Nida Təhlil
Bu, daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olub - ŞƏRH
Fransanın nüfuzlu “Opinion Way” sorğu mərkəzi fevral və mart aylarında Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə geniş rəy sorğusu keçirib. Bütün sorğu istiqamətləri üzrə Azərbaycan Prezidentinin fəaliyyəti sorğuda iştirak edən respondentlər tərəfindən yüksək qiymətləndirilib və əsas məsələlərdə rəy bildirənlər ölkə başçısının fəaliyyətini təqribən 90 faiz ətrafında müsbət qiymətləndirib.
Məsələyə dair fikirlərini Publika.az-la bölüşən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu, hər şeydən öncə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyinin dayanması ilə bağlıdır:
“Əslində cəmiyyətimizi sosioloji kontekstdə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün rəy sorğusunun nəticələri gözlənilən idi. Bu kontekstdə önə çıxan başlıca məsələlərdən biri isə Prezident İlham Əliyev tərəfindən ölkəmizdəki isctimai-siyasi sabitliyin qorunması ilə bağlı respondentlərin qiymətləndirməsidir. Burada rəyi soruşulanların 90 faizdən çoxu sabitliyin qorunmasını yüksək qimətləndirdiklərini bildirirlər. Bu cür yanaşma sıravi azərbaycanlının srtateji düşünmə bacarığının olmasından xəbər verir. Yəni respondent bilir ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkündür. İkinci mühüm məsələ regionların inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir. Burada da müsbət rəy 90 faiz ətrafındadır. Doğrudan da, regionlarımızın inkişafı daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq ardıcıl dövlət proqramları həyata keçirilib. Nəticə isə göz qabağındadır. Abad yollar, qaz və elektrik enerjisi ilə təhcizat, sosial obyektlərin və idman qurğularının tikilməsi, regional sağlamlıq mərkəzlərinin yaradılması, iş yerlərinin açılması və s. Buna paralel olaraq, regionların iqtisadi zonalara bölünərək hər iqtisadi zonanın xarakterinə uyğun modern iqtisadiyyatın qurulması kimi işlər yeni reallıqlar formalaşdırıb. Bütün bunlar regionlarımızın real mənzərəsini təşkil edir və vətəndaşlarımız tərəfindən yüksək qiymətlədirilir”.
H.Babaoğlu qeyd edib ki, sosial sahədə inqilabi islahatların aparılması da respondentlərin diqqətindən kənarda qalmayıb və növbəti yüksək rəy alan blokda öz əksini tapıb:
“Şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veterenlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əmək haqlarının orta aylıq əməkhaqlarına yaxınlaşdırılması, problemli kreditlərin həll olunması və digər bu kimi işlər vətəndaşlarımızın müsbət rəy ifadə etməsini təmin edib. Eyni zamanda, idarəetmədə aparılan islahatlar, xarici siyasət, ordu quruculuğu işlərindəki böyük uğurlar da respondentlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə isə aydın olub ki , ötən bir ildə görülən işlər əslində 15+1 formulu kontekstində qiymətləndirilib və Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin, məntiqlidir. Əgər 15 il öncə həyata keçirilən işlər olmasaydı, hazırda son bir ildə bu qədər böyük işlər görmək də olmazdı”.
Zümrüd
-
Sağlamlıq17:45
Gecələr yata bilmirsiniz? - Bu üsulla elə yuxuya gedəcəksiniz ki...
-
İqtisadi gündəm17:10
Rus rublu çökdü: Dollar bu qiymətə yüksələcək
-
Region16:52
Qonşumuz ard-arda iki dəfə silkələndi
-
Kriminal16:15
Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olundu
-
MDB15:35
Rus ordusu Kupyanska girdi: Xarkov uğrunda döyüşlər gedir
-
Region14:40
Paşinyan 9 noyabr bəyanatını imzalaması haqda: Heç kimin fikri məni...
-
Ekologiya13:10
Sabah hava çiskinli olacaq - PROQNOZ
-
Rəsmi xronika12:44
İlham Əliyev Məhəmməd Yunus ilə görüşdü - YENİLƏNDİ