Ordumuzun bu addımları İrəvanı DƏHŞƏTƏ SALDI: Erməni əsgərlər bir-bir yoxa çıxır - VİDEO
Bizi izləyin

Nida Təhlil

Ordumuzun bu addımları İrəvanı DƏHŞƏTƏ SALDI: Erməni əsgərlər bir-bir yoxa çıxır - VİDEO

Video əlavə olunub.

***

14:36

Ermənistan Azərbaycan Ordusunun təmas xəttidə aktivləşməsindən və Türkiyə-Azərbaycan təlimlərindən qorxuya düşüb.

Publika.az
xəbər verir ki, Ermənistan mediası Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən erməni hərbi birləşmələrinin əsgərlərinin müəmmalı şəkildə güllə yarası aldığını, yaxud yoxa çıxdıqlarını yazır.

“Lragir” saytının məlumatına görə, aprelin 30-da 32 yaşlı gizir Arqişti Stepxanyan başından güllə yarası alıb. Mayın 4-də isə 1998-ci il təvəllüdlü əsgər Aqanik Zorolyan yaralanıb.

“Bununla yanaşı, 1-3 may tarixində Azərbaycan və Türkiyə Silahlı Qüvvələri “Mustafa Kamal Atatürk-2019” təlimləri keçirdilər. Cəbhədə baş verənlər fonunda bu təlimlər diqqət çəkir”, - erməni saytı yazıb.

Erməni əsgərlərin yaralanması və ya yoxa çıxmasının digər versiyası kimi ordu daxilindəki çəkişmələr də göstərilir. Belə ki, erməni zabitlər, yaxud əsgərlər bir-birilə qarşıdurma yaşayır, bəzən bir-birini güllələyərək, günahkar kimi Azərbaycan tərəfini göstərirlər.

Bu versiyanın həmişə mövcud olduğuna diqqət çəkən erməni şərhçi Karpis Paşoyan isə son dövrlər Azərbaycan Ordusunun Dağlıq Qarabağ danışıqları fonunda aktivləşdiyini bildirib.

“Faktların analizi göstərir ki, Azərbaycan danışıqlara paralel olaraq, cəbhədə vəziyyəti ələ alır. Hazırda baş verənlər “aprel müharibəsi”ndən öncəki vəziyyəti xatırladır. Bakının addımları İrəvanın manevr imkanlarını daraldır”, - deyə o yazıb.

Asif,

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm