• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

Paşinyana BÖYÜK ZƏRBƏ: Bakının siyasi qələbəsi və... - AÇIQLAMA

Paşinyana BÖYÜK ZƏRBƏ: Bakının siyasi qələbəsi və... - AÇIQLAMA

ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll formatının dəyişdirilməsi iddiası ilə bağlı bəyanat verib. Həmsədrlər bildiriblər ki, danışıqların formatı dəyişdirilə bilməz. Danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Həmsədrlər danışıqların təməli kimi “Helsinki Yekun Aktı”na istinad edirlər. “Helsinki Yekun Aktı”na görə isə öz müqəddəratını təyin etmək ərazi bütövlüyünə zidd ola bilməz.

Siyasi şərhçi, sabiq diplomat Fikrət Sadıxov Publika.az-a həmsədrlərin bəyanatını şərh edib.

Politoloq bildirib ki, bu bəyanat Azərbaycanın maraqlarına tamamilə uyğundur:

“Minsk qrupu həmsədrlərinin bəyanatı birmənalı olaraq Ermənistana yönəlib. Çünki İrəvan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ separatçıları münaqişənin həllinə dair danışıqlara qoşulmalıdır. Minsk qrupu isə bu bəyanatla cavab verdi ki, bu mümkünsüzdür. Bəyanatla hər şey öz yerinə oturdu. Belə ki, danışıqlar Helsinki yekun aktına əsaslanmalı, danışıqlar həmin formatda davam etdirilməlidir. Format dəyişilməz olaraq qalacaq və heç bir tərəf burada iştirak hüququ qazana bilməz. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağı üçüncü tərəf kimi təqdim etməsi cəfəngiyyatlarına Minsk qrupu səviyyəsində son qoyuldu. Mən əminəm ki, Ermənistan bundan sonra davranışları üzərində düşünəcək. Hansı vasitələrdən istifadə edəcəyini müəyyənləşdirməli və danışıqlarda iştirak etmək üçün Azərbaycana hansı güzəştlərə getməli olduğuna qərar verməlidir. Minsk qrupu həmsədrlərinin son bəyanatı Azərbaycanın maraqlarına tam cavab verir. Çünki biz bunu əvvəldən də demişdik ki, heç zaman danışıqlarda üçüncü tərəfin iştirakına icazə verməyəcəyik”.

Politoloq bildirir ki, İrəvan danışıqlara məhkumdur:

“Onlar özlərini çox sevir və Ermənistanı demokratik dövlət kimi qələmə verirlər. Ermənistanın baş naziri Rusiyaya, İrana, Avropaya səfərlər edir. Gurultulu bəyanatlar verir. Əgər İrəvan özünü həqiqətən də bu səviyyədə hiss edirsə, ən azından, danışıqlarda iştirak etməlidir. İşğalçı tərəf Ermənistandır və bundan qaçmaq mümkün deyil. Paşinyan çalışırdı ki, danışıqları uzatsın. Lakin aparıcı dövlətlər bu cəhdlərə son qoydu. İndi Paşinyan yeni problem əmələ gətirsə də, gec-tez masaya oturmağa məcbur olacaq. Biz isə danışıqları danışıq xatirinə aparmamalıyıq. Konkret mövzu olmalıdır. Konkret gündəlik ətrafında müzakirələr getməlidir”.

Zümrüd

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR