• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

"İlham Əliyev son bir ildə böyük layihələr reallaşdırıb"

"İlham Əliyev son bir ildə böyük layihələr reallaşdırıb"

“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu Azərbaycan həqiqətlərinin, vətəndaşlarının, əhalisinin istəyinin və cənab prezidentin həyata keçirdiyi uğurlu siyasətinin əksidir”.

Bus sözləri Publika.az-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə deyib.

Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilməsinə münasibət bildirən baş redaktorun sözlərinə görə, sorğunun nəticələri Azərbaycanın ictimai fikrini özündə əks etdirir:

“Azərbaycanda görülmüş işlərə kənardan bir baxışdır. Ölkəmizdəki iqtisadi inkişafa, siyasi mühitə, xarici və daxili siyasətə bir baxışdır. Bütövlükdə, Prezident İlham Əliyevin son bir ildə gördüyü işlərin qısa xronologiyasını özündə əks etdirən sorğudur. Birmənalı şəkildə əhalinin mütləq əksəriyyəti prezident seçkilərinin keçiriləcəyi təqdirdə Əliyevi yenidən prezident görmək arzusunda olduqlarını dilə gətiriblər. Bu, əsaslanmış seçimdir. Düşünürəm ki, insanların həm də azad seçimidir. Görülmüş işlərə sadiqliyin, verilmiş sözlərə əməl etməyin nümunəsidir. 2003-cü ildən bu günə qədər Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları, regional layihələr və yüzlərlə qərarlar olub ki, Azərbaycanın uğurlu inkişaf faktorunu təsdiq edən amillər sırasında bunları göstərmək olar”.

Vüqar Rəhimzadə bildirir ki, son illər Azərbaycanda sosial islahatlar sahəsində kifayət qədər böyük və riskli, çevik addımlar atıldı:

“Əhalinin demək olar ki, bütün təbəqələrini özündə ehtiva edən təqaüdlərin, müavinətlərin artımı ilə bağlı addımlar xalqa diqqətin bariz nümunəsi oldu. Cənab prezidentin regionlara səfəri bu konktestdə xüsusi əhəmiyyət kəsb edir. Prezident bütün səfərlərində regionlarda yaşayan vətəndaşlarla təmasda olur, onların arzularını, problemlərini dinləyir, qarşıya çıxan pronlemlərin yerindəcə həll olunmasına dair göstərişlər verir. Hər regiona prezidentin ehtiyat fondundan vəsaitin ayrılması, yeni infrastruktura maliyyə ayrılması, yolların inşası, yeni layihələrin reallaşdırılması müasir Azərbaycanın qurulmasını şərtləndirən amillərdəndir. Düşünürəm ki, keçirilən rəy sorğusu Azərbaycan əhalisinin arzu və istəklərini əhatə edir. Bu sorğu, birmənalı şəkildə, dövlətin və dövlət başçsının uğurlu siyasətinə verilmiş qiymətdir. Prezident İlham Əliyev son bir ildə, doğrudan da, çevik, böyük layihələr reallaşdırıb ki, bu da Azərbaycan üçün sistemli uğurlu inkişaf deməkdir. Bu gün təməli qoyulan regional layihələr sabah üçün təməl rol oynayır”.

Qeyd edək ki,rəy sorğusunun nəticələrini aprelin 9-da “Opinion Way” şirkətinin rəhbəri Brüno Janbar Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında elan edib.

Diqqətə çatdırılıb ki, sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.

Zümrüd

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR