Ermənistandakı inqilabın pərdəarxası - Sarkisyanın əli və...
Bizi izləyin

Nida Təhlil

Ermənistandakı inqilabın pərdəarxası - Sarkisyanın əli və...

"Rusiya Ermənistanda baş verən inqilabda Serj Sarkisyanın barmağının olmasından şübhələnir. Ermənsitan mətbuatı yazır ki, keçmiş hakimiyyət Rusiyanı Paşinyanın hakimiyyətə gəlişinə kömək etmədiklərinə inandırmağa çalışır. Lakin Moskva buna inanmır. Bu yaxınlarda erməni xadimlərdən biri bizə onun da iştirak etdiyi görüşdə Putinin Sarkisyana narazılığını bildirdiyini söyləyib".

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirir ki, bu ehtimal yüksək dəyərləndirilə bilər:

“Ermənistanın siyasi mətbəxi elə bir bərbad vəziyyətdədir ki, orada sağ əlin sol əldən, sol gözün sağ gözdən xəbəri yoxdur. Ona görə də orada hər şey ola bilər. Faktiki olaraq, Nikol Paşinyanın hakimiyyətə gəlməsində Serj Sarkisyanın əli olubsa da, bu, ondan xəbər verir ki, ölkənin daxili sistemində, siyasi elitasında böyük hərc-mərclik var. Bu durumda orada qanunauyğunluq axtarmaq, hansısa hərəkətin arxasında sağlam addım görmək istəyi əbəsdir. Çünki hakimiyyəti devirmək, orada təxribatlar yolu ilə elə bir şərait yaratmaq ki, kiminsə korporativ maraqları təmin olunsun, rəqiblər zərərsizləşdirilsin və s. bu kimi şeylərə hər zaman yol verilir. Ola bilər ki, dövlət çevrilişində Sərkisyanın əli olsun. Lakin inanmıram ki, Rusiya bundan xəbərsizdir. Çünki Rusiyanın Ermənistanda bütün rıçaqları fəaliyyətdədir. O cümlədən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətləri. Ola bilsin ki, oradan məxfi plan istənilib. Paşinyanla görüşündə Sarkisyan açıq-aşkar bildirdi ki, seçkilərdə 4-5 faiz səs toplayan bir partiyanın rəhbərinin qalmasının yeri yoxdur. Bundan sonra gözlənilməz şəkildə hakimiyyəti əldən verdi. Ola bilsin ki, burada da razılaşdırılmış bir ssenari olub. İndiki vəziyyəti nəzərdən keçirəndə görürük ki, Ermənistanda fəaliyyət göstərən strukturların, daxili qüvvələrin iştirakı ilə çevriliş edilsə də bu, konfiqurasiyada özünü doğrultmalı idi. Biz artıq müşahidə etdik ki, 9 ay ərzində dəyişiklik irəliyə yox, geriyə doğrudur. Heç bir sahə ilə əlaqədar ürəkaçan, pozitiv dəyişiklik yoxdur. Bu baxımdan, Ermənistan reallığı üçün bu iddia təbii bir haldır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm