Millət vəkili: "İlham Əliyev dünya bazarına böyük töhfə verir"
Bizi izləyin

Nida Təhlil

Millət vəkili: "İlham Əliyev dünya bazarına böyük töhfə verir"

Prezident İlham Əliyev 2016-cı ildə Davos İqtisadi Forumunda çıxışı zamanı neft istehsal edən ölkələrin “OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bu format OPEK-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını və enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini nəzərdə tutur. Həmin dövrdə cənab İlham Əliyev neftin qiymətinin stabilləşdirilməsi və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdü.

Hazırda Bakıda OPEK+ formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında Prezident İlham Əliyevin böyük xidməti vardır.

Mövzuya dair fikirlərini Publika.az-la bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da İlham Əliyevin neft və təbii qaz resursları ilə bağlı atdığı addımları yüksək qiymətləndirib:

“İlham Əliyev Azərbaycanın neft və təbii qaz resurslarının dünya bazarına çıxarılması, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rol oynaması ilə bağlı çox mühüm addımları var. Bunun arxasında siyasi iradə və qətiyyət dayanır. TAP və TANAP kimi regionmiqyaslı layihələr bir zamanlar çox uzaq görünürdü. Lakin bu layihələr hazırda reallaşmaq üzrədir. Eyni zamanda, neft resurlarından düzgün istifadə olunmasəı, dünya bazarında real dəyərinə uyğun qiymətinin tənzimlənməsi istiqamətində atılan addımlar da çox uğurlu alınıb. Bu layihələr Azərbaycanla yanaşı, neft ixrac və eləcə də, idxal edən ölkələrin də maraqları ilə üst-üstə düşür. Bu gün neftin qiymətinin siyasi və geosiyasi amillərlə tənzimlənməsi, ona təsiri olması məsələlərinin həllini tapması prezidentin siyasi kursunun istiqamətlərinin önündə gedir. Prezident neft resurslarının öz iqtisadi dəyərini tapmasına diqqət yetirir. Onun digər siyasi ambisiyalar, təzyiq vasitələri ilə tənzimlənməsinin qarşısını alır”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm