Avropa İttifaqı ilə Azərbaycan arasındakı saziş kimləri və niyə narahat edir? - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Avropa İttifaqı ilə Azərbaycan arasındakı saziş kimləri və niyə narahat edir? - ŞƏRH

Son zamanlar bəzi antimilli ünsürlər müxtəlif platformalarda çıxış edərək tamamilə savadsız şəkildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanması gözlənilən saziş layihəsinə əsassız fikirlər irəli sürürlər. İlk növbədə, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və yeni saziş barəsində aparılan danışıqlar bilavasitə Ermənistanı narahat edir. Ermənistan hətta Avropa İttifaqı üzv dövlətləri arasında olan havadarları vasitəsilə bu sazişə zərbə vurmağa çalışırlar. Ermənistanla həmrəy olan bəzi antimilli ünsürlər də bu sazişə qarşı çıxırlar. Müxtəlif mərkəzlərdən idarə olunan bu kimi şəxslər müstəqil xarici siyasət aparmağın, ölkənin milli maraqlarının qorunmasının nə olduğunu bilmir və başa düşmürlər.

Publika.az-a açıqlamasında bu barədə KİVDF Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, bu narahatlıq əsassız deyil:

“Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz son illərdə kifayət qədər güclənib. Əhalinin sosial vəziyyəti kifayət qədər yaxşılaşıb. Bu, birmənalı şəkildə, Azərbaycanın iqtisadi gücü, siyasi nüfuzunu durmadan artırır. Ölkənin dünyada artan nüfuzunun göstəricisi də elə nüanslardır. Təkcə bir il ərzində deyil, on beş ildən artıqdır ki, reallaşdırılan siyasət Azərbaycanın böyük layihələrə müəlliflik və ev sahibliyi etməsini, onun təşəbbüsü və dəstəyi olmadan bənzər layihələrin reallaşdırıla bilməməsini təmin edib. Azərbaycan Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Bu, birmənalı şəkildə Avropa İttifaqı ölkələri ilə qarşılıqlı münasibətlərin formalaşmasında böyük maraqlar çərçivəsində reallaşıb. Strateji tərəfdaşlıq sazişi artıq yekun mərhələsinə qədəm qoyub. Azərbaycan dünyanın 120-dən artıq ölkəsini bir nöqtədə birləşdirən Qoşulma Hərəkatına rəhbərlik edəcək. Bu isə böyük bir tarixi hadisədir və cənab prezidentimizin uğurlu işlərindən biridir. İlham Əliyevə həm ölkə daxilində, həm beynəlxalq aləmdə olan münasibət bu gün reytinq cədvəllərində öz təsdiqini tapır. Əvvəlcə radikal düşərgədə olan insanlar, dağıdıcı ünsürlər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını qınaq obyektinə çevirdilər. Gördülər ki, Avropa İttifaqı artıq Azərbaycanla əməkdaşlığı rəsmiləşdirir, bundan sonra başladılar Azərbaycanı qınamağa. Bu yaramaz və yarıtmaz insanlar sazişin reallaşacağını görür və müşahidə edirlər ki, Avropa İttifaqına daxil olan ölkələrin qarşılıqlı iqtisadi, siyasi əlaqələri göz önündədir. Belə olan halda, daxildəki “beşinci kolon”un niyyətlərinin arxasında hansı qüvvələrin dayandığı daha yaxşı görünür. Bu qüvvələrin niyyəti erməni və ermənipərəst qüvvələrin arzu və istəklərini reallaşdırmaq, Azərbaycanın gördüyü işlərə kölgə salmaqdan ibarətdir. Azərbaycan düzgün və uğurlu siyasətini bütün bu əngəllərə rəğmən davam etdirir. Ölkəmiz bu gün təkcə regionda deyil, dünyada söz sahibi və iqtisadi qüdrətə malik ölkələr sırasına daxil olmağa namizəddir. Azərbaycanın ən böyük uğurlarından biri də Avropa İttifaqı tərəfindən onun ərazi bütövlüyünün dəstəklənməsidir. Bu da təbii ki, ilk növbədə, Ermənistanı narahat edir və etməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm