Nida Təhlil
İlham Əliyevin sosial inqilabı - Vədlərinin arxasında dayanan lider
Fevralın 25-də Prezident İlham Əliyev iqtisadi və sosial
məsələlərlə bağlı keçirdiyi müşavirədə problemli kreditlər
məsələsinə toxundu və qeyd etdi ki, bu məsələnin həlli üzərində iş
aparılır. Üç gün sonra isə dövlət başçısı problemli kreditlərin
həlli ilə bağlı qərar verdi. Burada diqqət çəkən ilk məqam dövlət
başçısının üç gün sonra həlli ilə bağlı fərman imzalayacağı problem
haqqında dediyi sözlərdir.
“Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və
Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini
göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki,
buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq
qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni,
burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki,
düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın
seçilməsidir”, - deyən Prezident problemin həllinin anonsunu verdi
və cəmi üç gün sonra məsələ ilə bağlı fərman imzaladı.
Maraqlıdır, dövlət başçısı problemin həll ediləcəyi xəbərini niyə
müşavirədə açıqlamadı? Halbuki, üç gün sonra məsələnin hüquqi
qüvvəyə minəcəyini hər kəsdən öncə dövlət başçısı bilir və bunu
məhz üç gün öncədən elan edə bilərdi.
Bu, bir daha təsdiqləyir ki, dövlətin əsas məqsədi belə
məsələlərdən siyasi xal qazanmaq yox, məhz vətəndaşın
problemlərinin həllidir. Axı dünya müxtəlif ölkələrdə
hakimiyyətlərin adətən belə məsələləri qabardaraq, siyasi xal
qazanmağa çalışdığı təcrübəsi ilə zəngindir. Artıq dünya
ölkələrində təbii hala çevrilən bu təcrübədən Azərbaycan
hakimiyyəti də istifadə edə bilərdi, lakin buna getmədi.
Çünki Prezident İlham Əliyevin dediyi kimi, “burada xoş
niyyətin olması əsas şərt deyil”. Yəni hakimiyyət öz xoş
niyyətini nümayiş etdirə, bir çox ölkədə olduğu kimi sonradan
icrası həyata keçirilməyən qərar verə, bunu siyasi qazanca çevirə
bilərdi. Lakin dövlət başçısı əsas məqsədin “düzgün təhlilin
aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsi”
olduğunu bəyan etdi və fevralın 28-də “Azərbaycanda fiziki
şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər
haqqında” Fərman imzaladı.
Bu, bir daha sübut etdi ki, Azərbaycanda dövlətin
atdığı addımlar real nəticələrə hesablanıb, əsas məqsəd vətəndaşın
sosial rifahının yaxşılaşması, problemlərin köklü həllidir;
Bu, bir daha sübut etdi ki, Azərbaycanda bütün
məsələlər - problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin
büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün
maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib
hazırlanması, icrasi və icraya nəzarət və s. - hərtərəfli
araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur.
Bu, bir daha sübut etdi ki, məqsəd “xoş niyyət”lə
siyasi qazanc əldə etmək yox, Azərbaycan insanının sosial rifahının
yüksəldilməsi və rahat yaşayışının təminatıdır.
Bu, bir daha sübut etdi ki, dövlət öz vətəndaşı
üçün gördüyü işləri “minnət” olaraq deyil, vəzifə olaraq həyata
keçirir.
Və bu, bir daha sübut etdi ki, Prezident İlham
Əliyev verdiyi vədlərin arxasında dayanan liderdir.
Problemli kreditlərlə bağlı dövlət başçısının fərmanı Azərbaycanda
dövlət xalq üçündür prinsipinin ana xətt olduğunu təsdiqlədi.
Fərmanda nəzərdə tutulan güzəştlər: fiziki şəxslər
üçün nəzərdə tutulub; 10 000 ABŞ dollarına qədər olan borclara aid
olacaq; 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları
nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq;
başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün -
2019-cu ilin 28 fevralı götürülür; vətəndaşların 10 000 dollara
qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir;
2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit
borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik ödənilir;
2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar
kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən
ödənilir; dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş
müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti
keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırılır; devalvasiya
nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət
büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya
ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin
yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc
götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa,
21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə
məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara
görə 4000 manata yaxın (hər dollar üçün 60 qəpik+25 qəpik) büdcə
kompensasiyası ödənir; devalvasiya nəticəsində artan hissə
ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara
manatla yenidən hesablanmış borcları ödəmək üçün 1 il güzəşt
müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit
xətti açılır. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.1 faizlə
ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur;
(Fərmanda nəzərdə tutulan güzəştləri iqtisadçı ekspert
Rövşən Ağayev şərh edib).
Göründüyü kimi, dövlət vətəndaş üçün ən məqbul variantı seçərək,
tətbiq edir. Ana məqsəd ölkədə real sosial islahatların həyata
keçirilməsi, vətəndaşın sosial rifahının yüksəldilməsidir.
Və 2019-cu ildə həyata keçirilən işlər Azərbaycanda sosial
inqilabın başladığını deməyə əsas verir.
- 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödənişin
edilməsi;
- Şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata qədər
artırılması;
- Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən
müavinətlərin 220 manatdan 300 manata qədər artırılması;
- Minimum əmək haqqının 38 faiz artırılması və 180 manat həcmində
müəyyənləşməsi;
- Minimum əmək pensiyalarının 38 faiz artırılması və 160 manata
qaldırılması;
- Çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start
verilməsi;
- Tələbələrin təqaüdlərinin 14-25 faiz həcmində artırılması;
- Və nəhayət, ən ciddi məsələlərdən olan problemli kreditlərin
həlli ilə bağlı verilən qərar;
Bunlar son bir ayda həyata keçirilib, lakin dövlət başçısının bəyan
etdiyi kimi, 2019-cu ildə sosial islahatların davamı olacaq.
Prezident İlham Əliyev sonuncu müşavirədə açıqladığı sosial paket
ilk mərhələdə üç istiqaməti nəzərdə tuturdu: problemli kreditlərin
həlli, minimum əmək haqqının 38 faiz artımından sonra daha da
yüksəldiləcəyi və sosial müavinətlərin əhəmiyyətli dərəcədə
artacağı.
Problemli kreditlər məsələsi ilə bağlı dövlət başçısının anonsundan
cəmi üç gün sonra qərar verildi. Bu, yaxın dövrdə əmək haqqı və
sosial müavinətlərin da əhəmiyyətli dərəcədə artacağına şübhə yeri
qoymur.
Bütün bunlar Prezident İlham Əliyevin başlatdığı sosial
inqilabdır...
Publika.az
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?