Bu, prezidentimizin onlara ehtiramının göstəricisidir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu, prezidentimizin onlara ehtiramının göstəricisidir - ŞƏRH

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 (min) manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

Millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirir ki, həm ulu öndər Heydər Əliyevin, həm də hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə Böyük Vətən Müharibəsi iştirakçıları hər zaman diqqət mərkəzində olub: “Onların sağlamlığı və sosial problemlərinin həlli daim dövləti maraqlandırıb. Hər il 9 May günü ərəfəsində onlara birdəfəlik maddi yardım edilir. Cənab prezidentin imzaladığı son sərəncam da Böyük Vətən Müharibəsi iştirakçılarına Azərbaycan dövlətinin ehtiramının göstəricisidir. Azərbaycanda diqqətə və qayğıya ehtiyacı olan sosial təbəqələrin problemləri hər zaman ümdə məsələ olub. Bu ildən başlayaraq şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi, minimum əməkhaqqının artırılması, təqaüdlərin çoxaldılması, tələbə təqaüdlərinin artırılması, problemli kreditlərin həlli ilə bağlı proqramın qəbul edilməsi Azərbaycan dövlətinin sosial xarakterini göstərir. Cənab prezidentin vaxtaşırı vətəndaşlarla görüşü, görülən işlər barəsində onlara hesabat verməsi, onların arzularını dinləyərək qaldırdıqları məsələlərin həlli ilə bağlı tapşırıqlar verməsi bir daha sübut edir ki, dövlətçiliyimiz hər bir vətəndaşın daha yaxşı yaşaması üçün ciddi fəaliyyətdədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm