənistanda böyük qorxu yaradıb. “Sputnik” agentliyinə danışan erməni eksperti David Arutyunovun sözlərinə görə, təlimlərə Dağlıq Qarabağ münaqişəsini nəzərə alaraq, Rusiya və Ermənistana təzyiq elementi kimi baxmaq olar.

“Türkiyə bir çox ölkələrlə hərbi sferada əməkdaşlıq edir, bu onların strategiyasıdır. Digər tərəfdən, müəyyən geosiyasi kontekstin mövcudluğu haqqında danışmaq olar”, - o deyib.

Türkiyə Suriya haqqında Rusiyayla, xüsusi halda təhlükəsizlik zonalarına nəzarət və kürd məsələsi üzrə mürəkkəb sövdələşmələr apardığını deyən erməni eksperti 2016-cı il aprel müharibəsinin kəskin Rusiya-Türkiyə qarşıdurması fonunda başlandığını iddia edib.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin baş naziri Nikol Paşinyanla münasibətlər və ictimaiyyətin müxtəlif dairələrində bu kontekstdə yayılan iddialarla əlaqədar məqalə qələmə alıb. Məqalə “ilur.am” saytında dərc edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın zamanlarda Ermənistan parlamentinin Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər üzrə Komissiyalarında Dağlıq Qarabağ konfliktinin həllinə dairə dinləmələr təşkil ediləcək. Bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, dinləmələrdə əsas müzakirə mövzusu qondarma rejimin danışıqlar masası ətrafına qaytarılması olacaq.

Qəzet dinləmələrin İrəvanda keçiriləcəyini, amma buraya separatçı rejimin “parlament”indən də nümayəndələrin dəvət olunacağını yazıb.

Azərbaycan Ordusunun qüdrətini dəfələrlə etiraf etməyə məcbur olan Ermənistandan növbəti gülünc bəyanat səsləndirilib. Ermənistanın müdafiə naziri David Tonoyan İctimai televiziyaya müsahibəsində hücum silahları əldə etdiklərini və müdafiə mövqelərində qalmağa hazırlaşmadıqlarını bildirib.

“Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq”, - erməni nazir deyib.

Jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına Tonoyan “niyə də yox” cavabını verib. Rusiyanın verəcəyi 100 milyon dollar kreditlə hansı silahların alınacağına gəlincə, müdafiə naziri bunu “sirr” adlandırıb.

Ermənistanın müdafiə naziri David Tonayan ictimai televiziya vasitəsilə çıxış edərək ölkəsinin öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib. Müdafiə Nazirliyindən bildiriblər ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu məlumatı Kremlin mətbuat xidməti yayıb. Məlumata görə, görüşdə əsas müzakirə mövzusu Rusiya-Ermənistan əməkdaşlığı və regional problemlər olub.

Fevralın 27-də Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edib.

Türkiyə, İran, Yaxın Şərq

Fevralın 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin məsləhətçisi və kürəkəni Jared Kuşneri qəbul edib. Görüş Ankarada Prezident Sarayında baş tutub.

“”S-400”lə bağlı açıqlamaya ehtiyac yoxdur. Bu başa çatdırılmış bir müqavilədir, yalnız çatdırılma vaxtı müzakirə edilir”. Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Türkiyə verdiyi heç bir sözdən geri dönməmişdir”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirib.

Amerika ordusunun Suriyadan çəkilməsinə toxunan Çavuşoğlu Vaşinqtonun bununla bağlı bir strategiyasının olmadığını, prosesin koordinasiyası üzrə müzakirələrin aparıldığını vurğulayıb.

“Əgər biz “F-35”-ləri almasaq, daha yaxşı olar, çünki əks təqdirdə, biz Amerikadan tamamilə asılı olacağıq”. Bu haqda Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Bəyazid Karataş deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif istefa verib. Bu barədə o, İnstaqram səhifəsində məlumat yayıb. İranın “Əntəkab” nəşrinin məlumatına görə, Zərif Suriya rejiminin lideri Bəşər Əsədin Tehran səfərinin onun xəbəri olmadan gerçəkləşdiyinə görə istefa verib.

“Bu gün keçirilən görüşlərdəki fotolardan sonra Cavad Zərifin Xarici İşlər naziri kimi artıq dünyada etibarı yoxdur”, - Zərif nəşrə cavab verib.

Fevralın 27-də Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, ABŞ, Rusiya-Qərb münasibətləri

Rusiya Prezidenti Vladimir Putinin Yaxın və orta mənzilli raketlər razılaşmasının ləğvinin ABŞ üçün nəticələri barədə növbəti təhdidləri boş sözlərdir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını məhz Rusiya pozub:

“Bəli, Putin bir daha guya Rusiyanın Amerika raket sistemlərinin Avropada yerləşdirilməsinə Rusiyanın cavab verməyə və rus silahlarını Amerikaya göndərməyə hazır olduğunu bəyan etdi. Şübhəsiz, bu, Moskvadan səsləndirilən sərt ifadələrdir. Bu sözlər əsas çağırışı gizlətməyə yönəlib”, – deyə o bildirib.

ABŞ Hərbi-Dəniz Qüvvələrinə aid “Boinq P-8A Poseydon” təyyarəsi Qara dəniz sahilləri, Kerç boğazı və Sevastopol şəhəri üzərində kəşfiyyat uçuşu həyata keçirib. Bu uçuş ABŞ tərəfindən iki gün ərzində bölgədə aparılan ikinci kəşfiyyat uçuşu olub.

“PlaneRadar” müşahidə nəşrinin verdiyi məlumata görə, "Poseydon" təyyarəsi İtaliyadakı Siqonella avia- bazasından havaya qalxıb və Bolqarıstan hava sahəsindən sonra Kerç boğazında və Krım körpüsündən təxminən, 125 km məsafədə kəşfiyyat uçuşu həyata keçirib.

Qeyd edək ki, son zamanlarda, xüsusilə, ABŞ başda olmaqla, xarici ölkələrə aid kəşfiyyat təyyarələri Rusiyanın sərhəd bölgələrində aktivlik göstərir.

Rusiya Müdafiə Nazirliyi Vaşinqtonun kəşfiyyat fəaliyyətlərinin artmasına diqqət çəkərək ABŞ-a bu növ əməliyyatlara son vermək çağırışı edib. Lakin Pentaqon buna rədd cavabı verib.

ABŞ çətin ki, Avropada nüvə döyüş başlıqlarının yerləşdirilməsinə gedəcək, amma orada qanadlı raketləri yerləşdirə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, “VestiNedeli” proqramının aparıcısı Dmitry Kiselyov Dmitri Kiselyov Rusiyanın “Sirkon” raketinin Amerika böyük şəhərlərinə çatma vaxtını hesablayıb. Kremlə yaxınlığı ilə seçilən Dmitri Kiselyovun sözlərinə görə, Rusiya gəmilərini Amerika sahillərindən 400 kilometr uzaqlıqda yerləşdirmək olar.

“Qərarların qəbul olunması mərkəzləri, həmçinin sahildən belə uzaq deyil. Deyək ki, 400 kilometr, maksimum 800 kilometr”, - o qeyd edib.

Aparıcı sonra dəqiqləşdirib ki, “Sirkon” raketi saatda 11 min kilometr sürətlə uçur. Kiselyov hesablamalar apararaq belə nəticə çıxardıb ki, Rusiya hərbçiləri beş dəqiqə ərzində operativ zərbə vura biləcəklər. O, Rusiya raketlərinin hədəfləri arasında Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşən Pentaqon binası və prezidentinin Vaşinqton yaxınlığındakı Kemp-Deviddə yerləşən qərargahını da göstərib.

“Bu, üçüncü sinif məktəblisi üçün məsələdir”, - o yekunlaşdırıb.

ABŞ prezidenti Donald Tramp Amerika kibernetika komandanlığının Rusiyanın İnternet Tədqiqatları Agentliyinə kiberhücum həyata keçirməsini şəxsən bəyənib. Bu haqda mənbələrə istinadən “NBC News” bildirib.

Telekanalın məlumatına görə, bu hücum Amerikadakı seçkilərə Rusiyanın müdaxiləsinə qarşı Tramp administrasiyası tərəfindən cavab addımı olub.

Qeyd edilir ki, söhbət ABŞ Konqresinə 2018-ci ilin aralıq seçkisi zamanı Sankt-Peterburqdakı İnternet Tədqiqatları Agentliyinin internetə giriş imkanlarının bloklanmasından gedirdi.

Daha əvvəl KİV-in yazdığına görə, ABŞ 2018-ci il aralıq seçkilərində “trollar fabriki”nə interneti kəsib.

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini dərc edib. Qanun layihəsi Amerika Konqresinin saytında yerləşdirilib.

Respublikaçı Lindsi Qrem və demokrat Robert Mendes tərəfindən hazırlanan qanun layihəsi Amerika investorlarına Rusiya dövlət borcunun yeni buraxılışlarına pul qoymağı qadağan edir. Bundan başqa, onlar Rusiyanın bank və energetika sektoruna qarşı sanksiyalar tətbiq etmək istəyirlər.

Sənədə əsasən, sanksiyalar həmçinin, başqa ölkələrin ərazisində demokratik proseslərə və seçkilərə müdaxiləyə cəlb olunduğu hesab edilən maliyyə institutlarına toxunacaq.

Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edərək Rusiya Federasiyasında hakimiyyətin dəyişdirilməsi üzrə ssenarini reallaşdırmağa çalışır. Bu haqda Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev parlamentin yuxarı palatasının plenar iclasında çıxışında bildirib.

”Venesuelaya qarşı sanksiyaların tətbiqi bu ölkə əhalisini narazılığa və qanuni hakimiyyətin devrilməsinə itələmək üçün tətbiq edilir. Belə ssenarinin tətbiqini həmçinin, ölkəmizin nümunəsində də görürük, Rusiyaya qarşı sanksiyalar həmin hədəfləri təqib edir”, - o vurğulayıb.

Kosaçev qeyd edib ki, ABŞ suveren dövlətlərin işlərinə qarışaraq artıq belə ssenarini dəfələrlə yerinə yetirib.

Qeyd edək ki, Moskvadan bu cür iddialar dəfələrlə səslənsə də, ABŞ Rusiyada Vladimir Putin hakimiyyətini dəyişmək niyyətində olmadığını iddia edir.

ABŞ-ın Silahlı qüvvələrin strateji komandanlığının başçısı Con Hayten Strateji hücum silahların (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə Rusiya-ABŞ müqaviləsini genişləndirməyə çağırıb. Bu haqda onun ABŞ Senatının silahlı qüvvələrin işləri üzrə komitədə çıxışına istinadən “Vaşinqton Post” nəşri yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya-Belarus dövləti çərçivəsində “ümumi rubl” mümkündür, bu, Rusiya rublu olmamalıdır. Bu haqda Belarussiya Prezidenti Aleksandr Lukaşenko Minskdə ictimaiyyət və KİV-lə “Böyük danışığın” gedişatında bildirib.

"Bu gün bizə valyutanı təklif edirlər. O, (Rusiya prezidenti Vladimir Putin – red.) mənə ritorik danışır ki, əlbəttə, bu rubl olacaq. Mən deyirəm ki, əlbəttə, rubl olacaq. Sizdə də rubl və bizdə də rubl var. Məsələ bunda deyil. Bu, Rusiya və ya Belarus rublu olmayacaq, əgər o olacaqsa, bizim ümumi rublumuz olacaq”, - Lukaşenko bildirib.

Xatırladaq ki, Belarus prezidenti ötən ay da analoji bəyanatla çıxış edib.

Belarusda bundan sonra da Rusiyanın hərbi obyektləri yerləşəcək. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz Rusiyadan bundan sonra da bir qəpik belə almayacağıq. Çünki bu bizim ümumi təhlükəsizliyimizdir”, - Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, hazırda ölkə ərazisində Rusiyanın iki hərbi obyekti mövcuddur və bir il sonra bununla bağlı müqavilə yenilənməlidir.

Əgər Minsk vergi manevrinə görə kompensasiya üzrə Rusiyayla razılaşmasa, onda başqa ölkələrdən neft almağa məcbur olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela Prezidenti Nikolas Maduroya dəstək verən ölkələri dünya arenasından təcrid etməklə təhdid edib. Pens iştirak etdiyi XI Lima Qrupu xarici işlər nazirlərinin toplantısındakı çıxışında Venesuela Milli Assambleyanın spikeri Xuan Quaidoya dəstək verib.

Maduronu "oğru" olaraq dəyərləndirən Pens Quaidonu Venesuelada demokratiya və azadlıq təsis edilənə qədər dəstəkləməyə davam edəcəklərini bildirib.

ABŞ Venesuelaya hərbi müdaxilə üçün hazırlaşır. Bu haqda ölkənin Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD terror qruplaşmasının liderlərindən olan Todjiddin Nəzərov (Abu-Usama Noraki) Moskvada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) obyektində terror aktını həyata keçirməyə hazırlaşırdı. Bu haqda “Kommersant” qəzeti yazır.

Nəşrin məlumatına görə, Nəzərov tərifindən təşkil olunmuş terrorçular qrupu Xoroşevski şosesində QRU qərargahında hərbi qulluqçulara hücüm etməyi planlaşdırırdılar. Həmçinin onlar qatar sərnişinlərinə qarşı terror aktını təşkil etmək fikrində idilər. Qəzet bildirib ki, Federal Təhlükəsizlik Xidməti terrorçuların planlarının qarşısını almağı bacarıb.

edilir ki, Todjiddin Nəzərov İsveç və Tacikistanda terror hücumlarına rəhbərlik edirdi.

Böyük Britaniyanın “The Economist” jurnalının ekspertləri dünya iqtisadiyyatı üçün təhdidlərin yeni reytinqini açıqlayıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hindistan və Pakistan arasında gərginlik yenidən artıb. Hindistanın döyüş təyyarələri Kəşmirdəki nəzarət xəttində yerləşən Muzafferabad bölgəsindən Pakistan hava məkanını pozub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nüvə silahına malik iki ölkə - Pakistan və Hindistan arasındakı gərginlik hər keçən gün artmaqdadır. Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin məhv edildiyini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Pakistanın Baş naziri İmran Xan ölkəsi ilə Hindistan arasındakı son hadisələrdən sonra ilk bəyanatını verib. Baş nazir Kəşmirdə həyata keçirilən terror hücumu ilə əlaqədar Hindistan tərəfinə əməkdaşlıq təklifini yenilədiyini bildirib.

“Kəşmirdə intihar hücumları ilə əlaqədar Hindistanla əməkdaşlığa dair təklifimizi təkrar edirik. Pakistanın planı yalnız Pakistanın potensialını göstərmək idi, heç bir ziyan və zərər vermək istəmirik”, - o deyib.

Pakistan ümid edir ki, Hindistanla genişmiqyaslı hərbi konfliktdən qaçmaq mümkün olacaq, əks təqdirdə bu müharibə qarşılıqlı özünüməhvə səbəb olacaq. Bunu CNN-ə müsahibəsində Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi deyib.

“Ümid edirəm ki, bu savaş baş verməyəcək. Bu, qarşılıqlı özünüməhv anlamına gələr. Pakistan heç vaxt eskalasiyaya cəhd edib, düşmənçilik mövqeyi tutmaq istəmir”, – deyə o bildirib.

Ukrayna

Rusiya tərəfindən tammiqyaslı təcavüz təhlükəsi realdır. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko “orduda oğurluqlarla” əlaqədar prezident Pyotr Poroşenkonun impiçmenti prosedurunu başlamağa çağırıb.

“Elan edirik ki, bizi dəstəkləyən başqa fraksiyalarla birlikdə, prezidentin impiçmenti proseduruna başlayırıq”, - partiya lideri qeyd edib.

Timoşenko Ukraynanın müdafiə kompleksində oğurluqlarla bağlı jurnalistlərin dərc etdiyi araşdırmaya istinad edib. Partiya liderinin iddiasına görə, oğurluqların arxasında Poroşenko və onun yaxın şəxsləri dayanır. O, artırılmış qiymətlər üzrə Rusiyadan Ukrayna hərbi texnikası üçün ehtiyat hissələrinin alınmasında prezidenti ittiham edib.

Ukrayna öz ərazisində yaxın və orta mənzilli raketlər yerləşdirməməlidir. Bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, bunun Ukrayna dövlətçiliyi üçün təhdid olacağını bildirib:

“Əgər Ukraynada belə raketlər yerləşdirilsə, bu, fəlakət olacaq. Anlamaq lazımdır ki, rusiyalılar bu raketlərin Ukraynada yerləşdirilməsini istəmirlər. Biz rusiyalılarla həmrəyik. Ona görə də Ukrayna bu istiqamətdə heç bir addım atmamalıdır, əks təqdirdə bu, Ukrayna dövlətçiliyi üçün fəlakət olacaq”.

Koreya böhranı

Fevralın 27-də Vyetnamın paytaxtı Hanoyda ABŞ Prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri kim Çen In arasında görüş keçirilib. “Sofitel Legend Metropole” mehmanxanasında keçirilən görüşü 20 dəqiqə davam edib. Əsas danışıqlar fevralın 28-də olub.

Fevralın 28də keçirilən görüşü isə Donald Tramp və Kim Çen In "Sofitel Legend Metropole" hotelini planlaşdırılan vaxtdan daha əvvəl tərk ediblər. ABŞ Prezidenti və KXDR lideri arasındakı sammitin yekunları üzrə razılaşma əldə olunmayıb.

“Şimali Koreya sanksiyaların ləğvi qarşılığında sənədi imzalamağa hazır idi. Razılıq istədiyimiz hər şeyi etmədikləri üçün olmadı. Onlar özlərinə qarşı bütün sanksiyaların ləğv edilməsini istədilər. Biz isə buna hazır deyildik. Sanksiyaların hamısını ləğv etmək üçün nüvə silahından imtina etmələrini istədik. Lakin onlar da buna hazır deyildilər. Onlar tamamilə deyil, ayrı-ayrı rayonlarda nüvəsizləşməni həyata keçirmək istəyirər. Bu bizi qane etmədiyi üçün təklifdən imtina etdik. Kim Çen In bundan sonra nüvə silahı və raketlərin sınaqdan keçirməyəcəklərinə söz verdi. Danışıqlarımız davam edəcək”, - Donald Tramp görüşdən sonra keçirilən mətbuat konfransında vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm