Əli İnsanov həbsxanaya geri qayıdacaq - Millət vəkilindən sərt açıqlama
Bizi izləyin

Nida Təhlil

Əli İnsanov həbsxanaya geri qayıdacaq - Millət vəkilindən sərt açıqlama

“Əli İnsanovun iddiaları həmişə öz imkanlarından daha böyük olub. Həmişə də bu iddialarına və iştahına qurban gedib. Onun iştahı onu həbsxanaya qədər aparıb çıxardı”.

Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Keçmiş səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi” nəşrinə son müsahibəsinə münasibət bildirən millət vəkili vurğulayıb ki, Əli İnsanovun yeni iddiaları onun təzədən həbsxanaya qaytara bilər:

“Sonradan məlum oldu ki, o, öz istəklərini gerçəkləşdirmək üçün Yeni Azərbaycan Partiyasına gəlmişdi. Özünə zəngin həyat şəraiti formalaşdırmaqdan ötrü vəzifə başına keçmişdi. Əli İnsanov Ulu öndər Heydər Əliyevin ona olan böyük etimadından sui-istifadə etdi. Bu gün də görünür, heç bir əqidəyə yox, yalnız özünün iştahına, iddialarına fəaliyyətini istiqamətləndirib. Eyni zamanda, belə başa düşülür ki, Əli İnsanov hələ islah olunmayıb. Çünki Prezident İlham Əliyevin humanist niyyətini dəyərləndirə bilmədi”.

Aydın Hüseynov qeyd edib ki, Əli İnsanovdan əfv sərəncamından sonra azadlığa çıxıb ulu öndərin məzarını ziyarət etməsi, ondan üzr istəməsi gözlənilirdid:

“Gözləyirdik ki, o, islah olunduğunu etiraf edib cəmiyyət içinə qayıtsın. Lakin o, indi bunların heç birini etmək iqtidarında deyil. Cəmiyyətimiz Əli İnsanova layiq olduğu yeri göstərəcək. Bir vaxtlar cinayət törədib, vəzifəsindən sui-istifadə edib, dövlətin əmlakını mənimsəyib. Buna görə də haqlı şəkildə həbs olunmuşdu. Lakin Prezidentimiz onu əfv etdi. Bunun qarşılğında Əli İnsanov üzr istəməli idi. Lakin o, bunun əvəzinə yeni iddialar irəli sürür. Hər kəs gec-tez öz qiymətini tapır. Bu gün Əli İnsanovun qiyməti hər kəsə məlumdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm