Ermənistan bunu etməsə, on il sonra Azərbaycan... - Politoloq AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Ermənistan bunu etməsə, on il sonra Azərbaycan... - Politoloq AÇIQLADI

Ermənistanda Vyana görüşü ilə bağlı qapalı iclas keçirmək təklifi gündəmə gəlib. “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zohrabyan Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşündən sonra qeyri-müəyyən situasiyanın yarandığını bildirib. Millət vəkili buna görə Ermənistan parlamentinin qapalı iclasının çağırılması təklifi ilə çıxış edib. Zohrabyan təklif edib ki, qapalı iclasda Ermənistanın siyasi və hərbi rəhbərliyi, o cümlədən Qarabağ separatçıları iştirak etməlidir.

Məsələni Publika.az-a şərh edən siyasi şərhçi, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirir ki, Ermənistan özü aranı qarışdırıb, indi də özünü dinləmək istəyir:

“Sözsüz ki, iclas qapalıdırsa, orada müdafiə məsələləri, qarşı tərəfin - Azərbaycanın öz torpaqlarını azad etmək üçün səyləri, xüsusilə, bu kontekstdə Azərbaycan prezidentinin ötən gün bəzi hərbi hissələrdə olması, yeni hərbi hissənin açlışını etməsi müzakirə olunacaq. Bütünlükdə, hərbi ruhu yüksəldən ab-havanın ölkəmizdə hökm sürməsi ermənilərdə təşviş yaradıb. Ermənilər özlərini Vyanada yaxşı aparmadılar. Bu bəs deyilmiş ki, görüşdən sonra müxtəlif hədyanlar səsləndirməyə başladılar. Müdafiə nazirlərinin yeni torpaqlar istila etmək üçün “biz döyüşü yeni torpaqlar uğrunda aparırıq” açıqlaması, baş nazirlərinin isə “müdafiə naziri başqa cür açıqlama versəydi, mən onu vəzifəsindən kənarlaşdırardım” kimi siyasətçiyə yaraşmayan, qeyri-ciddi səviyyədə söhbətlər etməsi beynəlxalq sülhə cavabdeh olan təşkilatların diqqətini cəlb etməlidir. Nə zamana qədər işğalçıya, başqa ölkənin təbii sərvətlərini talan edənlərə, bir milyondan artıq insanı etnik təmizləməyə məruz qoyanlara cavab verilməyəcək? Burada sülh və beynəlxalq təhlükəsizlik məsələləri ilə məşğul olan BMT kimi təşkilatı xüsusilə vurğulamaq istəyirəm.

Ermənistan böyük qələtlər edir. Çox güman ki, kimlərsə onları ürəkləndirir və növbəti fitnələrə sövq edir. Azərbaycan tərəfi sözün həqiqi mənasında, təcavüzə məruz qalan bir ölkə kimi həm özünün müdafiə tədbirləri, həm də torpaqlarının azad edilməsi ilə bağlı məsələləri gündəmə gətirərkən, hərbçilər bu istiqamətdə səylərini gücləndirərkən Ermənistanda xaos baş qaldırır. İrəvanda xəstə ambisiyalara, fantaziyalara güc verirlər. Müxtəlif uydurmalar yayırlar. Qoy qapalı iclas da keçirsinlər. Tutaq ki, parlamentin qapalı iclasını təşkil etdilər. Nə deyəcəklər? Sərkisyan, onsuz da, elan edib ki, Ermənistanın əlində olan ən böyük kartı Rusiyanın verdiyi “İsgəndər M” raketləridir. Həmin raketlərlə Azərbaycanın bəzi strateji obyektlərini vurmaq olar. Qoy vurmaq istəsinlər. Azərbaycanın əlində də məhz həmin raketlərdən müdafiə sistemi var. Həmin raketləri yerindən qalxmadan belə zərərsizləşdirmək üçün Azərbaycanın əlində kifayət qədər hava hücumundan müdafiə sistemləri var.

Ermənilər o qədər qudurmuş, qanları qabaranda qulaqları kəsilməyə layiq millətdirlər ki, bir balaca özlərində təpər tapanda başlayırlar yeni macəralar axtarmağa. Başa düşmürlər ki, 3 milyonluq cırtdan bir xalq 50 milyonluq Azərbaycan xalqı ilə mübarizəyə qalxır. Onlar bu mübarizənin effektiv üsullarını tapmasa, 10 ildən sonra Yer üzərində 1 ədəd də erməni tapmaq mümkün olmaz. Ermənilər bu prosesin texniki, hərbi, texnoloji tərəflərini araşdırmaqdansa, sadə bir xalq həqiqətini qabaqlarına qoyub düşünsünlər ki, 50 milyonluq bir xalq papağını götürüb əlinə çomaq alsa, erməni xalqının axırına çıxacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm