Bu Prezidentimizin növbəti humanist addımıdır - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Bu Prezidentimizin növbəti humanist addımıdır - DEPUTAT

“Novuz bayramı ilə əlaqədar imzalanan builki əfv sərəncamı Prezident İlham Əliyevin hakimiyyəti dövründə qol çəkdiyi 35-ci əfv sərəncamıdır. Bu günə qədər bu sərəncamlardan 4000-ə yaxın insan yararlanıb və azadlığa buraxılıb”.

Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Milət vəkili bildirib ki, əfv olunanların əhatəsindəki insanları da nəzərə alsaq, bu, minlərlə insanın, ailənin sevincinə səbəb olmaq deməkdir:

“Bu da prezidentin sosial humansit siyasətinin daha bir isbatıdır. Bu addım ölkə rəhbərinin humanizminin, humanist siyasətinin növbəti göstəricisidir. Əfv sərəncamı ölkə başçısının hər bir azərbaycanlının probleminə necə diqqətlə yanaşdığını göstərir. Yüzlərlə insanın vaxtından əvvəl azadlığa buraxılması onlara verilən yeni bir şansdır. Bu, onlara öz səhvlərindən nəticə çıxarmaq üçün həm də unikal imkan yaradır. Ümumiyyətlə, xalqımız üçün əziz, müqəddəs olan bayramlar ərəfəsində belə sərəncamların verilməsi dövlətçiliyimizin gözəl atributuna çevrilib”.

Millət vəkili adları hüquq müdafiəçilərinin siyahısında olan məhbusların da azadlığa buraxılmasına diqqət çəkib:

“Azərbaycanda siyasi məhbus yoxdur. Dövlət heç kimin siyasi əqidəsinə görə onu həbs etməyib. Burada yalnız adları hüquq müdafiəçilərinin siyahısına salınan şəxslər var ki, onlar da artıq əfv sərəncamından yararlanıblar. Mən bu gün şəxsən əfv mərasimində iştirak etdim və azadlığa buraxılan şəxslərin bəzilərinə prezidentin sərəncamındakı çıxarışları öz əllərimlə təqdim etdim”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm