• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Paşinyandan SENSASİON PLAN, kəşfiyyatdan MÜHARİBƏ XƏBƏRDARLIĞI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Paşinyandan SENSASİON PLAN, kəşfiyyatdan MÜHARİBƏ XƏBƏRDARLIĞI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatından sonra yeni plan üzərində fikirləşir. ABŞ-ın 2020-ci il büdcəsində bir sıra regionlarda Rusiya təsirinə qarşı mübarizə prioritet təşkil edir. “S-400” Rusiya zenit-raket kompleksi Türkiyə-Amerika ittifaqına son qoya bilər. Vaşinqton bu həftə Karakasdan özünün bütün diplomatlarını çıxaracaq. Rusiya Şimali Kuril adalarını Yaponiyaya verməyi planlaşdırmır.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Xankəndi şəhərində separatçı rejimlə birgə keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə açıqlamalar verib. Paşinyan Minsk qrupu həmsədrlərinin son bəyanatını şərh edib.

“Təhlükəsizlik Şurasının iclasının Xankəndində keçirilməsi simvolik olmaqla yanaşı, həm də konkret məna daşıyır. Bu o deməkdir ki, Ermənistan və “Artsax” (Dağlıq Qarabağda separatçı rejim - red) respublikalarının münasibəti keyfiyyətcə yeni mərhələyə daxil olur. Gələcəkdə bu mərhələyə hansı təzahürlər daxil ola biləcəyini bugünkü müzakirələr müəyyən edir”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən iclasda bildirib.

Paşinyan qeyd edib ki, onların seçkiöncəsi hədəflərindən biri Dağlıq Qarabağı danışıqların əsas tərəfi olması idi.

“Seçkinin nəticələrinə görə “Mənim addımım” bloku seçicilərdən güclü mandat aldı. Ermənistanın baş naziri və hökuməti olaraq, bu istiqamətdə ardıcıl addımlara təşəbbüs edəcəyik. Bu məsələ indi Azərbaycan Prezidenti İlham Əliyev və Minsk qrupunun həmsədrləri ilə müzakirələrin ən əhəmiyyətli bəndlərindən biri olaraq qalır. Bizim üçün danışıqlar prosesində Qarabağın iştirakı şıltaqlıq, yaxud şərt deyil, münaqişənin nizama salınmasında əsas mənadır”, - deyə erməni baş nazir absurd iddialarını Qarabağda da davam etdirib.

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Mins qrupunun həmsədrlərinin son bəyanatından sonra yeni plan üzərində fikirləşir. Bu haqda Ermənistanın “Past” nəşri mənbələrinə istinadən yazıb.

Gürcüstan İqtisadiyyat Nazirliyi ilə “Qazprom” şirkəti arasında Ermənistana Gürcüstan ərazisindən qaz tranziti üzrə yeni razılaşma ilə bağlı danışıqlar başa çatıb. Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Mamuka Baxtadze deyib.

“S-400” Rusiya zenit-raket kompleksi Türkiyə-Amerika ittifaqına son qoya bilər. Bu haqda “War On The Rocks” nəşri yazıb.

ABŞ-ın 2020-ci il büdcəsində bir sıra regionlarda Rusiya təsirinə qarşı mübarizə prioritet təşkil edir. Bu haqda ABŞ Dövlət katibinin köməkçisi Con Sallivan deyib.

“Büdcədə qoyulan məsələyə görə, Rusiya təhlükəsi yalnız hərbi təhdid ilə məhdudlaşmır, eyni zamanda Amerikanın ürəyində, Qərbdə təsir qüvvəsinə malikdir”, - deyə Sallivan bildirib.

O qeyd edib ki, bu büdcədə Rusiyanın Avropa, Avrasiya və Mərkəzi Asiyada təcavüzkar siyasətinə qarşı mübarizə aparılması üçün vəsait nəzərdə tutulub.

Rusiya regional konfliktlərdə heç vaxt nüvə silahı tətbiq etməyəcək. Bunu Karnegi Fondunda çıxışı zamanı Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. O, Rusiyanın nüvə silahından yalnız ölkəyə təhdid olacağı halda istifadə edəcəyini bildirib:

“Rusiyanın nüvə zərbəsini ilk endirməklə bağlı heç bir konsepsiyası yoxdur. Rusiyanın hərbi doktrinasında nüvə silahının hansı şəraitdə tətbiqinə dair dəqiq şərt var. Bu şərtlərdən birincisi Rusiya hücumdur, ikincisi isə ölkənin varlığına təhdid yaranmasıdır”.

2019-cu ildə Rusiya Avropa Parlamentinə seçkiləri qarışdırmağa çalışacaq və NATO ilə potensial silahlı konfliktə hazırlığı davam etdirəcək.

Mərkəzi Asiyada Çinin iqtisadi inkişafı, Hindistan-Pakistan münaqişəsinin aktivləşməsi və hətta Şimali Koreyanın beynəlxalq mövqelərinin möhkəmlənməsi mümkün görünən III Dünya müharibəsinin siqnalıdır. Bu haqda siyasi analitik Andrey Buzarov “Apostrof” nəşrinə söyləyib.

##272431##

Rusiya Şimali Kuril adalarını Yaponiyaya verməyi planlaşdırmır. Bu barədə RBK nəşri Kremldəki mənbəyə istinadən informasiya yayıb.

Rusiya XİN-də olan mənbə isə ölkənin diplomatik səbəblərə görə Yaponiyaya birbaşa şəkildə mübahisəli ərazilər məsələsində “yox” demədiyini bildirib.

O, həmçinin rəsmi Tokionun Rusiyanın ərazilərin verilməsi üçün qoyduğu tələbləri yerinə yetirə bilməyəcəyini qeyd edib.

Vaşinqton bu həftə Karakasdan özünün bütün diplomatlarını çıxaracaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, Venesuelada ABŞ diplomatlarının mövcudluğunun ABŞ-ın bu ölkə ilə bağlı siyasətini məhdudlaşdırdığını bildirib.

Qeyd edək ki, ABŞ yanvarın 24-dən Venesueladakı diplomatik nümayəndəliyindəki işçilərinin sayını minimuma endirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR