Paşinyandan Vyana məğlubiyyətini gizlətmək üçün ŞOK İDDİA
Bizi izləyin

Nida Təhlil

Paşinyandan Vyana məğlubiyyətini gizlətmək üçün ŞOK İDDİA

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə məğlub, yaxud qalib tərəf axtarmaq lazım deyil”.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Vyana görüşü haqqında “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

Paşinyan qeyd edib ki, münaqişənin nizama salınmasına nail olmaq istəyiriksə, danışıqların məntiqi belə olmalıdır.

“Bu, yeni yanaşmadır. Lakin çox qəribədir ki, nə vaxt çox saatlıq danışıqlar olur, kardinal müxalif bəyanatlar səslənir. Mən və Azərbaycan prezidenti, həmçinin, ATƏT-in Minsk qrupu görüşü müsbət qiymətləndirdik. Danışıqlar prosesində inqilab olmadı, lakin görüşü müsbət hesab edirəm. Mən təklif etdim ki, bu prosesdə qalib, yaxud məğlub axtarılmasın, lakin görüşdən sonra Azərbaycan tərəfinin səsləndirdiyi fikirlər bu məntiqdən kənara çıxır”, - deyə Paşinyan iddia edib.

Qeyd edək ki, Vyana görüşündə Ermənistan tərəfinin “format dəyişikliyi” tezisini sıradan çıxarılıb və Bakı bu görüşdən diplomatik qələbə ilə ayrılıb. Paşinyanı narahat edən də budur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm