Bu məsələ müzakirəyə qapalıdır - Politoloqdan Əliyev-Paşinyan görüşü barədə AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Bu məsələ müzakirəyə qapalıdır - Politoloqdan Əliyev-Paşinyan görüşü barədə AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Publika.az məlumat verir ki, bu, ölkə rəhbərləri arasında baş tutacaq ilk rəsmi görüş olacaq.

Bundan əvvəl liderlər Düşənbə, Davos və Sankt Peterburqda bir araya gəliblər və müzakirələr aparıblar.

İlk rəsmi görüşün keçirilməsi və nəticələri ilə bağlı fikirlərini bölüşən sabiq diplomat, siyasi şərhçi Fikrət Sadıqov bir neçə məqamı diqqət mərkəzinə çəkir:

“Əvvəla, bundan əvvəl bütün görüşlər ayaqüstü formada keçirilmişdi. Digər bir məqam ondan ibarətdir ki, Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli formatının dəyişdirilməsinə dair müxtəlif bəyanatları, şüarları puça çıxdı. Bunu həm Azərbaycan, həm beynəlxalq strukturlar, həm də Minsk qrupunun həmsədrləri aydın şəkildə izah etdi ki, bu məsələ müzakirəyə qapalıdır. Danışıqlarda iştirak edən iki tərəf var. Üçüncü tərəfin qoşulması qeyri-mümkündür. Düşünmürəm ki, ilk görüşdə hansısa qeyri-adi və radikal qərarlar qəbul edilsin. Digər bir reallıq ondan ibarətdir ki, Ermənistanın rəhbərliyi ölkənin siyasi dalana dirəndiyini başa düşür. Bu dalandan çıxmaq üçün ilk növbədə, Azərbaycanın torpaqlarını işğaldan azad etmək lazımdır. Belə bir fonda ilk rəsmi görüşün keçirilməsi Azərbaycanın mövqeyi baxımından müsbət amildir. Lakin hansısa qeyri-adi nəticələrin olacağını demək ilk görüş üçün hələ ki, tezdir.

Lakin bütün bunlara rəğmən, dövlət başçımız yenə də konkret prinsipial mövqeyimizi Paşinyanın diqqətinə çatdıracaq. O isə bir təcrübəsiz siyasətçi kimi eşitdiklərindən nəticə çıxarmalıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm