İrəvan QORXU İÇİNDƏ, 2 gün sonra ORDUMUZ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvan QORXU İÇİNDƏ, 2 gün sonra ORDUMUZ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan genişmiqyaslı hərbi təlimlər keçirəcək. Azərbaycan Pakistandan ən müasir qırıcılar alır. NATO ittifaqın sərhədlərində Rusiyaya cavab hazırlayır. ABŞ öz ordusunda Rusiya və Çinin artan potensialına görə islahatlar aparmaq istəyir. Rusiya və Türkiyə Qara dənizdə birgə hərbi təlimlər keçirib. Şimali Koreya lideri “Shoae” raket poliqonunu sökmək və beynəlxalq inspektorları ora buraxmaqla bağlı söz verib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 11-dən 15-dək müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək. təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək.

Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.

Azərbaycan Pakistanla “THUNDER JF-17 Block 2” qırıcılarının alınması və çatdırılması haqqında müqavilə imzalayıb. Bu haqda “news.am” saytına danışan erməni hərbi eksperti Van Ambartsumyan iddia edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarusun Azərbaycana “KB Radar” şirkətinin istehsalı olan “Qroza-S" radioelektron mübarizəsi üzrə ən yeni kompleksini satması ermənilərdə böyük qorxu yaratdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya və Türkiyə Qara dənizdə birgə hərbi təlimlər keçirib. Bu haqda Rusiyanın Qara dəniz donanmasının rəsmisi Aleksey Rulev bildirib.

Hərbçilər Qara dəniz sularında əməkdaşlıq üzərində çalışıblar və gəmilərin potensial partlayış təhlükəsi zonasından çıxarılması vəzifəsini yerinə yetiriblər.

Qeyd edək ki, türk dənizçiləri 6-8 mart tarixlərində keçirilən “Mavi Vətən-2019” milli təlimləri çərçivəsində Rusiyanın Novorossiysk limanında olublar.

NATO ittifaqın sərhədlərində nüvə yükünü daşıya bilən mobil raketlərin yerləşdirilməsinə görə Rusiyaya cavab hazırlayır.Bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Mən deyə bilərəm ki, NATO-nun uyğunlaşdırılmış cavabı olacaq”, - Stoltenberq deyib.

O, Moskvanı növbəti dəfə Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin pozulmasında ittiham edib və onu müqaviləyə riayət edilməsinə qayıtmağa çağırıb.

ABŞ öz ordusunda Rusiya və Çinin artan potensialına görə islahatlar aparmaq istəyir. Bunu ABŞ Döyüş Bacarıqlarını Təkmilləşdirmə Mərkəzinin direktoru general-leytenant Erik Uesli deyib.

“15 il ərzində ordumuz əsasən terrorçulara qarşı döyüşüb. Ciddi rəqiblərlə mübarizə daha çətin strukturlu ordu və döyüş taktikası tələb edir. Genişmiqyaslı döyüş fəaliyyətləri üçün diviziyalar, korpuslar yaradılmalıdır. Ona görə də növbəti illərdə ABŞ ordusunun çoxsferalı əməliyyatlar doktrinası əsasında təkmilləşdirilməsinə ehtiyac yarancaq”, - o bildirib.

ABŞ Arktikadakı hərbi mövcudluğunu gücləndirmək və Moskvanın regiona təsirini zəiflətmək üçün geniş tədbirlər görməyə hazırlaşır. Bunu “Zvezda” televiziyasına müsahibəsində rusiyalı hərbi ekspert Andrey Koşkin deyib. Onun sözlərinə görə, ABŞ Arktika uğrunda aparılan yarışda Rusiyaya uduzduğunu anlayır:

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya Prezidenti Mun Çje İnə “Shoae” raket poliqonunu sökmək və beynəlxalq inspektorları ora buraxmaqla bağlı söz verib. Bu barədə ABŞ Dövlət Departamentinin yüksəkçinli rəsmisi məlumat yayıb.

Məlumata görə, poliqonun sökülməsi və beynəlxalq inspeksiyanın ora buraxılması barədə razılıq Pxenyan sammiti zamanı əldə olunub.

Koreya yarımadasının denuklearizasiyası Donald Trampın prezidentliyinin birinci dövrünün sonuna kimi başa çata biər. Bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsi TASS agentliyinə bildirib.

Onun sözlərinə görə, Vaşinqton administrasiyasında planlarına nail olmaq üçün kifayət qədər vaxt var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm