Qarabağda böyük təxribat və... - Paşinyanın YENİ PLANI
Bizi izləyin

Nida Təhlil

Qarabağda böyük təxribat və... - Paşinyanın YENİ PLANI

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatından sonra yeni plan üzərində fikirləşir. Bu haqda Ermənistanın mətbuatı informasiya yayıb. İddia olunur ki, Paşinyan yeni plan üzərində düşünməyə başlayıb. O, çox xoş olmayan proseslərin perspektivi halında növbəti “günah keçisi”ni axtarmağa başlayacaq və məsuliyyəti xarici siyasətə görə cavabdeh şəxs kimi Zoqrab Mnatsakanyanın üzərinə qoyacaq. Bu halda, o sadəcə bir tərəfdən vaxt udmaq, digər tərəfdən günahın bütün yükünü Zoqrab Mnatsakanyanın üzərinə qoymaq üçün onu əvəzləyəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirli bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan həmişəki kimi ziddiyyətli bəyanatlarla çıxış edir.

Onun sözlərinə görə, hakimiyyətə gələr-gəlməz Paşinyan söyləmişdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışa bilməz. Danışıqların tərəfi kimi Dağlıq Qarabağ rəhbərliyi özü qondarma respublikanı təmsil etməlidir:

“Sonralar isə gördü ki, Azərbaycan dövləti və onun başçısı bu məsələ prinsipial mövqeyini dəyişdirmir. Danışıqlar prosesində yalnız və yalnız Azərbaycanla Ermənistan tərəfi iştirak etməlidir. Dağlıq Qarabağ rəhərliyi bu məsələdə tərəf kimi çıxış edə bilməz. Daha sonra isə biz şahid olduq ki, Paşinyan qeyri-rəsmi şəkildə Düşənbədə, Sankt-Peterburqda və Davosda Azərbaycan prezidenti ilə görüşdü. Bundan başqa, xarici işlər nazirlərinin arasında dörd dəfə müzakirələr aparıldı. Faktiki olaraq Paşinyanın hakimiyyətdə olduğu 10 ay ərzində yeddi dəfə Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüş baş tutdu. Rəsmi olmasa da bu görüşlərin sayı onu göstərir ki, danışıqlardakı tərəflər dəyişilməz qalır və bu, belə də olacaq. Buna baxmayaraq, Paşinyan yenidən absurd iddialarını aktivləşdirib ki, Dağlıq Qarabağ danışıqlar prosesinə qatılmalıdır. Hətta bir az da irəli gedərək bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında ilk ali səviyyəli rəsmi görüşdə Dağlıq Qarabağın tərəf kimi çıxış etməsi və həll formatının dəyişdirilməsi məsələsini müzakirə edəcək. Fikir verirsinizsə, Paşinyan elə məsələlərdən bəhs edir ki, o məsələlər ucbatından danışıqlar, ümumiyyətlə baş tutmaya bilər. Bu baxımdan, hesab edirəm ki, Paşinyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatından sonra müzakirə ilə bağlı problemlərin məsuliyyətini Ermənistanın xarici işlər nazirinin üzərinə atması diqqətçəkən məsələ deyil. Əsas məsələ odur ki, bu gün məlum olub ki, Ermənistan Milli Təhlükəsizlik Şurası Dağlıq Qarabağda – işğal altındakı Azərbaycan torpaqlarında öz fövqəladə toplantısını keçirir. Paşinyan da orada iştirak edəcək. Azərbaycanla Ermənistanın yüksək səviyyəli danışıqlarına hazırlıq getdiyi bir zamanda, həmsədrlərin yekun bəyanat verdiyi məqamda TŞ-nın Qarabağda toplantısı keçirilir və Paşinyan orada iştirak edir. Bu nə deməkdir? Bu, danışıqlar prosesinə arxadan zərbə vurmaq deməkdir. Təxribat xarakterli addımdır.

İndiki vəziyyətdə Ermənistan rəhbərliyinin bütün addımları ona hesablanıb ki, danışıqları pozsun. Bunun alınmayacağı təqdirində isə müzakirələrdə həll formatının dəyişdirilməsini gündəmə gətirib müzakirələrin nəticələrini bəri başdan sıfıra endirsin.

Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Milli Təhlükəsizlik Şurasının bugünkü toplantısına qanuna zidd və təxribatçı addımına siyasi qiymət verməlidir. Göstərilməlidir ki, belə addımlar sülhə deyil, münaqişənin gərginləşməsinə və müharibənin başlanmasına yaşıl işıq yandıra bilər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm