Heç bir ölkədə kreditlərlə bağlı vətəndaşın xeyrinə belə addım atılmayıb - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Heç bir ölkədə kreditlərlə bağlı vətəndaşın xeyrinə belə addım atılmayıb - Millət vəkili

“Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzalanan fərman Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına diqqət və qayğısı, həmçinin həyata keçirdiyi siyasətin birbaşa Azərbaycan vətəndaşlarının rifahı üçün olduğunu sübut edən sənəddir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, bu sənəd problemli kreditləri olan vətəndaşlarımıza birbaşa maddi kömək olmaqla yanaşı, həm də mənəvi-psixolji dəstəkdir: “Çünki problemli kreditlərin ödənilməsi ilə bağlı vətəndaşlar bu günə qədər böyük çətinliklər yaşayırdı, gərginlik içində qalırdı. Təkcə 331 min nəfərin belə kreditlərlə bağlı məhkəmələrdə işləri vardı.

Fərman çərçivəsində bu kompensasiyalar üçün dövlət büdcəsindən 9 milyon manata yaxın vəsait ayrılacaq. 331 min nəfərin məhkəmə işi ləğv ediləcək. Hər 10 min dollar kreditə 3500 dollar güzəşt tətbiq ediləcək. Artıq ödənilmişdisə, vətəndaşa geri qaytarılacaq. Bu proseslərin hər biri sərəncamda göstərilən qrafik və zaman üzrə öz həllini tapacaq.

Düşünürəm ki, bu, çox uğurlu bir sərəncam oldu. Hələ Azərbaycan iqtisadiyyatı tarixində belə bir genişmiqyaslı addım atılmamışdı. Dünyanın heç bir yerində bu tərzdə - vətəndaşın xeyrinə kreditlər məsələsində belə böyük iş həyata keçirilməyib”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm