Nida Təhlil
Arif Hacılının “Cəhənnəm Bəkçisi” - Müsavat başqanı “tərəfdarlarını” necə aldadır?
Müsavat Partiyasının başqanı Arif Hacılının “Facebook”
sosial şəbəkəsində saxta adla istifadə etdiyi ortaya çıxıb.
İsveçrənin Bern şəhərində yaşayan azərbaycanlı Laçın Məmişov
Müsavat başqanının hazırda sosial şəbəkədə istifadə etdiyi
səhifənin saxta olduğunu faktla sübut edib.
Ən maraqlısı isə Arif Hacılının istifadə etdiyi səhifənin əvvəllər
“UA Cehennem Bekcileri” adını daşımasıdır. Bu səhifə 2012-ci ilin
21 yanvar tarixində açılıb, 2016-cı ildə adı “Arif Hacili” olaraq
dəyişdirilib, 10 avqustda isə qrammatik səhvlərə düzəliş edilərək,
“Arif Hacılı” qoyulub.
Məmişov yazır: “Paylaşın, başqanınızı tanıyın. Görürsünüz
ki, adını düzgün qoymuşam. “Adam” sözün əsl mənasında “Barıqadır”
(satılmış). Hətta bunun işlətdiyi “Facebook” səhifəsi də saxtadır.
Demək, bu “Barıqa” əvvəl, yəni 4 il “Cəhənnəm Bəkçisi” səhifəsindən
gic-gic şeylər paylaşıb, izləyici yığır, sonra olur “başqan”.
Başqan seçkilərində “Topaz” kimi səsvermə keçirən, mühacir alveri
edən “Barıqa Arif”in daha bir adını da tanıyın: “Cəhənnəm
Bəkçisi”.
Məmişov Müsavatın Avropa Koordinasiya Mərkəzini (AKM) “süpürgə
kooperativi” adlandırıb. Qeyd edib ki, Arif Hacılını yeri
cəhənnəmdir və özü ilə çox “yoldaşları” aparacaq, həmçinin,
Avropada AKM adı ilə tanınan “süpürgə kooperativi” də.
Sonda Məmişov Arif Hacılıya xitabən “sən nə üzlə camaat
üzünə çıxırsan” deyib.
Bu xitabdan çıxış edərək, Müsavat başqanının bu fakt qarşısında
doğrudan da nə deyəcəyi və bundan sonra “siyasi mübarizə” haqqında
necə danışacağı maraqlıdır. Çünki bu fakt Azərbaycan müxalifətinin
hazırda mövcud olan kiçik elektoratının da əslində “hava şarından”
və onların “arxamızca on minlər gəlir” dediklərinin sosial
şəbəkələrdə “texniki hiylə” ilə topladıqları virtual şəxslərdən
ibarət olduğunu təsdiqləyir.
Arif Hacılının sosial şəbəkə hiyləsini anlamaq üçün müxalifətin
virtual aləmə transferi dövrünə ekskursiya etmək lazımdır. 2005-ci
ildən sonra müxalifətdə siyasi partiyaların son qalıqları olan
rayon təşkilatları da “domino effekti” ilə dağıldı. Buna səbəb
2003-cü il hadisələri və bu hadisələrdən sonra müxalifət
liderlərinin tərəfdarlarını şəxsi ambisiyalarına qurban verməsi
idi. Bu hadisələrə paralel olaraq, Azərbaycanda sosial şəbəkələrin
populyarlıq qazanması prosesi müşahidə olunurdu və müxalifət çıxış
yolu kimi virtual aləmə keçidi seçdi. Misal üçün, AXCP sədri Əli
Kərimlinin ətrafındakı şəxslərin hər biri partiya rəhbərliyinin
tapşırığı ilə yüzlərlə “fake profil” yaratdılar və Əli Kərimlinin
paylaşımlarının altında bu saxta profillərlə “bəy tərifinin”
edilməsi təcrübəsi də həmin dövrdən başlandı. Hətta müxalifət
nümayəndələri dəfələrlə bildiriblər ki, bu gün məşhurlaşan “trol”
kəlməsini Azərbaycana ilk dəfə AXCP sədri gətirib. Ə.Kərimli “trol
siyasəti” ilə təkcə özünü “bəy tərifi” etdirmir, həm də iqtidar və
müxalifətdəki digər siyasi partiyalardan onu tənqid edənlərə qarşı
“total hücum” təşkil edirdi. Bu hücumlar bu gün də daha
genişləndirilmiş formada davam edir. AXCP-nin sosial şəbəkələrdə
“trol siyasəti” digər siyasi partiyaları “müxalifətdə liderlik”
yarışında geridə qoyurdu və onlar, xüsusilə tarix boyu cəbhəçilərlə
“mehriban düşmən” olan Müsavat analoji siyasətə üz tutdu. Müsavat
bu prosesə bir qədər gec başladığı üçün hələ də AXCP-yə çatmayıb,
lakin müəyyən baza formalaşdıra biliblər.
4 il “Cəhənnəm Bəkçisi” olandan sonra “Arif Hacılı” olan Müsavat
başqanının bu addımı virtual müxalifətçilik fonunda aydınlaşır.
Çünki Müsavat başqanı öz adı ilə səhifə yaratsaydı, maksimum öz
ətrafı və parçalanmış Müsavatdan ona qalanlar dəstək olacaqdı.
Lakin “Cəhənnəm Bəkçisi” kimi kütlənin diqqətini cəlb edən adın
seçilməsi və orada siyasətdən başqa hər şeyin paylaşılması ilə
auditoriyanın toplanması gedişi 4 il sonra Müsavat başqanının
virtual aləmdə “böyük kütlə ilə meydana çıxması”nı təmin etməyə
hesablanıb. Arif Hacılı buna nail oldumu? Bu sualın cavabı
birmənalı deyil, çünki de-fakto “Arif Hacılı” adlı səhifənin
“izləyiciləri” bu sualın cavabını “bəli” olduğunu göstərir, lakin
yenə de-fakto olaraq bu saxtadır. Burada əsas sual “Müsavat
başqanının bununla kimi aldatmasıdır”. Özünümü, müsavatçılarımı,
müxalifət cameəsinimi, yoxsa xalqı? Burada Laçın Məmişovun Arif
Hacılını ifşa etməsi ilə bağlı paylaşımına rəy bildirən Samir
Hüseynzadə adlı istifadəçinin sözləri diqqət çəkir.
Publika.az
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO