Nida Təhlil
Müxalifət xaricdən maliyyələşdiyini etiraf etdi – Dəbdəbəli həyat ZƏRURƏTİ
“Pulu kim verir, musiqini də o sifariş edir”.
Azərbaycan müxalifətinin fəaliyyətində bu prinsipin əsas
istiqamətlərdən olduğu məlumdur. Xüsusilə müxalifətin
radikallaşmış, hakimiyyətə gəlmək üçün bütün cəbhələrlə
sövdələşməyə getmiş, yaxud getməyə hazır olan kəsiminin xaricdən
maliyyələşməsi haqqında indiyə qədər faktlara əsaslanan müxtəlif
məlumatlar yayılıb. Müxalifət cameəsi bu məlumatları təkzib edir və
bunun adətən iqtidarın siyasi mübarizədə irəli sürdüyü iddia
olduğunu iddia edir.
Və bəzən ictimaiyyətdə sual yaranır: hansı iddia doğrudur,
iqtidarın faktlara əsaslanan məlumatları, hansı ki, müxalifət bunu
iddia adlandırır, yoxsa, bu məlumatların doğru olmadığı haqqında
irəli sürülən iddia?!
Müxalifətin fəaliyyətini ifşa edən qalmaqallı açıqlamaları ilə
tanınan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar
Cəlaloğlunun bu günlərdə Milli Məclisin deputatı Elman Nəsirli ilə
çıxdığı debatda səslənirdiyi fikirlər müxalifətin xaricdən
maliyyələşməsi ilə bağlı dolayısı etiraf oldu.
Cəlaloğlu iqtidar cameəsini təmsil edən Nəsirlinin “müxalifət
xaricdən maliyyələşir” fikrinə cavab olaraq bildirir:
“Tez-tez Azərbaycan müxalifətini xarici dövlətlərlə əlaqədə
ittiham edirlər... Mən belə hesab edirəm ki, Azərbaycan
müxalifətində də xarici qüvvələrə işləyə bilən və yaxud xarici
qüvvələrdən müəyyən dəstək ala bilən qüvvələr ola
bilər”.
Burada haşiyəyə çıxaraq qeyd edək ki, Azərbaycan müxalifəti
konstruktiv və radikal olmaqla iki hissəyə bölünür:
konstruktiv müxalifət parlamentəd təmsil olunanlar hesab olunur və
onlar qanunvericiliyə uyğun olaraq dövlət büdcəsindən maliyyələşir,
radikal müxalifət, yəni parlamentə düşə bilmədikləri üçün seçkiyə
getməkdən imtina edənlər isə heç bir yerdən maliyyələşmir və bu
kəsimdə təmsil olunan siyasi fiqurlar adətən sadə vətəndaşlar kimi
hər hansı müəssisədə, yaxud dövlət orqanında işləmirlər. Müqayisədə
isə ikincilər birincilərdən daha yaxşı yaşayır. Misal üçün, bu gün
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, yaxud Vəhdət
Partiyasının sədri Tahir Kərimli, eləcə də parlamentdə təmsil
olunan digər siyasi partiya sədrləri ilə müqayisədə AXCP sədri Əli
Kərimlinin yaşayış səviyyəsi arasında uçurum qədər fərq var, elə
Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovun sahib olduğu
mülklərin sayı da iki tərəf arasındakı fərqi aydın şəkildə ifadə
edir.
Azərbaycan müxalifətinə xaricdən ötürülən maliyyə ilə bağlı mediada
kifayət qədər məlumat əldə etmək olar. 2012-ci ilə qədər bu
maliyyələşmə donor təşkilatları vasitəsilə həyata keçirilirdi.
Prosedur belə idi: Qərbin donor təşkilatları “demokratiyaya dəstək”
adı altında partiya sədrlərinin – xüsusilə Əli Kərimlinin -
ətrafında cəmlənmiş müəyyən QHT-lərə qrantlar ayırır, bu qrantlar
bank hesablarından çıxarılır və böyük qismi partiya rəhbərliyinə
çatırdı. Bu prosesdə iştirak etməyən, yəni müstəqil QHT-lər, yaxud
partiya sədrlərinə pul ötürməkdən imtina edən QHT-lər avtomatik
olaraq “ofsayda” düşürdü.
2012-ci il “facebook inqilabı” cəhdinə qədər qrantların
ayrılmasında informasiyalar müəyyən qədər açıq idi. Lakin sonrakı
dövrdən başlayaraq, gizlilik prinsipinə keçildi. Belə ki,
layihələrin adları və onlara ayrılan konkret məbləğlər aydın
göstərilir, lakin bir çox hallarda qrantların ayrıldığı
təşkilatların adları açıqlanmırdı. Misal üçün, 2016-cı ildə ABŞ-ın
Milli Demokratiya Fondu (NED) (bu təşkilatın Vaşinqtonun rəsmi
siyasətini deyil, müəyyən dairələrin tapşırıqlarını yerinə
yetirməsi haqda faktlar var) Azərbaycana 1 milyon dollardan artıq
qrant ayırdı. Qrantların konkret istiqamətləri – insan haqlarının
inkişafı, media azadlığı, demokratiya, siyasi qurumların
möhkəmləndirilməsi və s. göstərilir, həmçinin, ayrılan məbləğlər
qeyd olunurdu. Amma bu layihələrin hansı təşkilatlar tərəfindən
irəli sürüldüyü və pulların hansı təşkilatlara ayrıldığı gizli
saxlanılırdı. (http://www.ned.org/region/eurasia/azerbaijan-2016/).
Azərbaycandan fərqli olaraq, Gürcüstan və Ermənistana ayrılan
qrantlarda heç bir gizlilik yox idi. (http://www.ned.org/region/eurasia/georgia-2016./).
(http://www.ned.org/region/eurasia/armenia-2016/).
Bu məsələ ictimailəşəndən sonra dövlət haqsız rəqabəti aradan
qaldırmaq və kənar müdaxilələri dayandırmaq məqsədilə
qanunvericiliyi sərtləşdirdi. Şəffaflıq faktorunun önə çıxması
müxalifətin “qrantlar yolu ilə maliyyələşməsini” dayandırdı. Lakin
müxalifətə pul ötürən xaricdəki dairələr bu dəfə konkret məkan
seçdilər və pul axını nağdlaşdırılmış formada həyata keçirilməyə
başlandı. Azərbaycan üçün seçilmiş bu məkan Gürcüstan idi. Bu
proses AXCP sədrinin müavini Gözəl Bayramlının sərhədi keçərkən
çantasında külli miqdarda xarici valyuta ilə həbs olunmasına qədər
davam etdi.
Bu günlərdə Rusiyadan konkret şəxslər vasitəsilə AXCP sədri Əli
Kərimliyə göndərilən pullarla bağlı məhkəmə işi müxalifətin təkcə
Qərbdən yox, həm də qonşu ölkələrdən də maliyyə aldığını
təsdiqləyir.
Lakin nə qrantların şəffaflaşdırılması, nə nağdlaşdırılmış pulların
axınının qarşısının alınması, nə də sonuncu məhkəmə prosesi
müxalifətin xaricdən maliyyələşməsinin bütün yollarının bağlanması
deməkdir. Qanundan kənar olan bu prosesin aydınlaşdırılması
dövlətin müvafiq orqanlarının işidir. Hərçənd, bu gün müxalifət
rəhbərlərinin həyat səviyyəsi onların heç də “partiya üzvlüyündən
toplanan” pullarla belə yaşaya bilməyəcəklərini göstərir. Yox,
onlar yalnız “partiya üzvlüyündən” yığılan pullarla
maliyyələşdiklərini iddia edirlərsə, o zaman, mövcud həyat
səviyyələri sadə cəbhəçinin, sadə müsavatçının, yaxud digər
partiyaların sadə üzvlərinin ciblərinə girdiklərini etiraf etmiş
olurlar. Doğrudanmı belədir?
Faktlar müxalifətin xaricdən maliyyələşdiyini sübut edir, lakin
burada diqqət çəkən məqam S.Cəlaloğlunun buna haqq qazandırmaq
cəhdidir.
“Politologiya sübut edir ki, kasıb ölkələrin əhalisi varlı
ölkələrin mənafelərinə xidmət etməyə meyllidir. Siz niyə müxalifətə
konstitusiyada nəzərdə tutulan imkanları vermirsiniz ki, onlar
ölkənin öz resurslarından istifadə edib siyasəti qursunlar, məcbur
olub gedib xarici dövlətlərin qulluğunda dayanmasınlar?”,
- deyə Cəlaloğlu Nəsirliyə cavabında bildirir.
Birincisi, dövlət konstitusiya ilə nəzərdə
tutulmuş qaydada parlamentə düşmüş siyasi partiyaların
maliyyələşməsini həyata keçirir. Bütün dünya ölkələrində müvafiq
baryeri aşmayan və seçicisi olmayan siyasi partiyalar dövlətdən
maliyyə almırlar. Azərbaycan dövləti bir özü, bir portfeli olan
siyasi partiyaya niyə maliyyə ayırmalıdır?
İkincisi, müxalifət rəhbərlərinin həyat səviyyəsi
– sürücülər, cangüdənlər saxlamaları, mülkləri, sosial şəbəkələrdə
pulla saxladıqları dəstələr və s. bu maliyyələşmənin zərurətdən
doğmadığını nümayiş etdirir. Misal üçün, Cəlaloğlunun qardaşı
Qurban Məmmədovun 20 yerdə mülkinin olduğu deyilir, yaxud onun bu
gün “Youtube” kanalında yerləşdirdiyi videoları hazırlamaq üçün
istifadə etdiyi kompüter və texnikanın qiyməti 4 min ABŞ
dollarıdır. Və ya AXCP sədri heç bir yerdə işləmədən sürücü və
cangüdəninə aylıq maaş verir, istifadə etdiyi avtomobil son model
“Mazda CX9” avtomobilidir. Onun Şüvələn qəsəbəsində qiyməti 800 min
manat olan villası və metronun “28 may” stansiyasının
yaxınlığındakı yeni tikililərin birinin 8-ci mərtəbəsində 3
mənzilinin olduğu deyilir. Londonda təhsil alan övladının illik
təhsil haqqı 25 min dollardır. Bunlar ictimaiyyətə məlum olan
faktlardır. Digər siyasi partiya rəhbərləri də işləmədən heç də adi
vətəndaş kimi yaşamırlar. Bu zərurətdir, yoxsa...
Cəlaloğlu əslində bu fikirləri ilə gözəl bir etiraf etmiş oldu:
müxalifətin xaricdən maliyyələşməsi heç də siyasi fəaliyyət aparmaq
zərurətindən yox, lüks həyatın davam etdirilməsi zərurətindən doğan
həqiqətdir. Ortada bir zərurət var, amma baxır söhbət hansı
zərurətdən gedir...
Publika.az
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi