Nida Təhlil
Zurabişvili seçim etməlidir - Ya Azərbaycan, ya da...
“Gürcüstan prezidenti Salome Zurabişvilinin
Azərbaycandan sonra Ermənistana rəsmi səfər edəcəyi gözlənilən idi.
Səfərin birinci Azərbaycana edilməsi o demək idi ki, Gürcüstanın
bölgədəki əsas tərəfdaşı məhz Azərbaycandır. Salome Zurabişvilinin
prezident seçkisindən əvvəl ermənilərin yaşadığı bölgədə verdiyi
açıqlamalar Azərbaycanda narahatlıq yaratmışdı. Ancaq Zurabişvili
Bakıdakı açıqlamalarında Gürcüstanın Azərbaycanla strateji
tərəfdaşlığa sadiq qalacağını bildirdi”.
Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan
Şahinoğlu Gürcüstan prezidentinin Ermənistana səfərini şərh edərkən
deyib.
Onun sözlərinə görə, Salome Zurabişvili martın 13-də Ermənistana
səfərinə “erməni soyqırımı” abidəsinin ziyarəti ilə başladı: “O
“soyqırımı” muzeyində də oldu. Bu o demək idi ki, Zurabişvili 100
il əvvəl ermənilərin “soyqırımı” ilə üzləşməsinə inanır. Aydındır
ki, bu Azərbaycanda və Türkiyədə xoş qarşılana bilməz. Ermənistana
səfər edən rəsmilər heç də həmişə protokola görə “soyqırımı”
abidəsini ziyarət etmirlər. Bu o deməkdir ki, həmin rəsmilər
“soyqırımı” ilə bağlı erməni versiyasını qəbul etmirlər, Türkiyə və
Azərbaycanla münasibətlərdə suallar yaratmaq istəmirlər. Salome
Zurabişvili “soyqırımı” abidəsini ziyarət edirsə, demək bununla
əlaqədar olaraq Türkiyə və Azərbaycandakı narazılıq onu narahat
etmir. Salome Zurabişvili İrəvanda əvvəlcə Ermənistanın baş naziri
Nikol Paşinyanla görüşdü. Başabaş görüşdən sonra heyətlərarası
görüş oldu. Paşinyan onu xatırlatdı ki, o baş nazir vəzifəsində ilk
səfərini Gürcüstana edib. Başqa cür ola da bilməz. Ermənistan
Gürcüstandan asılıdır. Rusiya ilə Ermənistan arasında idxal-ixrac
əməliyyatları və qaz nəqli tamamən Gürcüstan üzərindən həyata
keçirilir. Gürcüstan Ermənistan üçün vacib nəfəslikdir. Gürcüstanla
Rusiya arasında diplomatik münasibətlərin bərpa olunmamasına
baxmayaraq, Tbilisi Gürcüstan üzərindən Rusiya-Ermənistan
əməkdaşlığına mane olmur. Paşinyan Zurabişvili ilə görüşdə belə bir
ifadə işlətdi: “Ermənistanla Gürcüstan arasındakı münasibətlər
ortaq strateji maraqlar üzərində qurulmalıdır”. Bu bir istəkdir.
Məsələ burasındadır ki, prinsipial məsələlərdə iki ölkənin üst-üstə
düşən strateji maraqları yoxdur. Rusiya Ermənistanın strateji
müttəfiqi olduğu halda Gürcüstanla münasibətləri dondurulmuş
haldadır. Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini
işğal altında saxlayır. Gürcüstan üçün əsas ərazi bütövlüyü
prinsipidirsə, Ermənistan üçün “xalqların öz müqəddəratını
təyinetmə hüququ” başlıcadır. Gürcüstan NATO üzvlüyünə çalışır,
Ermənistan isə əks hərbi blokda Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatında yer alıb. Ona görə də Paşinyanın Gürcüstanla “strateji
maraqlar” haqqındakı ideyası reallığa söykənmir. Salome Zurabişvili
İrəvandakı çıxışında dedi ki, Gürcüstanda yaşayan ermənilərin və
azərbaycanlıların sülh şəraitində yaşamalarını istəyir. Zurabişvili
bu sözləri ilə ona işarə edir ki, son günlərdə Gürcüstanda
ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə gərginlik var.
Bunun da səbəbkarı Xocalı soyqırımında iştirak edən terrorçuya
abidənin qoyulması, Tbilisinin buna seyrçi qalması,
azərbaycanlıların isə haqlı etiraz etmələridir. Zurabişvili ona da
aydın başa düşür ki, Azərbaycanla Ermənistan arasında müharibə
başlasa Gürcüstan bu prosesdən kənarda qala bilməyəcək, bu ölkədə
yaşayan iki millət arasında da qarşıdurmalar olacaq. Ermənistan
prezidenti Armen Sərkisyan Salome Zurabilvili ilə görüşdə bölgədəki
münaqişələrin fərqli olduğuna işarə edərək belə bir cümlə işlətdi:
“Münaqişələr danışıqlar yolu ilə həll olunmalı, Qarabağ
münaqişəsində isə xalqların özmüqəddəratının təyinetmə hüququ ön
planda olmalıdır”. Sarkisyan “münaqişələr fərqlidir” açıqlamasıyla
sanki Abxaziya, Cənubi Osetiya münaqişəsini Dağlıq Qarabağ
münaqişəsindən ayırmaq istəyir. Yəni bir növü İrəvan Gürcüstan
nümunəsində Abxaziya və Cənubi Osetiyanı sözdə Gürcüstanın tərkib
hissəsi kimi tanıyarkən, Dağlıq Qarabağ nümunəsində də fərqli
yanaşma ortaya qoyur. Təəssüf ki, Salome Zurabişvili İrəvandakı
açıqlamalarında bölgədəki bütün münaqişələrin ərazi bütövlüyü
prinsipi əsasında həlli vacibliyini vurğulamadı, Azərbaycanda bir
söz, Ermənistanda fərqli söz dedi”.
Politoloq qeyd edib ki, Salome Zurabişvilinin Ermənistan
prezidentini Batumi konfransına dəvət etməsi də sual doğurdu.
“Çünki, birincisi Batumi konfransında əsas mövzu nəqliyyat xətləri
olacaq. Bölgədəki nəqliyyat xətlərinin mütləq əksəriyyəti
Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçir. Azərbaycan haqlı
olaraq Ermənistanı bütün bu layihələrdən təcrid edib. Bu baxımdan
Ermənistan prezidenti Batumidə nəyi müzakirə edəcək ki? İkincisi
Salome Zurabilvişi Batumi konfransına Azərbaycan prezidenti İlham
Əliyevi də dəvət edib. İlham Əliyev gürcü həmkarına təklif edib ki,
iki ölkənin birgə nümayəndələri Çində də təqdimat keçirsinlər. Bu
onu göstərir ki, İlham Əliyev Çinin də Azərbaycan və Gürcüstanın
iştirak etdiyi nəqliyyat dəhlizinə qoşulmasını istəyir. Ancaq əgər
Batumi konfransına Ermənistan prezidenti gələcəksə Azərbaycan
prezidentinin iştirakı sual altına olacaq. Çünki Azərbaycan
Ermənistanla eyni regional layihələrdə iştirak etmir. Odur ki,
Salome Zurabişvili seçim etməlidir”, - deyə o bildirib.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO