Türkiyə-İsrail arasında böyük gərginlik: alovlanan QARŞIDURMA VƏ... - AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Türkiyə-İsrail arasında böyük gərginlik: alovlanan QARŞIDURMA VƏ... - AÇIQLAMA

Türkiyə və İsrail arasında yenidən baş qaldıran siyasi gərginlik özü ilə birgə bir çox kritik sualları ağıllara gətirib. İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Türkiyənin diktatoru” adlandırması, Ərdoğanın baş nazirə sərt ifadələrlə cavab verməsi ölkələrarası diplomatik qarşıdurmaların yaranacağı durumunu istisna etmir.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, onsuz da, Türkiyə-İsrail münasibətləri tam uzlaşmış vəziyyətdə deyildi:

“Bilirsiniz ki, vaxtaşırı bu iki ölkə arasında müəyyən diplomatik krizislər baş verir. Son dəfə Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması hadisəsində də Türkiyə sərt mövqe sərgilədi. Buna görə də İsraillə arasındakı gərginlik yenidən alovlandı. Bu mənada, diplomatik krizis davamlı şəkildə gedir. Ölkə başçıları da, rəsmilər də hərmişə bir-birilərinin ünvanına sərt ifadələr işlədirlər. Amma bu, heç də o demək deyil ki, fərdlər və yaxud rəhbərlər arasında alovlanan qarşıdurmalar hansısa ciddi siyasi və hərbi münaqişəyə gətirib çıxara bilər. Vaxtaşırı belə fikirlər səsləndirilir. Lakin Türkiyə-İsrail münasibətləri hələ o pik həddə gəlib çatmayıb”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm