FHN Akademiyasında “Nəsimi 650” müsabiqəsi - FOTO
Bizi izləyin

Nida Təhlil

FHN Akademiyasında “Nəsimi 650” müsabiqəsi - FOTO

15 mart 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Nəsimi 650” bədii qiraət müsabiqəsi keçirilib.

Publika.az-a FHN-dən verilən məlumata görə, tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev tədbirin əhəmiyyətindən ətraflı bəhs edib. Qeyd edib ki, şəxsi heyət və kursantların asudə vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafı məqsədilə “Nəsimi 650” bədii qiraət müsabiqəsinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Sonra müsabiqəyə start verilib. Müsabiqədə iştirak edən 9 kursant böyük Azərbaycan şairi İmadəddin Nəsimin şeir və qəzəllərindən ibarət kompozisiyalar təqdim ediblər.

Sonda ilk 3 yerin qalibi münasiflər heyəti tərəfindən mükafatlandırlıb, onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.

2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm